Hansı ki, həmin abituriyentlər gənclər mərkəzinin köməyi və dəstəyi ilə milli imtahanlara qeydiyyatdan keçmişdilər.
Lakin özləri qeydiyyatdan keçən abituriyentlər də sınaq imtahanlarına qatılmışdılar.
Abituriyentlərə dəstək olaraq Marneuli Resurs Mərkəzinin müdiri Ruslan Hacıyev də imtahanlarda iştirak etdi və abituriyentlərə daha çox oxumağı və yüksək nəticələr göstərmələrini arzu etdi.
Könüllülərdən 12 nəfər nəzarətçi qrup yaradılmışdı ki, onlar da abituriyentlərənəzarət edirdilər.
Xatırladaq ki, sınaq imtahanları milli imtahan mərkəzinin və SOCARın dəstəyi ilə keçirilir.
Sınaq imtahanında iştirak edən 240 nəfər abituriyentin 43%-i 24 ballıq bariyeri keçə bilmədiyi halda, 57%-i bu bariyeri keçdi.
Abituriyentlərin 26%-i isə qrant üçün (ödənişsiz təhsil) nəzərdə tutulan bariyeri keçdilər.
Sınaq imtahanları 2 mərhələdən ibarət oldu. İmtahanlarda iştirak etməyən abituriyentlərə də sualları mərkəzdən götürüb, özlərini sınamaq şansı verilir.
Bütün abituriyentlərimizə uğurlar!..
Elida MUXAYEVA