GAMİ-dən turan.info.az-ın Gürcüstandakı xüsusi müxbirinə bildiriblər ki, təşkilat artıq Gürcüstanın Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçib. (Qeydiyyat nömrəsi 426529081-dir.)
Təşkilatın əsas məqsədi Gürcüstanda yaşayan soydaşlarımızın, xüsusilə də məktəblilərin gürcü dilini daha yaxşı öyrənmələrinə dəstək, Azərbaycan-gürcü məktəbləri arasında dosltuq münasibətləri yaratmaq, müəllimlərimizin mövcud problemlərini Təhsil nazirliyi qarşısında qaldırmaq, eləcə də məktəb şagirdləri arasında intellektual yarışmalar keçirmək və s. bu kimi qarşıda duran digər işlərin görülməsini nəzərdə tutur.
Biz də hörmətli Səadət xanımı yeni yaranmış "Gürcüstanda Azərbyacanlı Müəllimlər İttifaqı"nın rəsmi qeydiyyata alınması münasibətilə ürəkdən təbrik edir və "Gürcüstanda Azərbyacanlı Müəllimlər İttifaqı"na gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI.
.