SAHİBKAR ÜMRƏXANIM və XEYİRXAH İCTİMAİ XADİM - TAMAM MƏMMƏDOVA

SAHİBKAR ÜMRƏXANIM və XEYİRXAH İCTİMAİ XADİM - TAMAM MƏMMƏDOVA Tamam Qara qızı Məmmədova -1959-cu il aprelin 9-də qədim Borçalı mahalının Başkeçid elində - indiki Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub.
1966-cı ildə Dmanisi rayonundakı 1 N:-li məktəbin birinci sinifinə daxil olub və 1974-cü ildə həmin məktəbin 8-ci sinifini bitirib.
Sonra təhsilini Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərindəki 1 nömrəli orta texniki peşə məktəbində davam etdirib.
1975-ci ildə həmin peşə məktəbini müvəffəqiyyətlə bitirərək, tikiş üzrə mütəxəssis peşəsinə yiyələnib.
Elə həmin il təhsilini davam etdirmək üçün sənədlərini Bakı Energetika Texnikumuna verib, imtahanlardan uğurla keçib və qəbul olunub.
1979-cu ildə həmin texnikumu fərqlənmə diplomu ilə bitirib və ixtisası üzrə təyinatla Azərbaycan Dövlət Kənd-Tikinti Layihə İnstitutunda əmək fəaliyyətinə başlayıb.
Qısa müddətdə bacarıqlı işçi və fəal ictimaiyyətçi kimi tanınıb.
Komsomol komitəsinin katibi və Sovet İttifaqı Kommunist Partiyasının üzvü seçilib.
O, yüksək insani keyfiyyətlərə malik, bacarıqlı, işgüzar, zəhmətkeş, əməksevər işçi olduğuna görə bir çox Fəxri fərmanlarla təltif olunub və təşəkkürnamələrə layiq görülüb.
1978-1979-cu illərdə Zaqafqaziya Komsomol Məktəbində təhsilini davam etdirib.
1982-ci ildə “Dostluq qatarı” ilə Sovet İttifaqının 8 şəhərinə 20 günlük səyahətlə mükafatlandırılıb.
Elə həmin il Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna qəbul olub.
Əmək fəaliyyətindən ayrılmadan təhsilini institutun gecə şöbəsində davam etdirib.
1984-cü ildə ailə həyatı qurub və Rusiya Fedorasiyasının Tomsk şəhərinə köçüb, ali təhsilini orada - Tomsk İnşaat Mühəndisləri İnstitutunun Texnologiya fakultəsində davam etdirib.
1988-ci ildə o ali təhsilini müvəffəqiyyətlə başa vurub.

Hazırda Bakı şəhərində yaşayır.
Sahibkarlıqla məşğuldur, gözəllik sahəsində fəaliyyət göstərir.
Tanınmış xeyriyyəçi və ictimai xadimdir.
Ailəlidir, iki oğlu var.


Tamam Məmmədova həm də müqəddəs “Qurani-Kərim”in tələblərinə sevə-sevə əməl edən Ümrəxanımdır.
O, əsl müsəlmançılığın rəmzi olan İslam qanunlarına daim riayət edir, dinə böyük hörmətlə yanaşarır, İslam dünyasının ən müqəddəs yerlərini ziyarət edir.
iki dəfə "Ümrə" ziyarətində, Ərəb ölkələrində, Məkkə və Mədinə şəhərlərində, Səudiyyə Ərəbistanında, Qüds şəhərində, Fələstin Respublikasında Əl-Aksa Məscidində və bir çox başqa müqəddəs yerlərin ziyarətlərində olub.

Biz də Ümrəxanım Tamam Qara qızı Məmmədovaya həm şəxsi həyatında, həm də əmək fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!..

Müşfiq BORÇALI,
turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: