Xalq Şairi ZƏLIMXAN YAQUB son mənzilə yola salındı

Xalq Şairi ZƏLIMXAN YAQUB son mənzilə yola salındı Xalq Şairi ZƏLIMXAN YAQUB son mənzilə yola salındı Xalq Şairi ZƏLIMXAN YAQUB son mənzilə yola salındı Xalq Şairi ZƏLIMXAN YAQUB son mənzilə yola salındı Xalq Şairi ZƏLIMXAN YAQUB son mənzilə yola salındı Xalq Şairi ZƏLIMXAN YAQUB son mənzilə yola salındıXalq Şairi ZƏLIMXAN YAQUB son mənzilə yola salındı Xalq Şairi ZƏLIMXAN YAQUB son mənzilə yola salındı Xalq Şairi ZƏLIMXAN YAQUB son mənzilə yola salındı Xalq Şairi ZƏLIMXAN YAQUB son mənzilə yola salındıXalq Şairi ZƏLIMXAN YAQUB son mənzilə yola salındı Xalq Şairi ZƏLIMXAN YAQUB son mənzilə yola salındıXalq Şairi ZƏLIMXAN YAQUB son mənzilə yola salındıXalq Şairi ZƏLIMXAN YAQUB son mənzilə yola salındı Xalq Şairi ZƏLIMXAN YAQUB son mənzilə yola salındıXalq Şairi ZƏLIMXAN YAQUB son mənzilə yola salındı Xalq Şairi ZƏLIMXAN YAQUB son mənzilə yola salındı Xalq Şairi ZƏLIMXAN YAQUB son mənzilə yola salındı Azərbaycan Prezidenti İlham Əliyev xalq şairi Zəlimxan Yaqubun vida mərasimində iştirak edib

Yanvarın 11-də Təzəpir məscidində müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Zəlimxan Yaqub ilə vida mərasimi keçirilib.

Vida mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Qurani-Kərimdən ayələr oxunub.

Dövlətimizin başçısı mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulub, “Həyat güldü, insan oğlu arıdı”, - deyən şairin cənazəsinin üzərinə çox sevdiyi təzə-tər qızılgüllər düzülüb.

Zəlimxan Yaqubun ailə üzvləri mərhumun xatirəsinə göstərilən ehtirama görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra xalq şairi Zəlimxan Yaqubun cənazəsi son mənzilə yola salınıb.

Ömrünün 66-cı ilində dünyasını dəyişən Zəlimxan Yaqub özündən sonra zəngin bədii irs qoyub. Şifahi xalq ədəbiyyatını dərindən bilən şair yaradıcılığında bu qaynaqdan məharətlə istifadə edərək, ümumbəşəri və milli dəyərləri özündə əks etdirən qiymətli əsərlər yaradıb. O, bir çox mükafatlara, o cümlədən Azərbaycan Respublikasının yüksək dövlət mükafatlarından olan “Şöhrət”“Şərəf” ordenlərinə layiq görülüb. Görkəmli şair, tanınmış ictimai xadim və səmimi insan Zəlimxan Yaqubun əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
***
Mərhumun cənazəsi Təzə Pir məscidindən götürülüb, birinci Fəxri xiyabana, son mənzilə yola salınıb.
***
Yaxından-uzaqdan gələn insanlar, ictimaiyyət nümayəndələri şairlə vidalaşmaq üçün ardı-arası kəsilmədən Fəxri xiyabana axışırdılar.
Zəlimxan Yaqubun qələm dostları, poeziya sevərlər, tanınmış elm və mədəniyyət xadimləri Fəxri xiyabana gələrək görkəmli şairə və gözəl insana son borclarını verirdilər.

Mərasim iştirakçıları bu ağır itkinin doğurduğu kədəri AZƏRTAC-ın müxbirləri ilə bölüşüb, şairin şəxsiyyəti və yaradıcılığı ilə bağlı fikirlərini söyləyiblər.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov şairin xatirəsinin ürəklərdə daim yaşayacağını bildirərək dedi: “Zəlimxan Yaqub Azərbaycan poeziyasının çox böyük simalarından biri idi. Sözsüz ki, onun əsərləri gələcək nəsillər üçün də örnək olacaq. Nə qədər ki, Azərbaycan ədəbiyyatı, aşıq poeziyası var, Zəlimxan Yaqub da yaşayacaq. O, iki çağırış Milli Məclisin deputatı olub. Deputat kimi də həqiqətən ibrətamiz fəaliyyət göstərib. Hərtərəfli insan olan Zəlimxan Yaqub həm söz, saz ustadı, həm də tanınmış ictimai xadim idi”.

Əməkdar İncəsənət Xadimi, ustad aşıq Ədalət Nəsibov
ürək sözlərini belə ifadə etdi: “Bu gün Azərbaycan xalqı böyük şair və ictimai xadimlərindən biri ilə vidalaşır. Zəlimxan Yaqub yaradıcılığının son dövrlərində ölümlə bağlı şeirlər yazsa da, həyatsevər insan idi. Bütün ömrünü aşıq sənətinin təbliğinə həsr edib, Azərbaycan Aşıqlar Birliyinin sədri kimi gördüyü işlər hamının yadındadır. Biz bu gün xalqımızın böyük bir şairini, söz ustasını itirdik. Bu, çox böyük itkidir”.

Akademik, Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov müasir poeziyamızda Zəlimxan Yaqub sözünün xüsusi çəkisi olduğunu vurğuladı: “Zəlimxan Yaqub Tanrının fitri şairlik istedadı bəxş etdiyi nadir söz ustalarından idi. Amma millətin yaddaşında, ədəbiyyat aləmində həmişəlik qalmaq üçün yalnız böyük söz qabiliyyətinə malik olmaq azdır. Zəlimxan Yaqub çox mətin bir vətənpərvər idi. Vətənini, xalqını, tarixini sevirdi. Dövlətinə sadiq bir insan idi və bütün bunları yaradıcılığında əks etdirirdi. Şair ölümün yaxınlaşdığını duyur, ömrünün bu son parçasında böhranlı günlər yaşayır, xəstəliklə çarpışırdı. Xəstəliklə mübarizə edən, can ağrıları yaşayan bir insan bəlkə də yaradıcılıq haqqında az düşünərdi. Amma Zəlimxan Yaqub sözün, millətinin və ölkəsinin qarşısında tarixi məsuliyyətini hiss edirdi və son anadək əlindən qələm düşmədi. Vücudu xəstə olsa da, sözü, qələmi əvvəlki təravətini itirməmişdi. Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr etdiyi “Əbədiyyət dastanı”nda “Sənin yerin görünəcək” adlı bir bölmə var. Zəlimxan Yaqub özü də o insanlardandır ki, yeri həmişə görünəcək. Onun yeri ədəbiyyatın ucalıqlarında görünəcək, səsi həmişə eşidiləcək. Vətən, yurd, xalq sevgisindən yoğrulmuş şeirləri Azərbaycan insanı ilə həmişə bir yerdə olacaq”.

AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, professor Nizami Cəfərov
Zəlimxan Yaqubun özünəməxsus qaynar təbli şair çılğınlığından, tükənməz enerjisindən, yaradıcılıq axtarışlarından, bənzərsiz poeziyasından danışaraq dedi: “Zəlimxan Yaqubun ölümünə heç kəsin inanmağı gəlmir. Çünki o, sağlığında əbədiyyət qazanmışdı və Azərbaycan poeziyasının ən parlaq ulduzlarından biri idi. Zəlimxan Yaqub həm gözəl poeziya nümunələri yaradır, həm də Azərbaycan poeziyasını bütün dünyada təbliğ edirdi. O, ürəyindən keçənləri özünəməxsus intonasiya ilə dünyaya çatdırdı. Zəlimxan Yaqub, eyni zamanda türk dünyasının böyük şairidir və türk dünyasının hər yerində sevilir. O, xalqını, dövlətini ürəkdən sevən bir sənətkar, ictimai fikir adamı olaraq çox mənalı və zəngin bir həyat yaşadı”.

“Mən zamanı zamanında yaşadım”- deyən şairin dəfn mərasiminə gələn İran Aşıqlar Birliyinin sədri Səlcuq Şahbazi cənublu aşıq və şairlərin də bu itkini böyük həyəcanla qarşıladıqlarını bildirdi: “Zəlimxan Yaqubun ölümü türk dünyası, hamımız üçün böyük itkidir. Onun dünyasını dəyişdiyini eşidib dəfn mərasimində iştirak etmək üçün Bakıya gəldim. Zəlimxan Yaqubun Təbrizdə, Səlmasda, Ərdəbildə keçirdiyi görüşləri necə unuda bilərik? O, böyük şair, sinədəftər ozan, ürəyi söz məbədi olan yaradıcı insan idi”.

