TƏBRİK EDİRİK!..
Bu gün - 2016-cı il noyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron Akt zalında həmin elm müəssisəsinin Filologiya elmləri doktoru və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.131 - Dissertasiya Şurasının növbəti iclası olub.
İclası giriş sözü ilə Dissertasiya şurasının
sədr müavini, Nizami adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor
Məmməd Əliyev açaraq, əvvəllcə gündəlikdə duran cari məsələlər haqqında dissertasiya şurasının üzvlərinə məlumat verib. Sonra "Ziya” qəzetinin və “turan.info.az” saytının baş redaktoru Müşfiq Borçalının (Müşviq Mədəd oğlu Çobanovun) "Gürcüstanda Azərbaycan Ədəbiyyatının inkişaf meyilləri (1960-2010)” mövzusunda yazdığı dissertasiya işi müdafiə olunub.
Professor Məmməd Əliyev müdafiəyə təqdim olunan dissertasiyanın aktuallığından və əhəmiyyətindən söz açıb, bu mövzunun heç də təsadüfi olmadığını qeyd edib. O, vurğulayıb ki, dissertasiya işi AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı" şöbəsinin əsas elmi tədqiqat istiqamətlərinə uyğun bir şəkildə hazırlanıb. Dissertantın elmi rəhbəri, AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, Millət vəkili, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İSA ƏKBƏR oğlu HƏBİBBƏYLİdir. Dissertasiyanın mövzusu AMEA Nizami adına Ədəbiyyat İnstitunun Elmi Şurasında və Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Filologiya Problemləri üzrə Elmi Şurasında təsdiq olunub, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı" şöbəsində və institutun elmi seminarında müzakirə olunaraq açıq müdafiəyə buraxılıb. Tədqiqatın əsas elmi nəticələri iddiaçının nəşr olunmuş kitablarında, müxtəlif elmi nəşrlərdə dərc etdirdiyi məqalə və tezislərində, beynəlxalq konfranslardakı məruzələrində öz əksini tapıb.
Sonra Dissertasiya Şurasının elmi katibi filologiya üzrə elmlər doktoru, professor İmamverdi Həmidov iddiaçının tərcümeyi-halı və onun müdafiəyə təqdim etdiyi dissertasiya haqqında məlumat verib, bildirib ki, bütün sənədlər qaydasındadır. İddiaçının indiyə kimi mövzu ilə bağlı 8 kitabı və 10 məqaləsi çap olunub. Elmi rəhbərin - akademik İsa Həbibbəylinin, aparıcı təşkilatın - ADPU-nun, rəsmi opponentlərin və eləcə də bir çox tanınmış alimlərin müsbət rəyləri var.
O cümlədən, Jalә ƏLİYEVA (Milli Məclisin üzvü, Bakı Dövlət Universitetinin Türk filologiyası kafedrasının professoru, filologiya üzrə elmlәr doktoru), Həmid VƏLİYEV (Bakı Dövlət Universiteti, Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor, Gürcüstan Respublikasının Əməkdar jurnalisti), Vüqar ƏHMƏD (AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor), Adilxan BAYRAMOV (Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin direktor müavini, filologiya üzrə elmlər doktoru), Rahilə QEYBULLAYEVA (Bakı Slavyan Universiteti, Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor), Nizami Tağı oğlu MƏMMƏDOV (TAĞISOY) (Bakı Slavyan Universiteti, filologiya üzrə elmlər doktoru, professor), Əjdər AĞAYEV (Qafqaz Universiteti, pedaqoji elmlər doktoru, professor, Azərbaycan Təhsil Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü), Elman QULİYEV (ADPU-nun “Azərbaycan və dünya ədəbiyyatı tarixi” kafedrasının professoru, filologiya üzrə elmlər doktoru), Yaqub BABAYEV (Azərbaycan Dövlət Pedaqoji Universiteti, filologiya üzrə elmlər doktoru), Məhərrəm HÜSEYNOV (Azərbaycan Dövlət Pedaqoji Universiteti, filologiya fakültəsinin dekan müavini, filologiya üzrə elmlər doktoru, professor), Aslan