5 oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib.
Əvvəlcə Azərbaycanın
Dövlət Himni səsləndirlib.
Müəllimləri salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev
onları 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib. Rektor tədrisin keyfiyyətinin yüksəldilməsi, yüksəkixtisaslı gənc kadrların hazırlanması istiqamətində görülən işlərdə müəllimlərin rolunu xüsusi vurğulayıb.
Vilayət Vəliyev deyib ki, AzTU-da qarşıya qoyulan hədəflərə çatmaq üçün həyata keçirilən layihələrdə istər qocaman, istərsə də gənc müəllimlərin potensialından istifadə olunacaq.
Daha sonra AzTU-nun qocaman müəllimləri adından professor Tamilla Hüseynova və professor Rəhim Şükürov çıxış edibər. Onlar son illər universitetdə görülən işlər barədə fikirlərini bildiriblər.
Çıxışlardan sonra AzTU-nun qocaman müəllimləri təltif olunublar.
Tədbirin bədii hissəsində Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası nümayiş olunub.
turan.info.az
.