Azərbaycanın eyni vaxtda həm işğalçı erməni qüvvələrlə vuruşduğu, həm də vətəndaş müharibəs ilə üz-üzə qaldığı günləri unutmadıq, unutmarıq. O, ağır vəziyyətdən Azərbaycanın müdrik tarixi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin necə böyük zəhmətlər hesabına çıxardığını unutmadıq, unutmarıq.
Bizim Tibilisdə müxtəlif universitetlərdə təhsil alan tələbələrimizin təhsil haqqını Azərbaycan dövləti ödədiyini unutmadıq, unutmarıq.
Gürcüstanımızın ən ağır günlərində həmişə bir doğma qardaş kimi dəstəyini əsirgəməyən Azərbaycan dövlətinin bu günkü iqtidarına şəxsən prezident İlham Əliyevə bir daha minnətdarlığımızı bildiririk. Cənab prezident bütün bunları unutmadıq, unutmarıq.
Azərbaycanda yaşayan bütün soydaşlarımızdan rica edirik: 11 aprel seçim edərkən Gürcüstan-Azərbaycan qardaşlığına, Azərbaycanın istabil inkişafına, Ulu öndər Heydər Əliyev kursunun davamına dəstək olsunlar.
Əziz soydaşlarımız hər birinizə uğurlar arzulayırıq. Allah sizi qorusun!
Gürcüstan Azərbaycanıları Konqresinin sədri
Hüseyn Yusubov
turan.info.az
.