Mikayıl Cabbarovun
“İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən
respublikanın tanınmış təhsil mütəxəssisləri,
QHT və KİV nümayəndələrindən ibarət
monitorinq qrupu
Azərbaycan Texniki Universitetində (AzTU)
qış imtahan sessiyasının gedişi ilə yaxından tanış olmaq məqsədilə
bu gün həmin ali təhsil ocağında olublar.
AzTU-dan “Ziya” qəzetinin Baş redaktoru Müşfiq Borçalı turan.info.az -a bildirmişdir ki, Monitorinq qrupunun nümayəndələri - uzun müddət Milli Məclisin Elm və Təhsil komissiyasının sədri olmuş professor Şahlar Əsgərov, Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, “Multimedia” İnformasiya sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz,
“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev, tanınmış təhsil eksperti
Nadir İsrafilov, Təhsil Nazirliyinin İnformasiya şöbəsindən - İctimaiyyətlə əlaqələr sahəsində institusional inkişaf üzrə koordinator Elçin Sərdarov və b. əvvəlcə tələbələrlə görüşüblər, imtahan keçirilən auditoriyalarda olublar, test üsulu ilә, hәmçinin yazılı keçirilәn imtahanların tәşkili sahәsindә yaradılan şәraitlә maraqlanıblar.
Onlar universitetin Xüsusi texnika vә texnologiya, Nәqliyyat, Radiotexnika vә rabitә, Elektrotexnika vә energetika fakültәlәri tәlәbәlәrinin imtahanlarında bilavasitə iştirak ediblər və imtahanların gedişini universitetin Tədris Elektron Mərkəzindən izləyiblər.
Sonra nümayəndə heyəti, universitetin elmi-tədqiqat və tədris laboratoriyalarına, mərkəz və muzeylərinə baş çəkiblər, universitetin Heydər Əliyev Mərkəzi və Virtual layihə texnoloji tədris mərkəzi ilə yaxından tanış olublar.
Daha sonra monitoriq qrupunun üzvləri ilə Azərbaycan Texniki Universitetinin rektoru, Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor Havar Məmmədovun görüşü olub.
Monitoriq qrupunun üzvləri ilə görüşü zamanı rektor rәhbәrlik etdiyi ali məktəbin maddi-texniki bazası, kadr hazırlığı, beynəlxalq əlaqələri barədə danışıb, universitetdә tәdris prosesinin vә imtahan sessiyasının tәşkili, tәlәbәlәrin biliyinin obyektiv vә şәffaf qiymәtlәndirilmәsi, imtahanların gedişi, onlara nәzarәtin artırılması, bir sözlə, bu istiqamətdə görülən işlәr barәdә ətraflı mәlumat verib.
Professor Havar Mәmmәdov bildirib ki, AzTU-da 2015-2016-cı il tәdris prosesinin vә payız imtahan sessiyasının tәşkili, imtahanların gedişi, onlara nәzarәtin artırılması, tәlәbәlәrin biliyinin obyektiv vә şәffaf qiymәtlәndirilmәsi ilə bağlı bir sıra ciddi tədbirlər həyata keçirilir. Təhsil nazirinin müvafiq əmrinə uyğun olaraq imtahan sessiyasının gedişinә nәzarәt etmәk mәqsәdilә AzTU-da Qərargah və Apelyasiya Komissiyası yaradılıb, qiymətləndirmədən narazı qalan tələbələrin Apelyasiya Komissiyasına ərizə ilə müraciət etməsi üçün şərait təmin edilib. Mübahisə doğuran mәsәlәlәr Apelyasiya Komissiyası tәrәfindәn araşdırılır, qiymətləndirmədə şəffaflıq və operativlik təmin edilir.
Bildirilib ki, AzTU-da hazırda 7392 nəfər bakalavr, 432 nəfər maqistr təhsil alır ki, bunların da təxminən 6 faizi - 467 nəfəri imtahanlara buraxılmayıblar. İmtahan sessiyasına hazırlıq ərəfəsində müvafiq fənlər üzrə 3 dəfə yoxlama imtahanları (kollokviumlar) keçirilir. Artıq bir neçə ildir ki, Elmi Şuranın qərarı ilə universitetdə imtahanlar test üsulu ilə yanaşı həm də yazılı formada keçirilir. İmtahanlara nəzatərçi qismindә qeyri-ixtisas fәnn müәllimlәri cәlb olunur.
Bu il payız imtahan sessiyasında təxminən 1000 nəfərə yaxın tələbə - o cümlədən, Xüsusi texnika vә texnologiya fakültəsinin bütün tələbələri, eləcə də “Sabah” qruplarının və Avropa İttifaqının “TEMPUS” layihəsi üzrə təhsil alan qrupların tələbələri qış sessiyasının imtahanlarını yazılı, qalan tələbələr isə bütün imtahanlarını test üsulu ilə verirlər.
Universitetdә yaradılan elektron tәhsil sisteminin fәaliyyәti ilә bağlı geniş mәlumat verәn rektor professor Havar Məmmədov xüsusi olaraq qeyd edib ki, universitetdә tәdris prosesi vә imtahanların tәşkili üzrә bütün mәsәlәlәr bu ali təhsil ocağında yaradılan “Elektron Universitet” vasitәsilә nәzarәtә götürülür, istər yazılı, istərsə də test imtahanlarının nəticələri dərhal həmin sistemdə qeydə alınır.
Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən sonra dərhal kompüterin ekranında görür. Yazılı imtahanlar da test imtahanları kimi, ciddi nəzarətə götürülüb, yazılar şifrələnir, sonra yoxlanılır və elə həmin gün qiymətlər tələbələrə elan edilir. Hər günün sonunda istər yazılı, istərsə də test imtahanlarının nəticələri “Elektron Universitet”- də yerləşdirilir.
Valideynlərin, marağı olan şəxslərin imtahanların gedişini izləməsi üçün hər bir şərait yaradılmışdır. İmtahan sessiyası dövründə hər həftənin şənbə günləri rektor tərəfindən “Açıq qapı” günləri keçirilir. Şikayət və təklifləri olan valideyn və tələbələr sərbəst müraciət etmək imkanına malikdirlər.
Monitorinq qrupunun üzvləri bir neçә auditoriyada imtahanların gedişini müşahidә etdiklərini, imtahan prosesinin təşkilindən məmnun qaldıqlarını bildiriblər, tәlәbәlәrin biliklәrinin obyektiv dәyәrlәndirilmәsini və şəffaflığın təmin olunması istiqamətində görülən işləri, o cümlədən, Tədris Elektron Mərkəzinin fəaliyyətini, apellyasiya və qərargahın işini yüksək qiymətləndiriblər.
Azərbaycan Texniki Universitetinin güclü maddi-texniki bazaya malik olduğunu deyən ekspertlər, mütəxəssis hazırlığı istiqamətində görülən işləri yüksək dəyərləndirərək, nəzəri biliklərin təcrübədə tətbiqi istiqamətində həyata keçirilən layihələrdən, yerli və beynəlxalq qrant layihələrində iştirakdan məmnun qaldıqlarını vurğulayıblar və tələbələrə elmlәrә olan hәvәslərinin artırılması, gәnclәrin bilikli, bacarıqlı mütәxәssislәr kimi yetişmәlәri üçün müvafiq tövsiyyәlәrini veriblər.
Sonra professor Havar Mәmmәdov və Monitorinq qrupunun nümayəndə heyətinin üzvləri görüş iştirakçılarının suallarını cavablandırıblar.
.