Əhmədxan oğlu BAYRAMOV (Sumqayıt Dövlet Universitetinin Azərbaycan dili və dilçilik kafedrasının professoru, Folklorşünaslıq elmi tədqiqat lobaratoriyasının müdiri), Şikar QASIMOV (Azərbaycan Texniki Universiteti, “İctimai fənlər” kafedrasının müdiri, tarix elmləri doktoru, professor), Həbib MİRZƏYEV (Azərbaycan Texniki Universiteti, “Azərbaycan dili və pedaqogika” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent), Seyfəddin Gülverdi oğlu RZASOY (AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru), Şakir ALBALIYEV (AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent), Knyaz ASLAN (Bakı Dövlət Universiteti Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, dosent), Kərəm MƏMMƏDOV (Bakı Dövlət Universiteti, tarix üzrə fəlsəfə doktoru, dosent, “Borçalı” İctimai Birliyinin sədri), Fidanə MUSAYEVA (Bakı Slavyan Universiteti, filologiya üzrə fəlsəfə doktoru, dosent), eləcə də qonşu GÜRCÜSTANdan - Novruz BAYRAMOV (H.Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetinin rektoru, Gürcüstan Ziyalılar Birliyinin sədri, doktor-professor, Gürcüstan Pedaqoji Elmlər Akademiyasının üzvü), Mahmud HACIXƏLİLOV (Ukrayna-Gürcüstan Beynəlxalq İnstitutunun elmi işlər üzrə prorektoru, professor), Hüseyn YUSİFOV (Gürcüstan Azərbaycanlıları Konqresinin sədri), Nizami MƏMMƏDZADƏ (Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri, Azərbaycanın Respublikasının Əməkdar jurnalisti) və başqalarının müsbət rəy yazıb göndərdikləri diqqətə çatdırılıb.
O da bildirilib ki, qardaş Türkiyədən, eləcə də Gürcüstandan, İsraildən və Polşadan da dissertasiya şurasının iclasına internet vasitəsilə canlı olaraq qoşulmaq arzusunda olanlar da var. Onlardan - Türkiyənin Ardahan Universitetindən Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya üzrə elmlər doktoru, professor Şurəddin Bahəddin oğlu MƏMMƏDLİ, Gürcüstan Parlamentinin deputatı Azər Mirzə oğlu SÜLEYMANOV, iddiaçının ali məktəb müəllimi olmuş və hazırda Təl-əviv şəhərində yaşayan filologiya üzrə elmlər doktoru, professor Adil Qardaş oğlu MİŞİYEV, Polşa Elmlər Akademiyasından - Polşadan Varşava Universitetinin əməkdaşı, Məleykə HÜSEYN və başqaları internet vasitəsiiə iddiaçıya öz təbriklərini və ürək sözlərini ünvanlamışlar.
Dissertasiya ilə bağlı məlumatlandırmadan sonra elmi iş Müdafiə Şurasının üzvlərinin və tədbir iştirakçılarının müzakirəsinə verilib.
İddiaçı müdafiəyə təqdim olunan tədqiqat işinin qısa məzmunu haqqında çıxış edib.
Bildirib ki, dissertaya giriş, hər biri müxtəlif yarımfəsilə bölünməklə üç fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.
"Giriş"də araşdırılan mövzunun aktuallığı, elmi yeniliyi, məqsəd və vəzifələri, tədqiq tarixi, obyekti, praktik əhəmiyyəti, nəzəri-metodoloji əsasları, aprobasiyası və digər məsələlər yığcam şəkildə öz əksini tapmışdır.
Mövzu ilə bağlı məlumat verən Müşfiq Borçalı tədqiqat işinin elmi yeniliyini, ümumiləşdirərək qənaətə gəldiyi nəticəni diqqətə çatdırıb. Bildirib ki, Gürcüstanda yaşayıb-yaradan şair və yazıçıların həyat və yaradıcılıq yollarını, ədəbi inkişaf meyillərini öyrənmək, onların bədii yaradıcılıqlarını ətraflı şəkildə təhlil etmək və araşdrımaq, tədqiqat işinin əsas elmi yeniliklərindəndir. Azərbaycan ədəbiyyatşünaslığında epizodik şəkildə toxunulan bu problem ilk dəfə olaraq tədqiqat obyekti kimi götürülərək araşdırma obyektinə çevrilmişdir. Dissertasiyada Gürcüstanda yaşayıb-yaradan yazıçıların ümumazərbaycan ədəbi prosesindəki yerləri və mövqeləri müəyyənləşdirilir.
“Gürcüstanda ədəbi-ictimai mühit və Azərbaycan poeziyasının inkişaf təmayülləri” adlanan birinci fəsildə problem - “Gürcüstanda yeni ədəbi-ictimai mühit və onun xarakteri”, “Milli poetik ənənələr və aşıq şeiri”, “Gürcüstanda Azərbaycan poeziyasının yeni yaradıcılıq meyilləri” başlıqları altında üç yarımfəsildə təhlil olunur. Gürcüstandakı Azərbaycan ədəbi mühitinin tarixinə qısa bir nəzər salınır, Borçalı aşıq məktəbinin və eləcə də bu mühütdən qaynaqlanan çağdaş poeziyanın tanınmış nümayəndələrinin yaradıcılığı ilk dəfə olaraq elmi tədqiqata cəlb olunur.
“Gürcüstanda yaranan Azərbaycan nəsr və dramaturgiyasının inkişaf problemləri” adlanan ikinci fəsildə problem “Nəsrin mövzu, janr və forma müəyyənliyi” və “Dramaturgiyada obraz, mövzu, süjet və kompozisiya problemləri” başlıqları altında iki yarımfəsildə ümumiləşdirilir.
“Gürcüstanda Azərbaycan dilində yaranan ədəbiyyatşünaslıq, ədəbi əlaqələr və bədii tərcümə məsələləri” adlanan üçüncü fəslin birinci yarımfəslində “Ədəbiyyatşünasalıq və ədəbi tənqid” bir problem kimi qoyulur və ilk dəfə ətraflı təhlilini tapır. Əlbəttə mövcud mühitdə məsələlər təkcə bədii nümunələrin yaranması ilə bitmirdi. Ayrı-ayrı qəzet, jurnal səhifələrində çıxan bədii nümunələrə, eləcə də kitablara ədəbi tənqidin obyektiv münasibəti vardı. Daha sonra “Ədəbi əlaqələr və bədii tərcümə” məsələsi bir problem kimi qoyulur, eləcə də Azərbaycan-gürcü ədəbi əlaqələri və bədii tərcümə məsələləri də tədqiqatın verdiyi imkanlar daxilində ilk dəfə araşdırmaya cəlb edilir.
Sonra Dissertasiya Şurasının elmi katibi filologiya üzrə elmlər doktoru, professor İmamverdi Həmidov aparıcı təşkilatın rəyini diqqətə çatdırıb.
Sonra söz rəsmi opponentlərə verilib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dillər kafedrasının müdiri, Əməkdar müəllim, filologiya üzrə elmlər doktoru, professor Akif BAYRAMOV və Bakı Slavyan Universitetinin sabiq rektoru, filologiya üzrə elmlər doktoru, professor Asif HACIYEV çıxış edərək müdafiəyə təqdim olunan dissertasıyanı yüksək qiymətləndiriblər.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı laureatı, filologiya üzrə elmlər doktoru, professor Məhərrəm Qasımlı, "XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Şirindil Alışanlı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı - Millət vəkili, Azərbaycan-Gürcüstan Dostluq qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və başqaları çıxış edərək, xüsusi olaraq dissertasiyanın elmi əhəmiyyətini vurğulayıblar.
Müəllif tövsiyələri dinləyib, mövzu ilə bağlı sualları cavablandırıb.
Müdafiənin davamında professor Məmməd Əliyev yekun rəyi dissertasiya şurasının üzvlərinin diqqətinə çatdırıb, səsvermə komissiyasının tərkibini açıqlayıb və dissertasiya işi qapalı səsverməyə qoyulub.
Səsvermənin nəticələri elan olunub: Müşfiq Borçalının "Gürcüstanda Azərbaycan Ədəbiyyatının inkişaf meyilləri (1960-2010)” mövzusunda filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın yekdilliklə qəbul edildiyini açıqlayıb.
Sonda iddiaçı Dissertasiya Şurasının rəhbərliyinə, üzvlərinə, elmi rəhbəri akademik İsa Həbibbəyliyə, rəsmi opponentləri - professorlar Akif Bayramova və Asif Hacıyevə, aparıcı müəssisəyə - şəxsən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər CƏFƏROVa elmi işlər üzrə prorektor, professor Asəf ZAMANOVa, eləcə də Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Himalay Qasımova, həmçinin müzakirədə fəal iştirak etmiş kafedranın bütün əməkdaşlarına, xüsusilə də professorlar Təyyar Salamoğluna, Elman Quliyevə, Mahmud Allahmanlıya, Yaqub Babayevə və başqalarına, istər müzakirə, istərsə də seminar zamanı əsəri diqqətlə oxuyub müsbər rəy yazan alimlərə - Seminarın rəhbəri: Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, Azərbaycan Aşıqlar Birliyinin sədri, Respublika Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Məhərrəm Paşa oğlu QASIMLIya, filologiya üzrə elmlər doktoru Məhəmmədəli Mustafa oğlu MUSTAFAYEVə, filologiya üzrə fəlsəfə doktoru Qurban Fərman oğlu BAYRAMOVa, XX əsr (Sövet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Şirindil ALIŞANLIya, filologiya üzrə elmlər doktorları, professorlar Bədirxan ƏHMƏDOVa, Əlizadə ƏSGƏRLİyə, Filologiya üzrə fəlsəfə doktorları Şahbaz Şamı oğlu MUSAYEVə, İlham MƏMMƏDLİyə, Müdafiəyə buraxılmaq üçün EKSPERT RƏYİ yazmış filologiya üzrə elmlər doktorları, professorlar Gülər ABDULBƏYOVAya və Alxan Bayramoğluna (MƏMMƏDOV), eləcə də müdafiədə iştirak edən elm və ictimaiyyət nümayəndələrinə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, Müşfiq Borçalının dissertasiya müdafiəsində Dissertasiya Şurasının üzvləri ilə yanaşı, bir çox tanınmış elm və ictimaiyyət nümayəndələri də, o cümlədən, Respublika Təhsil Şurasının sədir, professor Əjdər Ağayev, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin direktor müavini, filologiya üzrə elmlər doktoru Adilxan Bayramov, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, filologiya üzrə elmlər doktoru, professor Mədəd Çobanov, “Borçalı” İctimai Birliyinin həmtəsisçisi, professor, şair Hidayət Nuriyev, AMEA Ədəbiyyat İnstitutunun "Ədəbiyyatşünaslıq+bədii yaradıcılıq" birliyinin rəhbəri, filologiya üzrə elmlər doktoru, professor, şair Vüqar Əhməd Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, Gürcüstandan gəlmiş “Şərəf” ordenli yazıçı Əli Abbas, Beynəlxalq Poezuya mükafatları laureatı, “Şərəf” ordenli şair Nizami Saraçlı və digər elm adamları, ictimaiyyət üzvləri iştirak edib.
Biz də “Ziya” qəzetinin və turan.info.az saytının yaradıcı heyəti və oxucuları adından hörmətli Baş redaktorumuz Müşfiq Borçalını yeni elmi dərəcə alması münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, elmi yaradıcılığında və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
turan.info.az
= = * = * = * = =
MÜŞFİQ BORÇALIYA ÜNVANLANAN TƏBRİKLƏRDƏN SƏTİRLƏR:
Əzizim Müşfiq!..
Mənim daimi qardaşım!..
Yaxşı ki, varsan, yaxşı ki, aramızda səmimiyyetimiz var, var olacaq!...
Ürəkdən, lap ürəkdən
təbrik edirəm!..
Səni mən zatən hər zaman KAMİL BİR ALİM kimi qəbul etmişəm.
UĞURLAR!...
Bir daha çox çooooox mübarək. Gözümüz aydın!..
Şurəddin MƏMMƏDLİ,
Türkiyə, Ərdahan Univeritetinin professoru,
Gürcüstan Milli Elmlər Akademiyasının
həqiqi üzvü,
filologiya üzrə
elmlər doktoru.
Hamının çoxdan DOKTOR kimi tanıdığı adam
Deyirlər uşaq beyni ağ vərəqdi və o ağ vərəqə nə yazılarsa ömürlük pozulmaz.
Beş ya da altı yaşım olardı, evimizdə - “Müşfiq”, “şair”, “poeziya” sözlərini eşidəndə...
