Gürcüstanda yaşayan soydaşlarımız
planlaşdırmışılar ki, 2019-cu il
Fevralın 5-də Gürcüstan Parlamenti
ilk iş gününü etiraz aksiyası ilə qarşılasın.
Amma təəssüflər olsun ki,
Tbilisi rəsmiləri həmin gün aksiya
keçirməyə icazə vermədiklərinə görə
təşəbbüs və təşkilat komitəsi
aksiyanın keçirilmə vaxtını
Fevralın 8-də saat 14-.00-a dəyişmək
məcburiyyətində qalıblar.
Axalkalaki şəhərində erməni terrorçu Mixail Avaqiana abidə ucaldılmasına qəzəblənən Gürcüstan azərbaycanlıları ölkənin parlament binası qarşısında kütləvi dinc etiraz aksiyası keçirməyə qərar veriblər və Tbilisi rəsmilərindən aksiyaya razılıq vermələrini israrla tələb ediblər.
Sabah üçün keçirilməsi nəzərdə tutulmuş etiraz aksiyasının təşəbbüs və təşkilat komitəsinin fəallarından olan Sevinc Hümbətova Tbilisidən turan.info.az-a bildirib verir ki, Etiraz aksiyasının keçirilməsi Tbilisi rəsmiləri ilə razılaşdırılıb.
Fevralın 8-i saat 14-00-da Gürcüstan parlamentinin qarşısında keçiriləcək etiraz aksiyasına azərbaycanlılarla yanaşı digər vətəndaşların da qoşulacağı gözlənilir.
Keçirilən aksiyada əsas şuarlar, Gürcüstan-Azərbaycan dostluğunun dəstəklənməsi və separatçılığa etiraz edilməsi olacağı bildirilir.
turan.info.az
.