Xalq Artisti Canəli Əkbərov özünü heç cür ovuda bilmədiyini dilə gətırərək dedi: “Söz mədəniyyətimizin parlaq ulduzlarından birini, böyük ziyalımızı, söz sərrafını itirdik. Zəlimxan Yaqub xalqın dəyərli oğlu, xalqımızın sevimli şairi, qüdrətli qələm sahibi idi. Çox iti yaradıcı fəhmi vardı. Mən ikinci şair tanımıram ki, Zəlimxan Yaqub qədər hafizəli olsun. Onun çox zəngin söz dünyasından hər birimizə pay düşür”.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Zəlimxan Yaqubun insanlara və insanların ona olan sevgisindən söz açdı: “Onun yaradıcılığı dağ çayları qədər iti, qaynar bulaqlar qədər təmiz və saf idi. O, eyni zamanda, görkəmli ictimai xadim, Milli Məclisin deputatı kimi müstəqil Azərbaycanın parlament fəaliyyətinə öz şəxsi töhfəsini vermişdi. Onun parlaq çıxışları cəmiyyətin saflaşmasına, müstəqilliyimizin qorunmasına yönəlmişdi. Zəlimxan Yaqub dahi şəxsiyyət Heydər Əliyevə həsr etdiyi poemada xalqımızın Ulu Öndərinin böyük xidmətlərini özünün yaradıcılıq məharəti, ürəyinin istisi ilə vəsf etmişdi. Amansız ölüm Zəlimxan Yaqubu aramızdan aparsa da, onun xatirəsi həmişə qəlblərdə yaşayacaq, şeirləri dillərdə gəzəcək”.

“Qafqaz Media” İctimai Birliyinin sədri Azadə Hüseynova “Səni sevmək üçün gəldim dünyaya”- deyən, doğma ocağını, torpağını sevə-sevə vəsf edən mərhum şairi Borçalı mahalının ən şöhrətli oğlu kimi dəyərləndirdi, onun zəngin yaradıcılığından çoxsaylı misallar çəkdi.

Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu
şairin aşıq sənətinə verdiyi töhfələrdən danışaraq bildirdi ki, Zəlimxan Yaqub doğulduğu məmləkətin, mənsub olduğu millətin müstəqilliyini, azadlığını, bəşəri sevgini tərənnüm edən şair idi. Buna görə də ustad sənətkar və söz adamı kimi daim xatırlanacaq.

Mərhumun ailəsi adından oğlu Bəhlul Yaqubov
atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə minnətdarlıq edərək dedi: “Dövlətimizin başçısı İlham Əliyevə və vida mərasiminə toplaşan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Bu gün Zəlimxan Yaqubun övladı kimi ürəyim fəxarət hissi ilə döyünür. Zəlimxan Yaqub cismən bizdən ayrılıb, mənən həmişə bizimlə olacaq. İnanıram ki, qədirbilən, sözə, şeirə qiymət verməyi bacaran xalqımız onu həmişə qəlbində yaşadacaq”.

Şeirlərindən birində dogma torpağa müraciətlə yazırdı: “Gəlmişəm, qoynunda sığınacaq ver”. Bu gün canından çox sevdiyi ana torpaq Zəlimxan Yaqubu öz ağuşuna aldı. O, birinci Fəxri xiyabanda torpağa tapşırıldı.

Xalq şairi Zəlimxan Yaqub birinci Fəxri Xiyabanda dəfn olundu.

Allah rəhmət eləsin!

=======================

Xalq Şairi ZƏLIMXAN YAQUB son mənzilə yola salındıBorçalı yasdadır. Borçalının en sevimli, en ünlü şexsiyyetinin bizleri yetim qoyması milyonlarca Borçalı Türkünü yasa boğub.
Zelimxan tek geldi, tek getdi. Zelimxan qağa bir daha yetişmez.
Şairler ölümden sonra da yaşıl yarpaqlı ağaclardır. İllah da ki, bu yaşıl ağacın altını özüne veten bilen sevimli şairimiz.
Bütün tarixlerin ulu şairi, günümüz şeirmizin xanı Zelimxan. Bakıya eli çatmayan Türkiyeli dostlarımızdan mene de başsağlığı zengleri gelmektedir.
Başımız sağ olsun. Borçalımız da üzgündür. Şairin her gelişini toy bayrama çeviren ana yurdumuz Borçalı.
Birinci fexri xiyabanda Borçalılıların da müqeddes ziyaret yerimiz var daha.
Seninle bu dünya kimi, cennet mekan da şereflenecek, elbette.

