AZEBI-nin İdarə Heyətinin sədri Nəriman Qurbanov, təşkilatın İdarə Heyətinin üzvü Sübhan Sarıyev şəhidlərin yaxınlarına başsağlığı verərək, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçənlərin əziz xatirəsini ehtiramla anıblar.
Ailələrdə ehsan süfrələri ətrafında səmimi söhbət zamanı şəhidlər yad olunub, onların ruhuna dualar oxunub.
AZEBI nümayəndələri ailələrin qayğıları ilə də maraqlanıb.
Təşkilat adından şəhidlərin yaxınlarına ərzaq yardımları paylanılıb.
Şəhidlərin yaxınları göstərilən diqqət və qayğıya görə AZEBI-yə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, 20 Yanvar şəhidləri arasında əslən Gürcüstandan olan altı azərbaycanlı – professor İsmayıl Mursaqulov, Tengiz Turabov, Ələsgər Qayıbov, Rəşid İsmayılov, Vəfadar Eminov və İlqar Əhmədov da var.
Allah Şəhidlərimizə
rəhmət eləsin!
turan.info.az
.