Məktəblilər “Vətəndaş təhsili” fənni üzrə sualları cavablandırıblar. Azərbaycanlı şagirdlər əsasən hüquq, vətəndaş cəmiyyətinin mahiyyəti, inteqrasiya mövzusunda sualları cavablandırıblar.
GAHA-nın təşəbbüsü və Dmanisi rayon 2 saylı məktəbin təşkilatçılığı ilə keçirilən olimpiadada
10 nəfər qalib olub.
Onlara GAHA-nın sertifikatları təqdim edilib.
Olimpiadanın qalibi adına
rayonun Yaqublu kənd orta
məktəbinin şagirdi
Günel Yusifova
layiq görülüb.
GAHA-nın təsisçisi, layihənin rəhbəri
Əli Bədirov
AZƏRTAC-a bildirib ki, məqsəd Gürcüstanda yaşayan soydaşlarımızın, xüsusən də yeniyetmə və gənclərin hüquq, vətəndaş hüququ, vətəndaş cəmiyyəti, ailə və digər məsələlər barədə biliklərini artırmaqdır: “Bu gün Gürcüstanda yaşayan gənclərin əksəriyyəti gürcü dilini və öz hüquqlarını bilmirlər. Olimpiada vasitəsi ilə yeniyetmələr arasında vətəndaş bərabərliyi prinsiplərini daha geniş təbliğ etmək, onların hüquq elminə marağını artırmaqdır istəyirik”.
Olimpiadanın təşkilatçılarından biri, GAHA-nın nümayəndəsi Sərdar Nəbiyev deyib ki, bu cür olimpiadalar azərbaycanlıların yığcam yaşadıqları digər rayonlarda da keçiriləcək. Sonuncu mərhələdə isə məktəblilərin rayonlararası olimpiadası nəzərdə tutulub.
Olimpiada Tbilisidəki Azərbaycan dilli məktəblərdə keçiriləcək.
AZƏRTAC-ın xüsusi müxbiri,
Tbilisi
.