Seni sevenlerden, baş tacı olarak deyerlendirenlerden, seninle qürurlananlardan biri
Şureddin Memmedli,
filologiya elmləri doktoru, professor,
Türkiyə, Ardahan Universiteti.


=========================


Xalq Şairi ZƏLIMXAN YAQUB son mənzilə yola salındı ELİMİN ŞAİR OĞLUNA, ZƏLİMXAN YAQUBA ALLAH RƏHMƏT ELƏSIN...
ONUN RUHU QARŞISINDA BAŞ ƏYİRƏM... DOĞMALARINA, MİLLƏTİMƏ, XALQIMA,
MÜŞFİQ MÜELLİM SİZƏ "BAŞINIZ SAĞ OLSUN!", - DEYİRƏM, ÇOX AĞIR İTKİDİ...


Dünyanı terk edib bir dunya köçür,
Cismi girov düşüb, azad ruh köçür.
Ay eller, melekler qanadı uste,
Xalqın Zelimxanı göylere köçür.

Yandırıb alemi, yaxır bu xeber-
Sairi tez aldi bizden bext, qeder.
Günəş özü menden doğar her seher,
Deyen Zelimxanım göylere köçür.

Yerim de ağlayır, göyüm de bu gün,
Matəmdi Vetende, Elimde bu gün.
Daşım da “can” deyir köyümde bu gün,
Elin Zelimxanı göylere köçür.

Zəlimxan dunyaya tekce gelmişdi,
Dunyanın qelemle şeklin çekmişdi.
Xezineydi söz mülkünü seçmişdi,
Sözün xəzinəsi göylere köçür.

Od almışdı əlcatmayan güneşden,
O gelmişdi qayıtdığı göylerden.
Sədaqətəm ,”of”-du qelbi göyneden,
Ustad Zəlimxanım göylere köçür.

Sədaqət Dilqəm Abbasova,
Belqorod.


========================

Xalq Şairi ZƏLIMXAN YAQUB son mənzilə yola salındıSARVANIM GEDİR

Dayan, ey karvan,
söz sarvanım gedir
Bu sonsuz göyləri,
Bu sonsuz yeri,
İhamla varanım gedir.

Saz üstündə köhlənən,
Qələmi daşlar dələn,
Dərd əlində təhlənən,
Sözdən qala quranım gedir.

Çətin anda sınanan,
Hərdən də qınanan...
Haqla nahaq arasında,
Xeyir-şər davasında,
Özünü yoranım gedir.

Dayan, ey karvan,
Söz sarvanım gedir...

Ejder Yunus Rza,
11-01-2016

==========================

Xalq Şairi ZƏLIMXAN YAQUB son mənzilə yola salındı XƏZİNƏDİ

Şeir çəhlimini alıb əlinə
Saz-söz zirvəsinə qalxdı, Zəlimxan.
Xalqın ləhcəsinə, elin dilinə
Şeirdən yeni tac taxdı, Zəlimxan.

Hər kəlmə bir hikmət, hər misra heyrət,
Ürəyində vətən, qəlbində qeyrət.
İndi oxu xalqım, öyrən, həm öyrət -
Xəzinədi, buz bulaqdı Zəlimxan!

Çiyninə qaldırdı el, vətən onu,
Ordan torpağına ərmağan etdi.
Ürəyə endirdi hər insan onu,
Ürəkdə əbədi dost, mehman etdi!
Gülxanım Rzazadə,
11.01.2016

==========================

Xalq Şairi ZƏLIMXAN YAQUB son mənzilə yola salındı Allah Rəhmət eyləsin Böyük şairimiz Zəlimxan Yaquba !!!

Ağla gözlərim, ağla
Bülbül budaqdan uçdu !
Bu dün " Vətənin daşı "
O, uca dağdan uçdu !

Damarında durdu qan
Keçdi qorxu, həyacan
Eldən getdi, ay aman ,
Sözdə ağa, xan uçdu !

Söz dəryasının şahı,
Məzlumların pənahı ,
Şeyriyyatın Allahı
Deyir, Zəlimxan uçdu !

