Şəhid Alı Nofəl oğlu Həsənlinin ölməz xatirəsinə

Şəhid Alı Nofəl oğlu Həsənlinin ölməz xatirəsinə
A L I

Əslən Borçalı elindən olan, Bakıdakı 220 nömrəli orta məktəbin məzunu, SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşı olmuş, Qarabağın azad edilməsi uğrunda döyüşlərdə şücaət göstərmiş, şəhadətindən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş Alı Nofəl oğlu Həsənlinin ölməz xatirəsinə ithaf edirəm.


Dostlar, gəlin Alını, biz yaxından tanıyaq,
Qorxmaz qəhrəmandır o, onu xalqa tanıdaq.
Bilirsiniz kim idi, Alı – Vətən sevdalı,
Gözəl Şuşanı görmək, şirin arzu-xəyalı.

İki bacının əziz, istəkli qardaşıydı,
Təkcə qardaşı deyil, sevimli sirdaşıydı,
Ananın həm fərəhi, həm də qüruru idi,
Atanın ümidləri, fəxri, uğuru idi.

Ocağa bir hərarət, evə yaraşıq idi,
Dünya boyda səadət, sönməyən işıq idi.
Sakitdi, təmkinliydi, həm də istiqanlıydı,
Yurdumuzun vurğunu, sonsuz vətəncanlıydı.

Zəhməti, işi sevər, daima çalışardı,
Sanki vaxtla-zamanla, inamla yarışardı.
Lap kiçik yaşlarından, Alı çəkirdi zəhmət,
Kim tər tökərsə əgər, qazanar, xətir- hörmət.

Məktəbə gedən zaman, bəli, altı yaşında,
Hər bir suala vardı, cavab – onun “başında”.
Əlaçıydı, məktəbi, əlalarla bitirdi,
Çox çalşmaq, oxumaq, ona, uğur gətirdi.

Qəbul olunan zaman, məşhur ali məktəbə;
Geofizik olmaq üçün, dedi, çatdım mətləbə.
Xoşbəxt idi, necə də... diplomunu alanda,
ADNSU-nu bitirib, mühəndis sayılanda.

Vətənə qulluq, xidmət, necə müqəddəs işdi,
Budur, əsgərlik vaxtı, gəldi, çatdı, yetişdi.
Hərbi xidmətdə Alı, möhkəmləndi, bərkidi,
Hamı sevirdi onu, cəsur mərdi, igidi.

Əsgərlik xidmətini, vurub uğurla başa,
Dedi, ən böyük arzum, dərddən qurtulsun Şuşa.
Xain düşmənlər ordan, rədd olsun, qovulsun,
Bir yolluq yağıların burunları ovulsun.
Ürəkdən inaniram, gözəl günlər gələcək,
Qarabağ sevinəcək, Şuşamızsa güləcək.

Bir gün SOCAR-da işə , qəbul olundu Alı,
Xeyir işlər görməkdi, onun məqsəd-amalı.
SOCAR Təhlükəsizlik, adlı İdarəsində,
İşlədi, xoş sözlər, deyildi, barəsində.

Səfərbərlik haqqında, xəbər eşidən zaman,
Necə fərəhlənirdi, sevinirdi, bu oğlan.
Alı- könüllü idi, yenə mətin əsgərdi,
İnanırdı döyüşün, sonu xeyir, zəfərdi.

Budur, hücuma keçib, yenə əsgərlərimiz,
Azad olurlar bir-bir , kəndimiz, şəhərimiz.
Qızğın döyüşlər gedir, bir an döyüş səngimir,
Hərə öz yerindədir, heç bir əsgər ləngimir.

Dayanmayır Alıgil, bax, necə, vuruşurlar,
Olsun, işıqlı gündüz, ya gecə, vuruşurlar.
Yalançı, axmaq miflər, nəhayət ki, dağılır,
Qorxuya düşüb qaçır, ləyaqətsiz yağılar.

Alı necə də qorxmaz, həm də cəsarətliymiş,
Doğma elə, obaya bağlı, sədaqətliymiş.
Cəbrayılda düşmənlə, qanlı döyüş zamanı,
Tanımaq olmayırdı, cəsur, mərd qəhrəmanı.

Taleyin qismətidir - pələng kimi bu igid,
Əziz canından keçdi, oldu yurd üçün şəhid.
Düşməni məğlub edən, ordumuz gəldi qalib,
Xalqımız torpağına, elinə oldu sahib.

Alı ürəklərdədir, hər bir zaman o sağdır,
Nə qədər xalqımız var, Alı yaşayacaqdır.
Düşmənin üzərində şanlı zəfər çalınıb,
Şərəfsiz düşmənlərdən, gözəl Şuşam alınıb.
14.08.2022.

Coşqun XƏLİLOĞLU
Azərbaycan Yazıçılar Birliyinin üzvi

turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Şəhid Alı Həsənli Başkeçid (22.06.1995-20.10.2020)

Şəhid Alı Həsənli Başkeçid (22.06.1995-20.10.2020)

Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Coşqun XƏLİLOĞLU: VƏTƏN SƏNƏ, “OĞUL” DEDİ

Coşqun XƏLİLOĞLU: VƏTƏN SƏNƏ, “OĞUL” DEDİ

Qarabağ, Müsabiqə, Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Alik Şakir oğlu İsayev - Hamamlı (23.02.2001-07.11.2020)

Şəhid Alik Şakir oğlu İsayev - Hamamlı (23.02.2001-07.11.2020)

Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
CƏSUR DÖYÜŞÇÜ - Əfqan Axundov

CƏSUR DÖYÜŞÇÜ - Əfqan Axundov

UNUTSAQ, UNUDULARIQ!....
RUHUN ŞAD OLSUN, DARVAZLI ŞƏHİD QARDAŞIMIZ SAHİB MƏMMƏDOV!..

RUHUN ŞAD OLSUN, DARVAZLI ŞƏHİD QARDAŞIMIZ SAHİB MƏMMƏDOV!..

ŞƏHİDLƏRİMİZ, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Sərxan Eldar oğlu Hacıyev Qızılkilsə (08.07.1990- 23.10.2020)

Şəhid Sərxan Eldar oğlu Hacıyev Qızılkilsə (08.07.1990- 23.10.2020)

Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Anar Həmzə oğlu Vəliyev (21.07.2002 - 11.10.2020)

Şəhid Anar Həmzə oğlu Vəliyev (21.07.2002 - 11.10.2020)

Qarabağ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
VƏTƏNLƏŞƏN ŞƏHİDİM - SAMİR ƏLİYEV

VƏTƏNLƏŞƏN ŞƏHİDİM - SAMİR ƏLİYEV

UNUTSAQ, UNUDULARIQ!....
Tarixə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsinin iştirakçısı ol ...

Tarixə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsinin iştirakçısı ol ...

Məktəblər
Şəhid İSABALA HÜSEYNOV  (BAŞKEÇİD) (15.09.2001-04.10.2020)

Şəhid İSABALA HÜSEYNOV (BAŞKEÇİD) (15.09.2001-04.10.2020)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid ORXAN MƏHƏRRƏMOV  (QAÇAĞANLI) (25.08.1994-06.10.2020)

Şəhid ORXAN MƏHƏRRƏMOV (QAÇAĞANLI) (25.08.1994-06.10.2020)

Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN HƏMYERLİMİZ!

ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN HƏMYERLİMİZ!

UNUTSAQ, UNUDULARIQ!....
YARIMÇIQ QALMIŞ ÖMÜR

YARIMÇIQ QALMIŞ ÖMÜR

Sumqayıt, "Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
Raziyə Kamilqızı Rzazadə (1968)

Raziyə Kamilqızı Rzazadə (1968)

Müsabiqə
BU TALEYİN YAZISINA NƏ DEYİM?

BU TALEYİN YAZISINA NƏ DEYİM?

"Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD QƏLƏNDƏR ALIYEV (31.10.2001-10.10.2020)

ŞƏHİD QƏLƏNDƏR ALIYEV (31.10.2001-10.10.2020)

ŞƏHİDLƏRİMİZ, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD OLMAQ ONUN ARZUSU İDİ

ŞƏHİD OLMAQ ONUN ARZUSU İDİ

Qarabağ, "Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Əvəz Elnur oğlu Məmmədov Sadaxlı (01.06.2001-07.10.2020)

Şəhid Əvəz Elnur oğlu Məmmədov Sadaxlı (01.06.2001-07.10.2020)

Qarabağ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
QARABAĞDA  İZİ QALDI  CƏSARƏTİN...  Şəhid Cəsarət Xaliq oğlu Səfərov  (27.0 ...

QARABAĞDA İZİ QALDI CƏSARƏTİN... Şəhid Cəsarət Xaliq oğlu Səfərov (27.0 ...

ŞƏHİDLƏRİMİZ
Üzünə həsrət qaldığım balam - şəhid Əmrah Çingiz oglu Səfərliyə

Üzünə həsrət qaldığım balam - şəhid Əmrah Çingiz oglu Səfərliyə

"Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: