(Ober leytenant)
Vəkil Aslan oğlu Xəlilov
1941-ci ildə II dünya müharibəsinə getmiş,
1942-ci ildə Almanlara
əsir düşmüşdür.
Məmməd Əmin Rəsulzadə və Əbdürrəhman Fətəlibəyli-Düdənginskinin qurduğu legionda tabor komandirinin müavini olmuşdur.
Düdənginski öldürüldükdən sonra onun köməkçisi Ömər müəllim də qətlə yetirilmişdir.
Legionerlərin nəşr etdirdikləri "Azərbaycan" qəzetində köşə yazarı kimi məşhurlaşan və Alman dili müəllimi kimi pedoqoji fəaliyyətlə məşqul olan baş leytenant Vəkil Xəlilov bir qədər sonra IV batalyonda tağım komandri təyin olunmuşdur.
M.Ə.Rəsulzadə azərbaycanlı və türküstanlı legionerlərə Türkiyədə yaşamaq üçün onları ev və işlə təmin edəcəyini söyləyir.
Bir çox legionerlər təkliflə razılaşsalar da aralarında bu təklifi qəbul etməyənlər də olmuşdur.
1945-ci ildə Adolf Hitlerin ölümündən sonra sağ qalmış legionerlərlə birlikdə
İtaliyaya keçmişdir.
Başsız qalan legionerlər 1947-ci ildə Amerika hərbi qüvvələri tərəfindən əsir götürülmüş, daha sonra keçmiş SSRİ-yə təhvil vermişlər.
Sovet höküməti legionerlər barəsində ölüm hökmü çıxarmışdır. Lakın sonra - 1950-ci ildə həmin hökm 25 illik sürgün ilə əvəz edilmişdir.
Sürgünün ilk illəri Vəkil bəy Volqoqradda olumuşdur.
Daha sonra isə Türk-Müsəlman məhbuslarının hamısı, eləcə də Vəkil bəy Sibirə qızıl mədənlərində çalışmaq üçün göndərilmişlər.
Onlar Sibirdə qızıl mədənlərində çox ağır şəraitdə gündəlik 12 saatlıq iş rejimində çalışmışlar.
Sürgündən xilas olmanın yollarını axtaran Vəkil bəy və digər legionerlər Koreyalı gəmiçi ilə gizli danışıqlar aparmış və onlara kömək edəcəyi təqdirdə gəmiçiyə 25 kq qızıl vəd etmişlər. Koreyalı gəmi kapitanı isə onları 25 kq qızıl müqabilində Yaponiyaya qaçırtmağa razılıq vermişdir.
Qızılı necə əldə etdiklərinə gəlincə legionerlər hər gün işdən gedərkən müəyyən miqdarda qızılı dırnaqlarının içərisində gizlincə yataqxanaya aparırmışlar.
Lakin 1955-ci ildə onların qaçırılmalarına vəd olunmuş günə cəmi bir gün qalmış, Bakıdan olan bir legioner yaxın günlərdə onların azad ediləcəyini söyləmiş və onlara qaçışı təxirə salmalarını tövsiyə etmişdir.
Səhəri gün doğrudan da məhbusalrın azad olmaları haqda xəbər almışlar.
Azadlığa buraxılmış Vəkil Xəlilov doğma kəndinə qayıtmışdır. O, burada uzun müddət kənd təsərrüfatı iləməşqul olmuşdur.
1967-ci ildə komunizmə qarşı çıxmaqda, milliyətçilikdə günahlandırılaraq 2 illik həbs edilmişdir.
Hazırda 96 yaşı var və doğulduğu Borçalı mahalının Başkeçid rayonunda yaşayır.
Biz də, Vəkil Xəlilova Tanrıdan daha uzun ömür və möhkəm cansağlığı arzulayırıq!..
P.S.: Vəkil Aslan oğlu Xəlilov haqqında məlumat üçün Fb-un "Azərbaycan Tarixi" səhifəsinə,
xüsusilə də Emil bəyə təşəkkür edirik.
Təranə CƏBİYEVA.
.