Sinəsi, Vətən dağlı,
Vətəni , sollu - sağlı
Türkün, cəsur , mərd oğlu
O, " Azərbaycan " üçdu !

Zəlimxan, Azərbaycan,
Azərbaycan, Zəlimxan ,
Necoldu səksən, doxsan
Ömür, yarıycan, uçdu ?

Birliyə çağıran kəs
Sürmədi ömrün əbəs.
Hər bir səsə verən səs,
Həyətdən, "həyan " uçdu !

Elin dərdinə yanan
Nə durub , nə dayanan
Əbədiyyət qazanan
Dedikcə dayan , uçdu !

Hər kəsi salıb razı,
Dildə söz, əldə sazı
Haqqın səsi, avazı
Yan ay Rəşid yan uçdu !!!

Rəşid ÇERPANOV (YIRĞANÇAYLI),
Belqorod.


Xalq Şairi ZƏLIMXAN YAQUB son mənzilə yola salındı
==========================
Güllü YOLOĞLU:


Bazar günü bir mərd ananı dağ boyda oğulun başı üstündə gördüm...
Xalq şairinə son vida borcumu verməyə getmişdim. Razindəki evinin həyətindəki böyük çadıra girdim. Gözüm qaraldı...
"Buyurun! Buyurun!" deyə içəri ötürdülər... Gedə-dedə bir də gördüm ki, o məqrur ananın - Güllü ananın tam arxasındayam...
Ana da oğlunun başı üstündə ayaq üstə məqrur duruşlu heykəl kimi... Nə ağlamır, nə üzünü cırmır... Ürəyindən gələn sözləri dilinə gətirirdi sadəcə...
Cəmi bir neçə dəqiqə dözə bildim... Zəlimxana da bu yaraşırdı...
Allah rəhmət eləsin!

==========================

Xalq Şairi ZƏLIMXAN YAQUB son mənzilə yola salındı HAYIF SƏNNƏN

Ruhum sözün dərgahına
Uyub sənnən, ay Zəlimxan.
Nə ürəyim, nə də könlüm
Doyub sənnən, ay Zəlimxan.

Yaylaqlarda qurdum binə,
Yaşamadım sinə-sinə.
Həyat məni yaman günə
Qoyub sənnən, ay Zəlimxan.

Cocuqkən sevdim izini,
Öpdüm çeşmənin gözünü.
Təbim sözün əl-üzünü
Yuyub sənnən, ay Zəlimxan.

Gözəldir göylər kanında,
Pərvanə şəmin yanında.
Çoxu şeir meydanında
Sayıb sənnən, ay Zəlimxan.

Təbriz dərdi-qəmi dadan,
Qədrini nə bilər nadan.
Vaxtsız köçdün bu dünyadan
Hayıf sənnən, ay Zəlimxan.

Təbriz İMAN (Darvazlı)

==========================

Xalq Şairi ZƏLIMXAN YAQUB son mənzilə yola salındıBu gün son mənzilə bir şair gedir!

BÖYÜK TÜRK dünyamızın unudulmaz Şairi
ZƏLİMXAN YAQUBUN vida mərasimində!
Ürək ağrısıyla!


Eşidincə saçlarıma düşdü dən,
Söz incidi,qələm düşdü əlimdən!
Bu itgiyə deyin necə dözüm mən?
Dünya boyda açılmamış sir gedir.
Bu gün son mənzilə bir şair gedir.

Heç bilmirəm necə dözüm bu dərdə,
Saz üstündə nə sim qaldı,nə pərdə,
Ağlamasam boğuluram qəhərdə,
El gözündən Araz axır,Kür gedir!
Bu gün son mənzilə bir şair gedir.

Ay Məhəmməd el aləmə eylə car,
Qələmini yerə qoysun yazanlar.
ZƏLİMXANA ağı desin ozanlar!
Ocaq sönür, köz qaralır, pir gedir,
Bu gün son mənzilə bir şair gedir.

Məhəmməd Xəyal ƏBDÜRRƏHMANOV
(YIRĞANÇAYLI).


