Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB

Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB
Gürcüstanın Prezidenti xanım Salome Zurabişvili 2019-cu il fevralın 27-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.


turan.info.az xəbər verir ki,
hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı
Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul
dəstəsi düzülmüşdü.

Gürcüstanın Prezidenti Salome Zurabişvilini Azərbaycan Respublikası Baş nazirinin birinci
müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov

və digər rəsmi şəxslər qarşıladılar.


Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB Gürcüstanın Prezidenti
Salome Zurabişvilinin
rəsmi qarşılanma
mərasimi olub


Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstanın Prezidenti xanım Salome Zurabişvilinin fevralın 27-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Gürcüstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Salome Zurabişvilini qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Gürcüstan Prezidentinə raport verdi.

Prezident İlham Əliyev və Prezident Salome Zurabişvili fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Gürcüstan Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Salome Zurabişviliyə, Gürcüstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və
Gürcüstan Prezidenti Salome Zurabişvilinin qarşısından keçdi.

Prezidentlər rəsmi foto çəkdirdilər.


Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİBAzərbaycan və Gürcüstan prezidentlərinin
təkbətək
görüşü olub


Fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
və Gürcüstan Prezidenti xanım Salome Zurabişvilinin təkbətək görüşü olub.


Prezidentlər görüşdə
çıxış ediblər.

Azərbaycan Prezidenti
İlham ƏLİYEV dedi:


-Hörmətli xanım Prezident, mən Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz.
İlk növbədə, bu yaxınlarda prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi təbrik edirəm, Sizə uğurlar arzulayıram.
Əminəm ki, Sizin səfəriniz Gürcüstan-Azərbaycan dostluq əlaqələrinin inkişafı üçün çox önəmli addım olacaqdır. Əminəm, aparacağımız müzakirələr bir daha təsdiqləyəcək ki, Gürcüstan və Azərbaycan bir-birinə çox yaxın ölkələrdir və birgə apardığımız işlər böyük nəticələr verir.
Biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik və bu əməkdaşlıq gündən-günə dərinləşir. Siyasət, iqtisadiyyat, mədəniyyət, nəqliyyat, energetika sahələrində çox gözəl nəticələr var. Əslində, elə bir sahə tapmaq çətindir ki, biz o sahədə əməkdaşlıq etməyək. Əlbəttə ki, gələcək əməkdaşlıqla bağlı bizim çox aydın fikirlərimiz var. Əminəm ki, səfər zamanı biz gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edəcəyik.
Bir daha xoş gəlmisiniz.

***

Gürcüstan Prezidenti Salome ZURABİŞVİLİ dedi:

-Təşəkkür edirəm cənab Prezident.
Şadam ki, regiona ilk səfərimi bizim dostumuz olan qardaş ölkəyə edirəm. Mən Azərbaycana dost ölkənin Prezidenti kimi səfərə gəlmişəm. Gürcüstanın bütün prezidentləri Azərbaycanın dostu olub və mən də bu ənənəni davam etdirirəm. Bizim münasibətlərimizin alternativi yoxdur və perspektivli əlaqələrimiz var.
Bizim region üçün və dünya üçün yeni perspektivlər açılır. Bu baxımdan əlaqələrimizi dərinləşdirmək daha da böyük əhəmiyyət kəsb edir. Əminəm ki, biz perspektivlərlə bağlı yeni təşəbbüsləri müzakirə edəcəyik.
Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun.


Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİBAzərbaycan və Gürcüstan prezidentlərinin
geniş tərkibdə
görüşü olub


Fevralın 27-də təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və
Gürcüstan Prezidenti xanım Salome Zurabişvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Prezidentlər görüşdə çıxış ediblər.



Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB Azərbaycan və Gürcüstan prezidentləri
mətbuata
bəyanatlarla
çıxış ediblər


Fevralın 27-də geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevGürcüstan Prezidenti xanım Salome Zurabişvili mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış edib.

Prezident İlham Əliyevin bəyanatı


-Hörmətli xanım Prezident.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
İlk növbədə, xanım Prezident, Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz.

Sizi bu yaxınlarda prezident seçkilərində qazandığınız qələbə münasibətilə bir daha təbrik edirəm. Çox şadam ki, seçkilərdən qısa müddətdən sonra Siz Azərbaycana səfər edirsiniz. Bu, onu göstərir ki, Siz ölkələrimizin əlaqələrinə çox böyük önəm verirsiniz. Biz də Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Çox şadıq ki, bu əlaqələr uğurla, sürətlə inkişaf edir. Bugünkü səfər və apardığımız müzakirələr, danışıqlar bir daha onu təsdiqləyir ki, bizim əlaqələrimizin çox gözəl gələcəyi vardır.

Xalqlarımız əsrlər boyu bir-birinin yanında olmuşdur, bir yerdə olmuşdur. Biz həmişə dostluq, qardaşlıq şəraitində yaşamışıq. Bu gün də dostluq və qardaşlıq əlaqələrimiz bizim dövlətlərarası əlaqələrimiz üçün əsas amildir. Biz dövlətlərarası əlaqələri bu möhkəm təməl üzərində qururuq. Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir.

Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir, müntəzəm olaraq yüksək səviyyəli görüşlər keçirilir, məsləhətləşmələr aparılır. Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi daim dəstəkləyirik. Gürcüstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ərazi bütövlüyü məsələləri ilə bağlı daim həmrəylik göstərir və bir-birini dəstəkləyir.

Əlbəttə ki, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Bu gün bu məsələlər də geniş müzakirə olundu. Bildirməliyəm ki, bu əməkdaşlığın böyük tarixi var və biz birgə səylərlə çox önəmli böyük layihələri icra edə bilmişik. Əgər tarixə bir qədər nəzər salsaq görərik ki, hələ 1990-cı illərin sonlarında Bakı-Supsa neft kəmərinin tikintisi böyük hadisə idi. Bu, imkan verdi ki, Xəzər dənizi Qara dənizlə neft kəməri ilə birləşsin. Ondan sonra əlbəttə ki, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri tikildi. Bütün bunları, biz, yəni, üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə birgə səylərlə həyata keçirdik. Bu gün bu layihələr bizim iqtisadi inkişafımızı böyük dərəcədə artırır. Bu marşrut üzrə bu gün Cənub Qaz Dəhlizi layihəsi uğurla icra edilir. Bu, bölgədə ən böyük infrastruktur layihəsidir. Cənub Qaz Dəhlizinin reallaşmasına az vaxt qalıb. Keçən il bu layihənin icrası ilə bağlı çox önəmli il olmuşdur. Keçən il Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi olmuşdur və onun əsas hissəsini təşkil edən TANAP layihəsi də istifadəyə verilmişdir. Artıq TANAP xətti ilə qazın nəqli təmin edilir. Bu layihələr ölkələrimiz üçün, bölgə üçün böyük əhəmiyyət daşıyır, geniş mənada əməkdaşlığı dərinləşdirir. Əgər layihələrin əvvəlində üç ölkə əməkdaşlıq edirdisə, bu gün bu ölkələrin sayı böyük dərəcədə genişlənir və yeni tərəfdaşlar bu layihələrə cəlb edilir.

Biz bu gün, eyni zamanda, nəqliyyat sahəsində əməkdaşlığa böyük diqqət göstəririk və bu da danışıqların mövzusu olub. Bu layihələr də ölkələrimizə çox böyük fayda gətirir. İl yarım bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəticəsində indi ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və artacaqdır. Biz hələ bu layihənin icrasının birinci mərhələsindəyik, ancaq artıq bunun faydasını görürük və artan yükdaşımalar deməyə əsas verir ki, biz düzgün yoldayıq. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından sonra Azərbaycan öz qonşuları ilə, Xəzərin şərq hissəsində yerləşən ölkələrlə çox fəal danışıqlar aparmışdır, razılığa gəlinmişdir. Əminəm ki, bu razılıq əsasında indi yükdaşımalar böyük dərəcədə artacaqdır. Bu, bizim ümumi layihəmizdir. Bu yeni dəhliz imkan verəcək ki, qitələr birləşsin. Yenə də burada Azərbaycan, Gürcüstan və Türkiyə - ənənəvi üçtərəfli əməkdaşlıq formatı əsas rol oynamışdır, indi isə əməkdaşlıq edən ölkələrin sayı artır.

Əlbəttə ki, bu gün bütün başqa məsələlərlə, o cümlədən humanitar, mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparıldı.

Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar əlaqələrimizin inkişafı üçün çox önəmli rol oynayırlar. Gürcüstan və Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkələrdir. Bu, bizim böyük sərvətimizdir. Ölkələrimizdə yaşayan bütün xalqların nümayəndələri özlərini çox rahat hiss edirlər. Bu, ölkələrimizin bugünkü və gələcək inkişafı üçün çox önəmli amildir.

Şadam ki, xanım Prezident Azərbaycanın şimal-qərb bölgəsinə səfər edəcək, orada yerli vətəndaşlarla görüşəcək, o cümlədən gürcü əsilli vətəndaşlarla. Bu, əlbəttə ki, onlar üçün də çox mühüm hadisə olacaq. Əminəm ki, orada yaşayan digər xalqların nümayəndələri də buna sevinəcəklər. Eyni zamanda, ölkəmizin gözəl guşəsi ilə tanışlıq əminəm ki, Sizdə xoş təəssürat yaradacaqdır.

Bir sözlə, deyə bilərəm ki, bizim bütün sahələr üzrə əməkdaşlığımızın çox böyük perspektivləri, ən əsası isə güclü siyasi iradə var. Gürcüstan və Azərbaycan bundan sonra da bir-birini dəstəkləyəcək. Biz reallaşan layihələri bundan sonra da inkişaf etdirəcəyik və yeni layihələr haqqında düşünəcəyik. Əminəm ki, xalqlarımızın, dövlətlərimizin çox gözəl gələcəyi var. Bugünkü rəsmi səfər bizim əlaqələrimiz üçün çox böyük əhəmiyyət daşıyır.

Bir daha, hörmətli xanım Prezident, Sizi səmimiyyətlə salamlayıram. Sağ olun.

***

Sonra Gürcüstan Prezidenti Salome Zurabişvili bəyanatla çıxış edib.



Prezident Salome Zurabişvilinin bəyanatı

- Təşəkkür edirəm, cənab Prezident.

Sizin bütün fikirlərinizlə razıyam. Sizin fikirləriniz mənə çox yaxındır. Biz həqiqətən hər bir sahə üzrə fikir mübadiləsi apardıq. Biz bir yerdə tarixi yol keçmişik. Biz coğrafi cəhətdən də yaxın qonşularıq və tarix də bizi birləşdirir. Son əsrlər ərzində birlikdə uğurlu yollar keçdik, faciələrdən keçdik. Bilirik ki, dövlət quruculuğu nə deməkdir, nə tələb edir. Bütün bunlar bizi birləşdirir. Çünki biz bütün faciələri birlikdə yaşadıq və yenə də irəliləyişə, inkişafa, mədəniyyət sahəsində tərəqqiyə nail ola bildik. Hər bir məsələdə çox yaxınlıq və dostluq hiss edirəm.

Biz ötən əsrin sonu və bu əsrin əvvəlində birlikdə energetika sahəsində həqiqətən çox irimiqyaslı layihələr həyata keçirdik. Biz bütün dünyaya göstərdik ki, bu region mərkəzi regiondur, bu dəhliz sabit dəhlizdir və bu regiona böyük investisiyalar qoymaq olar. İndi qarşımızda duran əsas məqsəd daha böyükmiqyaslı layihələri gündəmə gətirməkdir.

Nəqliyyat dəhlizi çox vacibdir və həqiqətən bizim əməkdaşlığımızın təməl daşıdır. Nəqliyyat bugünkü dünyada çox potensiallı sahədir. Nəqliyyat sahəsi dünya üçün çox əhəmiyyətlidir. Asiyanın, Çinin və Avropanın birləşdirilməsi çox mühüm məsələdir və biz bu yolla gedirik. Bu, ən qısa yoldur, lakin biz hələ bu yolun imkanlarını tam inkişaf etdirməmişik və bu, bizdən asılıdır. Siz Azərbaycan tərəfindən hansı işlərin görüldüyü barədə məlumat verdiniz. Siz Xəzər dənizi ilə bağlı əldə olunmuş razılaşmaları qeyd etdiniz. Bu dənizdə nəqliyyat tam inkişaf etdirilməlidir. Avropa İttifaqının dəstəyi ilə biz Qara dənizdəki imkanlar üzərində işləyirik. Rumıniya, Bolqarıstan və Gürcüstan limanları arasında əlaqələri və logistikanı Avropa İttifaqının dəstəyi ilə inkişaf etdirmək istəyirik. Biz bu istiqamətdə də ümumi investisiyalar cəlb etməyə hazırıq. Biz Azərbaycanla birlikdə bu imkanlardan sona qədər istifadə etməliyik. Bizim Çinlə, eyni zamanda, Avropa İttifaqı ilə azad ticarət sazişimiz var.

Cənab Prezidenti Batumi konfransına dəvət etdim. Bu, bizim tərəfdaşlığımızın və Avropa İttifaqının 10 illiyi konfransı olacaq. Yəqin ki, nəqliyyat məsələsi burada əsas mövzu olacaq və biz birgə baxışlarımızı nümayiş etdirə bilərik. Cənab Prezident təklif etdi ki, bizim nümayəndələrimiz Çində də təqdimat keçirə bilərlər. Bunlar bugünkü potensialımızın reallığa çevrilməsi və perspektivlərimiz üçün çox vacibdir. Əminəm ki, bu, nəinki perspektivdir, bu, bizim sabahımız üçün əhəmiyyətlidir.

Lakin əlaqələrimiz bununla məhdudlaşmır. Biz insan əlaqələrinə, mədəniyyətə, təhsilə böyük əhəmiyyət veririk və bu sahələr inkişaf etdirilməlidir. Bu sahələrdə əlaqələr hələ tam lazımi səviyyədə deyildir. Hər iki tərəf bu məsələlərdə öz səylərini daha da fəallaşdırmalıdır. Biz istərdik ki, insani münasibətlər hər iki tərəfdən daha da fəallaşsın. Bu, bizim qərarlardan asılı olacaq. Biz istəyirik ki, Gürcüstanda Azərbaycan mədəniyyət günləri keçirilsin və Batumidə artıq planlaşdırılıb. Biz buna mütəmadi forma verməliyik və müxtəlif sahələrdəki əlaqələrimiz mədəniyyət sahəsində də fəallaşmalıdır.

Biz Gürcüstanın tolerantlığını UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil etmək istərdik. Lakin bu, Qafqazda bizim ümumi dəyərimizdir. Biz buna Qafqaz xarakteri verə bilərik və bu, regionumuzdan dünyaya çox mühüm mesaj olacaq. Dünyanın bu dəyərlərə ehtiyacı var.

Bu gün turizmin inkişafı haqqında da fikir mübadiləsi apardıq. Turizm sahəsi də inkişaf etdirilməlidir. Bu məkan turistlər üçün tam açıq olmalıdır. Biz dostluğumuza əsaslanaraq belə qərara gəldik ki, delimitasiya komissiyasına öz işlərini yeniləmək və bu çalışmaları sona çatdırmaq üçün tapşırıq verək. Sərhəd də bizi birləşdirən amildir. Ümid edirəm ki, bu məsələ bizim dostluq əlaqələrimiz əsasında həll olunacaqdır.

Bütün bu sahələrdə əməkdaşlığa və bu səmimi qəbula görə cənab Prezidentə təşəkkür edirəm. İnanıram ki, bu, başlanğıcdır, yeni, daha sıx əlaqələrimizin başlanğıcıdır. Mən bu arzu və bu ümidlə çıxışımı bitirmək istərdim. Sağ olun.


Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti
Mehriban xanım Əliyeva
Gürcüstan Prezidenti
xanım Salome Zurabişvili ilə
görüşüb


Fevralın 27-də
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti
Mehriban xanım Əliyeva
ölkəmizdə rəsmi səfərdə olan
Gürcüstan Prezidenti xanım
Salome Zurabişvili ilə
görüşüb.


turan.info.az xəbər verir ki,
Gürcüstan Prezidenti
Salome Zurabişvilini Azərbaycanda görməkdən məmnunluğunu bildirən
Birinci vitse-prezident
Mehriban xanım Əliyeva
bu səfərin dost ölkələrimiz
arasında münasibətlərin
daha da genişlənməsinə
töhfə verəcəyinə əminliyini
ifadə edib.

Azərbaycana səfərindən
şad olduğunu deyən
Prezident Salome Zurabişvili
burada keçirilən görüşlərin
əlaqələrimizin inkişafı
baxımından əhəmiyyətini
qeyd edib.

Görüşdə ölkələrimiz arasında
müxtəlif sahələr üzrə
əməkdaşlığın perspektivləri
ətrafında fikir mübadiləsi
aparılıb.


Gürcüstan Prezidenti xanım Salome Zurabişvili
Azərbaycan Respublikası Milli Məclisinin sədri ilə görüşüb


Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB Gürcüstan Prezidenti: Regionda ilk səfərimi Azərbaycana etdiyimə görə çox şadam

Azərbaycan Respublikası Milli Məclisinin sədri
Oqtay Əsədov fevralın 27-də ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti xanım Salome Zurabişvili ilə görüşüb.

turan.info.az
xəbər verir ki, ölkələrimiz arasında münasibətlərdən danışan
Oqtay Əsədov Azərbaycan-Gürcüstan əlaqələrinin çox qədim tarixə malik olduğunu deyib. Parlamentin sədri bildirib ki, əsrlər boyu ölkələrimiz və xalqlarımız arasında mehriban qonşuluq münasibətləri olub.
Bu münasibətlər o dərəcədə inkişaf edib ki, müstəqilliyimizi bərpa edəndən sonra əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

Prezident Salome Zurabişvilinin bu səfərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyini vurğulayan Oqtay Əsədov Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə reallaşdırılan enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən danışıb.

Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişaf etdiyini deyən Milli Məclisin sədri deyib ki, 2018-ci ildə ticarət dövriyyəmiz 580 milyon dollar olub. Biz şadıq ki, Azərbaycan Gürcüstanın ən böyük investorlarından biridir. Biz çoxlu sayda biznes forumlar keçirmişik ki, bunların da iqtisadiyyatımızın inkişafına böyük töhfələri var.

Oqtay Əsədov əlavə edib ki, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələri də yüksək səviyyədədir. Hər iki parlamentdə dostluq qrupları fəaliyyət göstərir. Sədr vurğulayıb ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir.

Gürcüstan Prezidenti Salome Zurabişvili Prezident kimi regionda ilk səfərini məhz Azərbaycana etdiyinə görə şad olduğunu deyib. Dövlət başçısı bildirib ki, Gürcüstan ilə Azərbaycanın dostluğunun qədim tarixi var. Əsrlər boyu mövcud olan dostluq əlaqələrimiz indi də davam edir. 2018-ci ildə ölkələrimiz müstəqilliyinin 100 illiyini qeyd etdi. Ancaq bu yüz ildə xalqlarımız çoxlu faciələr də yaşayıb. Dost ölkələrimiz müstəqilliyini yenidən bərpa edərək onu daha da möhkəmləndirib. İndi bizim güclü ölkələrimiz var.

Gürcüstan Prezidenti bildirib ki, parlamentlər səviyyəsində əlaqələrin daha da dərinləşməsi dövlətlərarası münasibətlərin inkişafına müsbət təsirini göstərir.

Prezident Salome Zurabişvili Azərbaycanın təşəbbüsü və liderliyi, Gürcüstanın fəal iştirakı ilə reallaşan enerji layihələrinin əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd edib ki, hər iki ölkənin əlverişli coğrafi mövqeyi nəzərdə tutulan proqramların həyata keçməsi üçün önəmli amillərdən biridir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.


Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB Gürcüstan Prezidenti
Salome Zurabişvili
Azərbaycan xalqının
ümummilli lideri,
ulu öndər Heydər Əliyevin
məzarını ziyarət edib


Azərbaycanda
rəsmi səfərdə olan
Gürcüstan Prezidenti
xanım Salome Zurabişvili
fevralın 27-də
Fəxri xiyabana gələrək
xalqımızın ümummilli lideri,
ulu öndər, müasir müstəqil
dövlətimizin memarı və
qurucusu Heydər Əliyevin
xatirəsini ehtiramla
yad edib, məzarı önünə
əklil qoyub.

turan.info.az
xəbər verir ki,
Gürcüstan dövlətinin başçısı
xanım Salome Zurabişvili
görkəmli oftalmoloq-alim,
akademik Zərifə xanım
Əliyevanın da
xatirəsini hörmətlə anıb,
məzarı üzərinə
təzə-tər güllər düzüb.


Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİBŞəhidlərin xatirəsinə ehtiram

Gürcüstan Prezidenti
xanım Salome Zurabişvili
fevralın 27-də
Şəhidlər xiyabanını
ziyarət edib.


turan.info.az xəbər verir ki,
burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Salome Zurabişvili Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Gürcüstanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycan paytaxtının mənzərəsini maraqla seyr edən Gürcüstan Prezidentinə Şəhidlər xiyabanının tarixi və Bakıda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.


P.S.:
Görüşlə bağlı
ətraflı məlumatı
bir azdan sizlərə
təqdim edəcəyik..
.


turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
RUSLAN HACIYEV: “Salome Zurabişvilinin qələbəsinə əminəm”

RUSLAN HACIYEV: “Salome Zurabişvilinin qələbəsinə əminəm”

Gürcüstan, Borçalı, Siyasət
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın yeni seçilmi ...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın yeni seçilmi ...

Rəsmi Xəbərlər, Gürcüstan
İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

Əsas xəbər, Azərbaycan, Ədəbi əlaqələr, Gürcüstan
İlham Əliyev Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanı qəbul edib

İlham Əliyev Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanı qəbul edib

Azərbaycan, Ədəbi əlaqələr, Gürcüstan
GAK-ın sədri Hüseynn Yusubovun Gürcüstan Prezidenti Salome Zurabişviliyə MÜ ...

GAK-ın sədri Hüseynn Yusubovun Gürcüstan Prezidenti Salome Zurabişviliyə MÜ ...

Tiflis, Bolus
İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib

İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib

Əsas xəbər, Azərbaycan
Gürcü namizəd azərbaycanlılara müraciət etdi: “Prezident seçilsəm, azərbayc ...

Gürcü namizəd azərbaycanlılara müraciət etdi: “Prezident seçilsəm, azərbayc ...

Gürcüstan, Tiflis, Borçalı, Siyasət
İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB...

İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB...

Əsas xəbər, Azərbaycan, Tiflis
Azərbaycan-Gürcüstan dostluğu nümunədir

Azərbaycan-Gürcüstan dostluğu nümunədir

Tiflis, Diaspora
SAVALAN MİRZƏYEV: “Boş vədlərə inanmayın”

SAVALAN MİRZƏYEV: “Boş vədlərə inanmayın”

Gürcüstan, Tiflis, Qarayazı, Siyasət
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini, xarici işlər nazirini qəbul ...

İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini, xarici işlər nazirini qəbul ...

Azərbaycan, Gürcüstan
İlham Əliyevin qardaş Türkiyəyə işgüzar səfəri

İlham Əliyevin qardaş Türkiyəyə işgüzar səfəri

Əsas xəbər, Azərbaycan, Rəsmi Xəbərlər
Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Azərbaycana rəsmi səfərə gəlib

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycan, Gürcüstan
Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır

Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır

Tiflis, Diaspora
Fatma Yıldırım: -

Fatma Yıldırım: - "Kobaxidzenin Bakıya səfəri nə vəd edir?"

Milli Məclis, Gürcüstan
Azərbaycanın Gürcüstandakı səfirliyi Respublika Günü münasibətilə rəsmi qəb ...

Azərbaycanın Gürcüstandakı səfirliyi Respublika Günü münasibətilə rəsmi qəb ...

MEDİA, Tiflis
“Saakaşvili artıq Gürcüstana yaxınlaşır... Nə

“Saakaşvili artıq Gürcüstana yaxınlaşır... Nə "Gürcü arzusu”, nə də İvanaş ...

Gürcüstan, Borçalı, Siyasət
Deputat Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

Deputat Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

MEDİA
Fatma Yıldırım: -

Fatma Yıldırım: - "Tokayevin Şuşaya səfəri tarixi hadisədir"

Milli Məclis, Orta Asiya
Gürcüstanın Gəncədəki Baş konsulluğu ölkəsinin Müstəqillik Gününü və Azərba ...

Gürcüstanın Gəncədəki Baş konsulluğu ölkəsinin Müstəqillik Gününü və Azərba ...

Gəncə, Gürcüstan
Rəy yazın: