prezident seçkiləri keçiriləcək. Ölkə əhalisinin
bu seçkilərlə bağlı böyük ümidləri var.
Gürcüstanda yaşayan soydaşlarımız da
seçkilərdən çox şey gözləyir.
Seçkilərdə 25 namizəd mübarizə aparır.
Namizədlərin 19-u siyasi partiya,
6-sı isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.
Azərbaycanlılar daha çox müstəqil namizəd
Salome Zurabişviliyə rəğbət bəsləyirlər.
Gürcüstanda yaşayan soydaşlarımız da
Zurabişvilini daha şanslı hesab edir,
onun azərbaycanlıların problemlərinə
laqeyd qalmayacağını bildirirlər.
Gürcüstan Parlamentinin azərbaycanlı deputatı
Ruslan Hacıyev mətbuata açıqlamasında bildirib ki,
Gürcüstan Prezidentliyinə müstəqil namizəd olan,
xanım Salome Zurabişvilinin seçkilərdə qələbə çalacağı
və Gürcüstan Prezidenti seciləcəyi artıq qətiləşib.
Mən Salome xanımın seçkilərdə qələbəsinə əminəm.
Borçalıda yaşayan soydaşımız,
Gürcüstan Parlamentinin “Gürcü Arzusu” Fraksiyasının deputatı
Ruslan Hacıyev müsahibə zamanı deyib:
"Görünən odur ki, Gürcüstandakı fəal elektoratın çox hissəsi, müstəqil namizəd xanım Salome Zurabişviliyə simpatiya sərgiləyir. Həmçinin iqtidar partiyası olan “Gürcü Arzusu” da Salome xanımı dəstəkləyir.
Bu mövqe partiyanın lideri Bidzina İvanişvilinin rəsmi açıqlamasından sonra daha da möhkəmlənib.
Gürcüstan demokratik bir ölkədir, burada seçkilərin taleyini xalqın səsverməsi həll edir.
Yenə qeyd edirəm ki, xanım Salome Zurabişvili 28 oktyabrda Gürcüstan Prezidenti seçiləçək
və Gürcüstanön yeni tarixində ilk qadın dövlət başçısı olacaq.
turan.info.az
.