==========================

My Webpage

[media=http://ok.ru/video/64810019943865-0]

[media=https://www.facebook.com/nseferli1/videos/944365782318031/]

[media=https://www.facebook.com/nseferli1/videos/944365782318031/?theater]


[video=https://www.facebook.com/nseferli1/videos/944365782318031/?theater]
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Rustavidə Xalq şairi Zəlimxan Yaqubun anım mərasimi keçirilib

Rustavidə Xalq şairi Zəlimxan Yaqubun anım mərasimi keçirilib

Rustavi
Rustavidə Xalq şairi Zəlimxan Yaqubun anım mərasimi keçirilib

Rustavidə Xalq şairi Zəlimxan Yaqubun anım mərasimi keçirilib

---
Xalq şairi Zəlimxan Yaqubun məzarı üstündə abidəsi ucaldılıb

Xalq şairi Zəlimxan Yaqubun məzarı üstündə abidəsi ucaldılıb

Azərbaycan, Borçalı
ZƏLİMXAN YAQUB FƏXRİ XİYABANDA ANILDI

ZƏLİMXAN YAQUB FƏXRİ XİYABANDA ANILDI

UNUTSAQ, UNUDULARIQ!....
Zəlimxan Yaqub xatirələrdə

Zəlimxan Yaqub xatirələrdə

Mədəniyyət, Bolus
Gəncə yazarları Zəlimxan Yaqubu xatırlayıblar

Gəncə yazarları Zəlimxan Yaqubu xatırlayıblar

Azərbaycan, Gəncə
Xalq şairi Zəlimxan Yaqubun xatirəsi doğulduğu Kəpənəkçi kəndində anılıb

Xalq şairi Zəlimxan Yaqubun xatirəsi doğulduğu Kəpənəkçi kəndində anılıb

Bolus

"ZƏLİMXANIN ÖZÜ VAR XATİRƏLƏRDƏ"

Borçalı, Bolus
İliyinə qədər ŞAİR - ZƏLİMXAN YAQUB

İliyinə qədər ŞAİR - ZƏLİMXAN YAQUB

Azərbaycan
“Zəlimxan özü var xatirələrdə” mövzusunda ədəbi-bədii gecə

“Zəlimxan özü var xatirələrdə” mövzusunda ədəbi-bədii gecə

Mədəniyyət
CAN qardaşım, XAN adaşım əzizim ZƏLİMXAN YAQUB!.. Allah dərgahında ruhun ŞA ...

CAN qardaşım, XAN adaşım əzizim ZƏLİMXAN YAQUB!.. Allah dərgahında ruhun ŞA ...

Bolus, Nekroloqlar
SAZLA QOŞALAŞAN, SÖZLƏ ALIŞAN ŞAİRİN

SAZLA QOŞALAŞAN, SÖZLƏ ALIŞAN ŞAİRİN "POEZİYA GÜNÜ"

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Zəlimxan Yaqubun “Peyğəmbər” poeması Təbrizdə nəşr olunub

Zəlimxan Yaqubun “Peyğəmbər” poeması Təbrizdə nəşr olunub

Yeni nəşrlər, Bolus, Cənubi Azərbaycan
Rahat uyuyun, Böyük Şair, Siz əsrarəngiz poeziya dunyamızın qızıl səhifəsin ...

Rahat uyuyun, Böyük Şair, Siz əsrarəngiz poeziya dunyamızın qızıl səhifəsin ...

MEDİA, Borçalı, Nekroloqlar

"Sözün Zəlimxan zirvəsi” kitabının təqdimatı keçirildi

Borçalı, Əsas xəbər
KVEMO-KARTLİ QUBERNATORU İLƏ GÖRÜŞ

KVEMO-KARTLİ QUBERNATORU İLƏ GÖRÜŞ

Rustavi, Borçalı, Bolus
Ələddin Həsənlinin ifasında mahnılar və Zəlimxan Yaqubun

Ələddin Həsənlinin ifasında mahnılar və Zəlimxan Yaqubun "Saz" poeması

Tv, Folklor, Poeziya, Tiflis, Borçalı, Bolus
Zəlimxan ayrılığı - Orxan Aras Almaniyadan yazır

Zəlimxan ayrılığı - Orxan Aras Almaniyadan yazır

Azərbaycan
Müşfiq Cabiroğlu son mənzilə yola salınıb  - YENİLƏNİB

Müşfiq Cabiroğlu son mənzilə yola salınıb - YENİLƏNİB

Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
Tanış olun: Gənc istedad YAŞA BAYRAMOV

Tanış olun: Gənc istedad YAŞA BAYRAMOV

Poeziya, Bolus
Rəy yazın: