Tanınmış alim Lütfi Zadə son mənzilə yola salınıb

Tanınmış alim Lütfi Zadə son mənzilə yola salınıb Tanınmış alim Lütfi Zadə son mənzilə yola salınıb Tanınmış alim Lütfi Zadə son mənzilə yola salınıb Tanınmış alim Lütfi Zadə son mənzilə yola salınıb Tanınmış alim Lütfi Zadə son mənzilə yola salınıb Tanınmış alim Lütfi Zadə son mənzilə yola salınıb Tanınmış alim Lütfi Zadə son mənzilə yola salınıb Tanınmış alim Lütfi Zadə son mənzilə yola salınıb Tanınmış alim Lütfi Zadə son mənzilə yola salınıb Tanınmış alim Lütfi Zadə son mənzilə yola salınıb Tanınmış alim Lütfi Zadə son mənzilə yola salınıbTanınmış alim Lütfi Zadə son mənzilə yola salınıb Tanınmış alim Lütfi Zadə son mənzilə yola salınıbTanınmış alim Lütfi Zadə son mənzilə yola salınıb Sentyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasında dünya şöhrətli alim, professor Lütfi Zadə ilə vida mərasimi keçirilib.

Qeyd edək ki, Lütfi Zadənin nəşi Bakıya bu gün səhər saatlarında gətirilib. Heydər Əliyev məscidində cənazə namazı qılındıqdan sonra alimin nəşi vida mərasimi üçün AMEA-ya aparılıb.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, təhsil naziri Mikayıl Cabbarov, digər dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərhumun yaxın qohumu, Xalq artisti, professor Cənnət Səlimovaya dərin hüznlə başsağlığı verib.

Vida mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, professor Lütfi Zadənin əldə etdiyi nailiyyətlər əsasında dünya elminin müxtəlif istiqamətlərinin inkişaf etdiyini bildirib. AMEA rəhbəri bu gün də bir sıra araşdırma mərkəzlərinin idarəetmə sistemlərini Lütfi Zadənin nəzəriyyələri əsasında tədqiq etdyini qeyd edib: “Lütfi Zadə Amerikada yaşasa da, Azərbaycana çox bağlı olub. O, son dəfə 2008-ci ildə Bakıya gəlmişdi. Onda Milli Elmlər Akademiyasında çox mühüm mühazirə ilə çıxış etmişdi. Lütfi Zadənin böyük elmi məktəbi var idi. Lütfi Zadə məktəbi Azərbaycanda da təşəkkül tapmışdı. Onun vəfatı dünya və Azərbaycan elmi ictimaiyyəti üçün böyük itkidir”.

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Lütfi Zadənin son arzusu Azərbaycanda dəfn edilmək idi, bu, onun ölkəmizə, vətəninə sevgisini göstərir: “Nizami Gəncəvi, Nəsirəddin Tusi, Xətib Təbrizi, Memar Əcəmi kimi Azərbaycan tarixinə adlarını yazmış görkəmli şəxsiyyətlər sırasında dünya elminə verdiyi töhfələrlə tanınan Lütfi Zadənin də adı elmimizdə xüsusi yer alacaqdır”.

Sonra AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev çıxış edib. Alim Lütfi Zadənin nəzəriyyələrinin hazırda energetika, nəqliyyat, aviasiya və hərbi sahədə, o cümlədən məişətdə geniş tətbiq olunduğunu, intellektuallaşdırılan bütün istiqamətlərdə onun nəzəriyyələrindən istifadə edildiyini söyləyib: “Bu nəzəriyyələr, ümumilikdə həyat səviyyəsinin yaxşılaşdırılmasına geniş imkanlar açır”. Lütfi Zadə ilə bağlı xatirələrindən danışan alim onun hər zaman Bakıya köçmək kimi bir arzusu olduğunu da dilə gətirib.

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev dünya şöhrətli alimin elmi araşdırmalarından, qeyri-səlis məntiq sahəsində elmə gətirdiyi inqilabi yeniliklərdən söz açaraq onun xatirəsinin xalqımız tərəfindən daim dərin hörmət və ehtiramla anılacağını bildirib. Mərhum alimin fəlsəfəsinin və nəzəriyyəsinin Azərbaycan elmi qarşısında yeni tədqiqat predmetləri açdığını deyən akademik V nəsil kompüterlərin də məhz bu nəzəriyyə sayəsində yaranmaqda olduğunu qeyd edib.

Sonra çıxış edən Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov da alimin həyat və fəaliyyəti barədə fikirlərini bölüşüb. Bildirib ki, onun elmi əsərləri və ideyaları uzunömürlüyü, nəzəriyyələri orijinallığı, inqilabiliyi, nəticələri məntiqiliyi ilə seçilir. Misir Mərdanov Lütfi Zadənin vəfatının həm Azərbaycan, həm də dünya elmi üçün böyük itki olduğunu bildirib.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta çıxış edərək alimin dünya elminin inkişafındakı xidmətlərindən, zəngin elmi yaradıcılığından söz açıb, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

Mərasimdə mərhumun ailəsi adından çıxış edən Azərbaycan Respublikasının Xalq artisti, professor Cənnət Səlimova alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə dövlət başçısına və AMEA rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Sonra alimin cənazəsi son mənzilə yola salınıb. Mərhum I Fəxri Xiyabanda torpağa tapşırılıb.

Şərəfli ömür yaşamış dünya şöhrətli alim və böyük şəxsiyyət Lütfi Zadənin işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.


Allah rəhmət eləsin!


turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl Medalı görkəmli alim  ...

Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl Medalı görkəmli alim ...

Azərbaycan, Dünya, Amerika
Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib: Görkəmli alim Rəfiqə Ə ...

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib: Görkəmli alim Rəfiqə Ə ...

Azərbaycan, Elm, Nekroloqlar
AMEA-nın həqiqi üzvü Maqsud Əliyevlə vida mərasimi keçirilib

AMEA-nın həqiqi üzvü Maqsud Əliyevlə vida mərasimi keçirilib

Digər bölmələr, Tiflis, Nekroloqlar
ALLAH RƏHMƏT ELƏSİN, Akademik MAQSUD ƏLİYEV!..

ALLAH RƏHMƏT ELƏSİN, Akademik MAQSUD ƏLİYEV!..

Digər bölmələr, Tiflis, Nekroloqlar
Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Elm, Biologiya və tibb elmləri
Dünya şöhrətli alim Cəlal Əliyevin xatirəsi anılıb

Dünya şöhrətli alim Cəlal Əliyevin xatirəsi anılıb

Biologiya və tibb elmləri
Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Biologiya və tibb elmləri
Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Elm, "Zirvə"
Azərbaycanlı bioloq alimin Rusiyada keçirilən “Komarov oxuları”nda  məruzəs ...

Azərbaycanlı bioloq alimin Rusiyada keçirilən “Komarov oxuları”nda məruzəs ...

Biologiya və tibb elmləri
Azərbaycan Texniki Universitetinin professoru beynəlxalq jurnalların redaks ...

Azərbaycan Texniki Universitetinin professoru beynəlxalq jurnalların redaks ...

AzTU
AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev vəfat edib ...

AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev vəfat edib ...

"Zirvə", Nekroloqlar
Tanınmış filosof alim Solmaz Rzaquluzadənin 85 illik yubileyi qeyd olunub

Tanınmış filosof alim Solmaz Rzaquluzadənin 85 illik yubileyi qeyd olunub

İctimai elmlər
Allah rəhmət eləsin, Cəlal Əlirza oğlu Əliyev!..

Allah rəhmət eləsin, Cəlal Əlirza oğlu Əliyev!..

Əsas xəbər, Biologiya və tibb elmləri, "Zirvə", Nekroloqlar
Müşfiq Cabiroğlu son mənzilə yola salınıb  - YENİLƏNİB

Müşfiq Cabiroğlu son mənzilə yola salınıb - YENİLƏNİB

Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....

"Azərbaycanı vətənim hesab etmirəm" - Lütfi Zadənin oğlu ilə MÜSAHİBƏ

Dünya, Amerika, Diaspora
AKADEMİK ZAHİD XƏLİLOVUN İKİNCİ DƏFƏ ÇAP OLUNMUŞ “FUNKSİONAL ANALİZİN ƏSASL ...

AKADEMİK ZAHİD XƏLİLOVUN İKİNCİ DƏFƏ ÇAP OLUNMUŞ “FUNKSİONAL ANALİZİN ƏSASL ...

Digər bölmələr, Bolus
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
ABŞ tərəfdaşları ilə uzunmüddətli elmi əlaqələrin qurulmasına böyük önəm ve ...

ABŞ tərəfdaşları ilə uzunmüddətli elmi əlaqələrin qurulmasına böyük önəm ve ...

Elm, Biologiya və tibb elmləri
Akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçir ...

Akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçir ...

"Zirvə"
Akademik Zahid Xəlilovun kitabı Moskvada təkrar nəşr olunub

Akademik Zahid Xəlilovun kitabı Moskvada təkrar nəşr olunub

Digər bölmələr, Rusiya
Rəy yazın: