Cavanşirin bulağında

Cavanşirin bulağında Cavanşirin bulağında

Başkeçidi bəyənməyən
Xain, xoflu, müxənnətdi,
Sür səfanı, el cənnətdi,
Cavanşirin* bulağında.

Bir yanda quşlar oxuyar,
Hər yan müşk-ənbər qoxuyar,
Gözəllikdən gözmü doyar
Şair, Şahmarlı dağında ?

Yaddaşında saxla anı,
Təravətli, tərdi yanı,
Doyunca doldur dolçanı,
İç, dərmandı suları da.

Daş, qayadan qaynar bulaq,
Bulaq başı dincdi qulaq,
Müşfiq məllim**, xoşhal olaq
Sərin bulaqlar başında.
~~~~
* - general Cavanşir Məmmədov
** - Müşfiq Borçalı

Hüseyn FAXRALI,
21.08.2018

turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: