Ötən əsrin sonlarında Başkeçiddə baş vermiş məlum olaylardan - azərbaycanlılara qarşı yönəlmiş böyük təqib və təzyiqlərdən sonra rayon mərkəzində çalışan yüzlərlə soydaşımız kimi, Təhminə Məmmədova heç bir səbəb göstərilmədən işdən azad olunub və Başkeçid (indiki Dmanisi) şəhərində yaşayan minlərlə soydaşımız kimi Məmmədovlar ailəsi də Azərbaycana köçməyə məcbur edilib. Başkeçiddə yaşayan soydaşlarımız pərən-pərən olunub, öz doğma isti ocaqlarından hərəsi bir yana dağılıb. Kimisi Azərbaycana, kimisi Rusiyaya üz tutub, kimisi Ukraynaya, kimisi də Orta Asiya respublikalarına...
Məmmədovlar ailəsi isə Bakıya pənah gətiriblər.
Elə o vaxtdan da Təhminə xanım əmək fəaliyyətini - Bakıda poliklinikada tibb bacısı vəzifəsini şərəflə davam etdirir.
Biz də hörmətli Təhminə xanıma uzun ömür, möhkəm cansağlığı və şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
turan.info.az
.