AŞIQ KAMANDAR QURBANOV (1982)

AŞIQ KAMANDAR QURBANOV  (1982)
Borçalı aşıq məktəbinin
layiqli davamçısı


Əsrarəngiz gözəlliyi ilə göz qamaşdıran, hər qarışı qoçaq­ların-qaçaqların həyatından dastan danışan, torpağının altı altun dolu, bundan da böyük sərvəti qızıldan dəyərli insanları olan, Borçalı yaylaqlarının ətəyində yerləşən Məmişlər obasının Qur­ba­novlar ailəsində 1982-ci ilin avqust ayının 5-də bir oğlan uşa­ğı dünyaya gəldi. El adətinə görə qohum-əqraba yığışıb uşağa ad verən zaman ən məqbul təklif Saat mamasından ata­sının ba­cısından oldu: Kamandar. Bəli, əzəmətli ustad aşığımız Ka­man­dar Əfəniyevin şərəfinə.

Təhsil sarıdan bu uşaq bəxti gətirməyənlərdəndir. Orta mək­təb dövrü ötən əsrin 90-cı illərinə düşən Kamandar Qurbanov yal­nız doğma kəndində ibtidai təhsil ala bildi. Yəqin elə bu səbəbdəndir ki, sənəti daha çox oxuyub öyrənməklə deyil, eşi­dib öyrənməklə əxz edir.

Dmanisi mədəniyyət evində təşkil olunan nağara dərnəyində əmisi Selimxandan dərs almağa başlasa da, sazın sehri və İla­hinin işi ilə meyli daha çox aşıqlığa doğru yön almağa baş­la­yırdı. Nədənsə valideynləri bu işdə ona mane olmaq istəyirdi. La­kin Kamandarın iradəsi qalib gəldi. Qonşu kəndlərin hansı toy şənliyində aşıq olardısa, gecənin nə vaxtı olsa da atı minib ora çapardı. Tükənməz məhəbbət və eşq, dərin huş-guşla aşığa qulaq asardı. Atası briqadir Lətif aran­­dan gəlib biçinçilərə ye­mək aparmağı ona tapşıranda se­vin­cinin həddi-hüdudu olmazdı. Axı Dəmirli kəndindən gələn hə­vəs­kar aşıq - Qiyas da öz cürə sazı ilə on­la­rın arasında idi. Və na­har istirahətində bənzərsiz və şirin ifaları ilə məlahətli səsini dağlara yayırdı ki, bu da Ka­mandarın uşaq dünyasına əvəzsiz hakim kəsilirdi. İndi ömrünün ahıl dövrünü yaşayan həmin biçinçilər bu uşağı belə xatırlayır. Lətifin oğlu öz əlləri ilə taxta parçasına simlər bağlayıb bar­maqları damana qədər dınqılda­dar­­dı. Beləliklə, bir tərəfdən ana babası Qarabudaqlı Aşıq İvra­ham­dan gələn gen, digər tə­rəf­dən gözəl saz ifaçısı-əmisi rəh­mət­lik İslamın yanında bö­yü­məsi, o biri tərəfdən isə dün­­yaya gələn zaman uşağa bəslənən arzular işini görməyə başladı.

Amma ən başlıcası ürəyində böyük İlahi eşq gəzdirən bir kişi ailənin qonağı olur. Düzənlənən məclisdə qonağa deyilir ki, burada 13 yaşlı bir bala “beçə” var. Qonaq buyurur ki, eşidək kör­pəni. Kamandar düzəltdiyi simli taxtanı, - “Saz”ını döşünə ba­sıb oxumağa başlayır. Heyranlıqla uşağı dinləyən qonaq Ka­mandarın alnından öpüb xeyir-dua verir. Üzünü məclisə tutub deyir ki, bu uşağın çox böyük gələcəyi var. Daha bundan sonra Kamandar aşıq olmaya bilərdimi?.. Lakin peşakarlığı daha çox Başkeçiddə ustad aşıq kimi ta­nı­nan aşıq Həmzənin şagirdi: aşıq Haqverdidən öyrəndi və bu gün də öyrənir. Sazı solaxay çalsa da havacatları solaxay get­mir.

Qaraçöpdən, Qabaldan tutmuş Yırğançaya qədər, Sadaxlıdan tutmuş Ərcivan-Sarvana qədər Gürcüstanın elə bir kəndi yox­dur ki, onlar Kamandar Lətif oğlunu ən əziz günlərində çağır­masınlar. Çünki, o böyük bir ürəyə malikdir. Elə bu ürəklədə məclisə girib, iştirakçıların ürəyini ələ ala bilir. Aşıq havala­rının mükəmməl ifaçısı olduğu kimi muğamı da gözəl dərk edir. Musiqinin ən müxtəlif janrlarında məharətini sınaya bilir.
Kamandar Qurbanov 2003-cü ildən Marneuli şəhərində ya­şayıb, fəaliyyət göstərir. Gürcüstan Aşıqlar Birliyinin üzvüdür.

Ömrünün 8 ilini Qarayazının Nəzərli Kəndində yaşayan Ka­mandar elə bu eldən olan Esmira xanım ilə ailə qurub. Qızına anasının adını verib: Nərgiz. Oğluna isə atasının adını: Lətif.

XX əsrin axırı, XXI əsrin əvəllərində Azərbaycan poeziya dağ­larında ən uca zirvəni fəth etmiş “alpinist”imiz, dünyalar durduqca duracaq şairimiz, - Zəlimxan Yaqub necə də gözəl de­­­mişdir.

Saz yaşayır, zillər, bəmlər içində,
Bir aləmdir bu aləmlər içində,
Ötən günlər, gələn dəmlər içində,
Bizdən sonra qalana bax, qalana.


Nə xoşbəxtdir ki, Borçalılar Borçalı yaşayır. Nə xoşbəxtdir Borçalı aşıq akademiyası ki, onun bu qoca yurdda təkcə adı yaşamır, sənəti də yaşayır. Burada isə Kamandar Lətifoğlunun zəhmətini kim dana bilər ki.

Bu günlərdə “Lider TV”-də təşlik olunan “Aşıq deyişməsi” yarışmasının iştiraçısı olan Kamandar Lətifoğlunu, çox ümid­varam ki, sənətə və sənətkara qiymət verən qədir bilən xalqımız dəstəkləyib layiq olduğu mərtəbəyə qaldıracaqdır!..

Rövşən Dəmirli

Qardaşım Kamandara həyatında və sənətində
böyük müvəf­fəqiyyətlər arzusu ilə


Öz çiçəyi, öz gülüdür,
Borçalının bülbülüdür,
Görkəmlidir, görkülüdür,
Ona qurban yoxum-varım,
Qoy oxusun Kamandarım.

Ağ bənizdə xal kimidir,
Yaşıllığa al kimidir,
Yağ üstündən bal kimidir,
Saz qarışıq kaman-tarım,
Qoy oxusun Kamandarım.

Başkeçidin baş aşığı,
Toylarının yaraşığı,
Parlayacaq gur işığı,
Sönməyəcək etibarım,
Qoy oxusun Kamandarım.


(Bax: Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid", III cild, Bakı, 2015, səh.742-744).
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konser ...

Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konser ...

Borçalı
SARVAN BAYRAM FAXRALI (1921-1956)

SARVAN BAYRAM FAXRALI (1921-1956)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Var ol, Aşıq Ramin BORÇALI!..

Var ol, Aşıq Ramin BORÇALI!..

Mədəniyyət, Tv, Təbriklər
AŞIQ KAMANDARLA UNUDULMAZ BİR GÜN...

AŞIQ KAMANDARLA UNUDULMAZ BİR GÜN...

"Şərqin səsi", Borçalı, Müşfiq Borçalı
Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Folklor
AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalı
AŞIQ ZİYƏDDİN        BUDAQOV        (1987)

AŞIQ ZİYƏDDİN BUDAQOV (1987)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Aşıq Samir CAMALOĞLU (1980)

Aşıq Samir CAMALOĞLU (1980)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
SAZIN QALXAN BAYRAĞI

SAZIN QALXAN BAYRAĞI

UNUTSAQ, UNUDULARIQ!....
Aşıq Məsim SADAXLI (1940)

Aşıq Məsim SADAXLI (1940)

Folklor, Borçalı, Arxiv, Müşfiq Borçalı
Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Folklor, Borçalı, Nekroloqlar
AŞIQ MÜRSƏL FAXRALI (1925-2001)

AŞIQ MÜRSƏL FAXRALI (1925-2001)

"SAZLI-SÖZLÜ BORÇALI", Bolus
Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Folklor, Borçalı, Bolus, Elanlar
Aparıcı-aşıq-müğənni VÜQAR QRACOV (1975)

Aparıcı-aşıq-müğənni VÜQAR QRACOV (1975)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Borçalı
Gənc aşıq Fatimə Şahmarlı

Gənc aşıq Fatimə Şahmarlı

"Elm və Təhsil", Gənc istedadlar
Az­man ozan Hü­seyn Sa­rac­lı­nın yüz il­li­yi ilə bağ­lı so­nun­cu şə­yir­ ...

Az­man ozan Hü­seyn Sa­rac­lı­nın yüz il­li­yi ilə bağ­lı so­nun­cu şə­yir­ ...

Folklor, Bolus
AŞIQ ƏMİR SARALLAR (1923-1992)

AŞIQ ƏMİR SARALLAR (1923-1992)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Aşıq Qurbanəli (1893 - 1979)

Aşıq Qurbanəli (1893 - 1979)

Müşfiq Borçalı
AŞIQ ƏLİXAN QARAYAZILI (1909-1998)

AŞIQ ƏLİXAN QARAYAZILI (1909-1998)

Folklor, Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: