Gürcüstanın hakim partiyasından olan deputatlar Axalkalakidə erməni terrorçuya abidə qoyulmasına etiraz edirlər

Gürcüstanın hakim partiyasından olan deputatlar Axalkalakidə erməni terrorçuya abidə qoyulmasına etiraz edirlər Gürcüstan parlamentinin hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasından olan azərbaycanlı və gürcü deputatlar bu ölkənin Axalkalaki rayonunun Buğaşen kəndində erməni terrorçu, Abxaziyada və Azərbaycanın işğal altında olan ərazilərində dinc əhaliyə qarşı qatı cinayətlər törətmiş Mixail Avakyana abidə qoyulması ilə əlaqədar müraciət qəbul ediblər.

turan.info.az AZƏRTAC-a istinadən xəbər verir ki, müraciəti Gürcüstan parlamentinin deputatları -
Ruslan Hacıyev, Mahir Dərziyev, Savalan Mirzəyev
Tamaz Naveriani imzalayıblar.

Müraciətdə deyilir ki, Axalkalaki rayonunun Buğaşen kəndində erməni hərbçi Mixail Avokyana abidənin qoyulması Gürcüstan ictimaiyyəti, eləcə də bu ölkənin Azərbaycan icması tərəfindən haqlı olaraq dərin qınaq və narazılıqla qarşılanıb. Gürcüstan separatizmdən, terrordan ən çox əziyyət çəkən ölkələrdən biridir. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində vuruşmuş, dinc əhaliyə qarşı qətliamlarda iştirakına dair əsaslı şübhələr olan separatçıya, terrorçuya abidə qoyulması, ilk növbədə, Gürcüstanın özünə qarşı bir xəyanətdir. Bu, həm də Gürcüstanın milli və dövlət maraqlarına zidd olan bir addımdır. Həmin abidənin Azərbaycan xalqının hüzn günü - 20 Yanvar faciəsinin ildönümünün qeyd olunduğu bir gündə qoyulması ilə bağlı soydaşlarımızın keçirdiyi hissləri biz də bölüşürük. Tam məsuliyyətlə bildirmək istəyirik ki, bu hadisə Gürcüstan dövlətinin və bizim təmsil olunduğumuz “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının mövqeyi ilə tam ziddir. 1994-cü ildə qoyulmuş abidənin bərpası və açılış mərasimi ilə bağlı bütün məsuliyyət Axalkalaki yerli özünüidarəetmə orqanının üzərinə düşür.

Müraciətdə, həmçinin bildirilir ki, parlament, hökumət və partiya səviyyəsində keçirilmiş müzakirələrdə bu xoşagəlməz hadisədən narahatlıq ifadə olunub, gələcəkdə bu cür hadisələrin təkrar olunmaması üçün bütün lazımi tədbirlərin görülməsi qərara alınıb.

Sənəddə Azərbaycan ilə münasibətlərin, strateji tərəfdaşlığın önəmi vurğulanır və bu münasibətləri zədələyəcək hər hansı bir addımın yolverilməz olduğu bildirilir. “Bu yekdil rəy parlament və partiya rəhbərliyinin, millət vəkillərinin KİV-lərə verdikləri açıqlamalarda da birmənalı olaraq qeyd edilib. Ayrı-ayrı məmurların fərdi məsuliyyəti, onların əməllərinə hüquqi qiymət verilməsi məsələsi gündəmdədir”, - deyə qeyd edilir.

Deputatlar yaranmış şəraitdə soydaşlarımızı səbir və təmkinlə davranmağa, emosiyalara qapılmamağa dəvət ediblər: “Bu məsələ ətrafında ajiotaj, məsələnin siyasi müstəviyə çəkilməsi bəlli daxili və xarici qüvvələrin mənafelərinə xidmət edir. Unutmayaq ki, cəmiyyətdə qarşıdurma, gərginlik yaradılması, xüsusilə ölkəmizdə millətlər arasındakı mövcud dostluq və qarşılıqlı etimad münasibətlərinə ziyan vurulması Gürcüstana qarşı yönəldilmiş bir təxribat olar”.

turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Gürcüstan azərbaycanlıları Fevralın 8-i saat 14-də Tiflisdə Gürcüstan Parla ...

Gürcüstan azərbaycanlıları Fevralın 8-i saat 14-də Tiflisdə Gürcüstan Parla ...

Gürcüstan, Tiflis, Siyasət, Diaspora
Azər Süleymanov  Parlamentdə çıxış edərək, qəddar qatilə qoyulmuş heykəlin  ...

Azər Süleymanov Parlamentdə çıxış edərək, qəddar qatilə qoyulmuş heykəlin ...

Gürcüstan, Tiflis, Borçalı, Siyasət
GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİ ...

GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİ ...

Gürcüstan
GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİ ...

GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİ ...

Gürcüstan, Siyasət
Elmar Həsənov: Gürcüstanın Xocalı soyqırımını tanınmasına siyasi şərait yar ...

Elmar Həsənov: Gürcüstanın Xocalı soyqırımını tanınmasına siyasi şərait yar ...

"Borçalı" Cəmiyyəti
ƏFLATUN AMAŞOV:

ƏFLATUN AMAŞOV: "Əminik ki, baş verənlərdən Gürcüstan hakimiyyəti böyük öl ...

Milli Məclis, MEDİA, Gürcüstan
Avropa Azərbaycanlıları Konqresi Yerevanın mərkəzində faşist generalına hey ...

Avropa Azərbaycanlıları Konqresi Yerevanın mərkəzində faşist generalına hey ...

Avropa, Diaspora
Əflatun Amaşov Gürcüstan parlamentinin sədr müavini ilə görüşüb

Əflatun Amaşov Gürcüstan parlamentinin sədr müavini ilə görüşüb

MEDİA, Gürcüstan
Kurtlar ərazi vahidliyində Temur Abasov təqdim edilib

Kurtlar ərazi vahidliyində Temur Abasov təqdim edilib

Borçalı

"Borçalı" Birliyinin sədri Gürcüstandakı seçkilərlə bağlı bəyanat yaydı.. ...

"Borçalı" Cəmiyyəti
Gürcüstan Parlamentində ilk dəfə Xocalı soyqırımı ilə bağlı məsələ qaldırıl ...

Gürcüstan Parlamentində ilk dəfə Xocalı soyqırımı ilə bağlı məsələ qaldırıl ...

Qarabağ, Tiflis, Borçalı
Gürcüstan işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” və ...

Gürcüstan işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” və ...

Qarabağ, Gürcüstan
İsrail televiziyasında faşist erməni generalına abidə qoyulması pislənilib

İsrail televiziyasında faşist erməni generalına abidə qoyulması pislənilib

İsrail, Diaspora
Gürcüstanın hakim partiyası azərbaycanlını Marneuli meri vəzifəsinə namizəd ...

Gürcüstanın hakim partiyası azərbaycanlını Marneuli meri vəzifəsinə namizəd ...

Borçalı
İsveç azərbaycanlıları etiraz bəyanatı yayıb

İsveç azərbaycanlıları etiraz bəyanatı yayıb

Diaspora
Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Elm, Gürcüstan, Tiflis
İsveç Azərbaycanlıları Konqresi ölkə rəhbərliyini Ermənistana təzyiq göstər ...

İsveç Azərbaycanlıları Konqresi ölkə rəhbərliyini Ermənistana təzyiq göstər ...

Diaspora
RUSLAN HACIYEV: “Salome Zurabişvilinin qələbəsinə əminəm”

RUSLAN HACIYEV: “Salome Zurabişvilinin qələbəsinə əminəm”

Gürcüstan, Borçalı, Siyasət
Gürcüstan azərbaycanlıları ÜAK-ın ləğvinə dair qərara etiraz edir

Gürcüstan azərbaycanlıları ÜAK-ın ləğvinə dair qərara etiraz edir

Borçalı, Rusiya, Diaspora
Gürcüstan gəncləri Ermənistanın Azərbaycana qarşı təcavüzündən ciddi naraha ...

Gürcüstan gəncləri Ermənistanın Azərbaycana qarşı təcavüzündən ciddi naraha ...

Qarabağ, Tiflis
Rəy yazın: