Tədbiri giriş sözü ilə açan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva çıxışında bu hadisənin əhəmiyyətindən danışdı. "Avropa idmanı tarixinə yazılan və ən önəmli hadisəsi olan Avopa Oyunlarının Azərbaycanda keçirilməsi dünyada yaşayan Azərbaycanlıları o cümlədən də bizi olduqca qürülandırır, bizim ölkələr hər zaman bir birinə dəstək olub və qardaş ölkə olaraq əsirlər boyu qalacaqdır. Bu gün bu tədbiri keçirməkdə əsas məqsədimiz Avopa Oyunları sevincini Gürcüstanda da paylaşmaqdır. Bilirsiniz ki, Gürcüstandan oyunlara idmançılar qatılıb bu tədbir vasitəsilə biz Gürcüstan yığmasını dəstəklədiyimizi bildiririk, ümüd edirik ki, qalibiyyət sevincimiz artacaqdır. Gürcüstanda da iyul ayında start götürəcək Avropa Gəncləri oyunları Cənibu Qafqazın inkişafına xidmət edəcəkdir.Gəncləri bu bayramlar münasibətilə təbrik edir,sağlam həyat tərzini sürmələrini arzu edirəm"-dedi N.Əliyeva.
Tədbir zamanı Avropa Oyunları haqqında toplaşanlara ətraflı məlumat verilərək azərbaycan və gürcü xalq müsigiləri, rəqsləri nümayiş olundu. Çıxış edənlərin arasında "Ceyran" rəqs ansambılı, tarda ifaçıları, Gənc müğənnilər Hacıyevlər qardaşları, Şaban Məmmədov və başqaları oldu. Tədbir zamanı gənc idmançılar öz məharətlərini də nümayiş etdirdilər. Gün ərzində isə Marneuli Gənclər Mərkəzinin istedadlı gənc rəssamlarının əsərləri nümayiş olundu.
Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin, Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin əməkdaşları, gürcü ziyalıları və gəncləri iştirak etdi, tədbirə həmçinin şəhərin qonaqları da maraq göstərdilər.
Tədbirin sonunda Avopa Parlamentində bir neçə deputatın qərəzli çıxışına etiraz olaraq bəyanat qəbul olunaraq tədbir iştirakçıları tərəfindən imzalandı və Avropa Parlamentinə göndərildi.