Sonra qonşuluğumuza bir ailə köçdü. Qapıbir qonşu olduğumuzdan idi, ya nədən idisə Müşfiqgil ilə bir evli kimi olduq, birgə böyüdük.
Artıq Müşfiq mənim üçün təkcə şair deyildi, həm də Müşfiq adlı qardaşım var idi...
Zaman ötdükcə Müşfiq adı mənim üçün bir az da doğmalaşırdı. Uşaqlıqdan diqqətimi özünə çəkən ad məktəb illərində də hansı kitabda qarşıma çıxırdısa dərhal onun kim olduğunu araşdırır və öz dünyamda qərar verirdim ki, bu adı daşıyan kəs həqiqətən də dahi Müşfiq adına layiqdi yoxsa, yox?
Amma o zamanlar hələ də atalarımızın "Dağ dağa rast gəlməsə də, insan insana rast gələr" - deyimini dərk etmirdim.
Və bax beləcə, ömrümün 30-cu baharında daha bir Müşfiq imzasına rast gəldim...
Doğurdan da insan bir zamanlar adını eşitdiyi adama rast gələ bilər və hətta o adam o qədər adına layiq olar ki, ona öz dünyanda çalışdığı sahənin doktorluq fəxri adını da verə bilərsən.
Yazımın bu yerində bizim dəyərli alimlərimizdən üzr istəyərəm.
Məhz ona görə ki, mən Müşfiq Borçalıya onlardan on il öncə doktorluq adını vermişəm.
Müşfiq Borçalı adını çox sevdiyim şairlərdən birinin kitabında redaktor olaraq tanımışdım.
Müşfiq Borçalı öz imzasında doğulub boya-başa çatdığı doğma el-obasının - qədim türk dünyasının bir parçası olan ağır elli oğuz yurdumuz Ulu Borçalının adını daşımaqla “MÜŞFİQliyə layiqəm!” - demişdi mənə hələ o zamandan...
Sonralar mətbuatda olmağıma baxmayaraq Müşfiq Borçalı ilə bir az gec tanış olduq.
Yaşımın azlığına baxıb mənə “Sən hələ uşaqsan” - deyənlərdən olmadı Müşfiq Borçalı.
Mənə "həqiqətən də on beş ilini mətbuatda boşa keçirməmisən" - dedi və beləcə Müşfiq Borçalı ilə həmkar olduq, dost olduq...
Bizim ətrafımızda olanlar bilir ki, mən dostumuz Müşfiq Borçalıya məhz müəllim adı layiq olduğuna görə, ona xüsusi intonasiya ilə MÜƏLLİM deyə müraciət edirəm...
Bir dəfə isə təəccüblü şəkildə “MÜƏLLİM, axı siz niyə hələ də doktorluq müdafiə etməmisiz?" - deyə sual verdim.
Müşfiq Borçalı söz ehtiyatı çox olan adamdı, amma deyəsən sualım onu yerindən tərpətdi...
Bir qədər susduqdan sonra o mənə müdaifə mövzusunda yazdığı əsərləri göstərdi.
Sən demə M.Borçalı həqiqətəndə üzərindəki daşığı iki adın ikisinə də tam layiq imiş.
Qədim türk yurdundan, Borçalıdan yazdığı tədqiqat əsəri illərdi ki, hazır olan MÜƏLLİMİZ nəhayət ki, bu günlərdə müdafiəsini də etdi və çox hörmətli alimlərimiz onun həqiqətən də doktor adına layiq olduğunu təsdiqlədi.
Söhbətimin bu məqamında onun yaxın dostlarından biri kimi bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm. Müşfiq Borçalı mənə bu günlərdə bir daha xalq adamı olduğunu nümayiş etdirdi. Onun doktor olduğunu eşidənlər təəccüblə "aaa Borçalı məgər doktor deyildi ki?..." - deyə bizə sual verdi.
Bəli, əzizlərimiz, Müşfiq Borçalı əvvəl xalqından, sonra isə dəyərli müəllimlərindən doktor elmi dərəcəsin alıb.
O, bu günlərdə atası professor Mədəd Çobanovun adına layiq oğul olduğunu bir daha sübut etdi...
Bir daha MÜŞFİQ MÜƏLLİMİ ürəkdən təbrik edir, “DOKTOR adın mübarək!” - deyir və ona özünün davamçılarını yetişdirməyi arzu edirəm.
Günay NOVRUZ,
Azərbaycan Yazıçılar Birliyinin və
Azərbaycan Jurnalistlər Birliyin üzvü,
Prezident təqaüdçüsü.
Əziz dostumuz, qardaşımız Müşfiq Borçalı!
Azərbaycan elminə verdiyiniz coxsaylı və samballı əsərlərinizlə xalqımızın gözündə-könlündə çoxdan "ELMLƏR DOKTORU"sunuz.
Bu gün bu boyük "ALİM" adı rəsmiləşdi. Sizinlə Fəxr edirik, "DOKTOR MÜŞFİQ"!!!
Hörmətlə: Sabir SADAXLI.
Çox sevindirdin məni, əzizim, Tanrı da səni sevindirsin.
İndi sən də alimlər məktəbi yarat və sən də insanlara öz elmi tövsiyələrini ver.
İnanıram ki, buna da nail olacaqsan!
Abay PAŞAYEV (Abai Pashaevi),
Gürcüstan, "Təhsil" qəzetinin baş redaktoru
Azərbaycan ziyalısının gözəl simalarından biri, əziz qardaşım Müşfiq Borçalı!
Təbrik edirəm! Həqiqətən də Siz bu ada çoxdan layiqsiz!
Ceyhun AĞABƏYOV.
Elimizin layiqli oğlu, gözəl insan, gözəl ailə başçısı, qayğıkeş və səmimi eioğlumuz Müşfiq müəllimi yüksək elmi ad almağı münasibəti ilə təbrik edirəm!
Müşfiq müəllim hamının nəzərində tutduğu vəzifədən asılı olmayaraq sadə və ürəyi açıq insan kimi öz hörmətini çoxdan qazanmışdır.
Müşfiq müəllimə yeni uğurlar, uzun ömür, can sağlığı və yeni elmi əsərlər, elmi nailiyətlər arzu edirəm.
Var olun Müşfiq müəllim! Həmişə yüksək tribunalardan gəlsin səsiniz!
Gülxanım RZAZADƏ (MƏMMƏDOVA)
Gözəl dost, dəyərli qardaşım Müşfiq Borçalı!!
Sizi bu uğurunuz, Doktorluq müdafiəniz, qələbəniz üçün səmimi qəlbdən təbrik edir, cansağlığı, yeni yeni yaradıcılıq uğurları arzu edirəm!
Bu həyat yollarında, ömür yolunda daim yaşıl işıq yansın!Bir daha səni təbrik edir, doğma bir bacı kimi ürəyimə sıxıb öpürəm, əziz qardaşım, daim irəli, uca zirvələr sənin olsun!.. Qoy bu Quran səni qorusun!!
Sənin fərəhinlə fərəhlənən bacın Solmaz ŞİRVANLI.
"GÜRCÜSTAN" QƏZETİNİN KOLLEKTİVİ ADINDAN TƏBRİK EDİR VƏ ULU TANRIDAN SİZƏ DAHA BÖYÜK NAİLİYYƏTLƏR DİLƏYİRƏM.
Elman KƏLƏYEV
Ooo, ürəkdən təbrik edirəm. Sən layiqsən qardaş!
Əziz DƏLİVƏLOV (Aziz Dalivalov),
Rustavi, "Sözün işığı" qəzetinin baş redaktoru.
Təbrik edirəm, qardaş! Zirvələr səni gözləyir. Uğurların bol-bol olsun!
Əbdüləli İbrahimsoy,
Qarayazı.
Mənim qardaşım! Səni ürəkdən təbrik edirəm! Bu uğurun məni çox sevindirdi.
Sən olduqca qabiliyyətli, savadli, elmli, bacarıqlı insansan! Həqiqət naminə deyim ki, sənin bu müdafiə işin azından 20 il gecikdi.
Sən hal-hazirda professor olmalıydın. İllərlə çəkdiyin əziyyətlər, araşdirmalar, elmi məqalələrin, mövzu ətrafinda nəşr etdirdiyin ondan çox kitab sənin hansı səviyyədə olduğunu sübut edir. Gec də olsa, bu elmi adı almağin bütün dostların, yaxınların kimi, məni də sevindirdi. Özün sənə nə qədər dəyər verdiyimi gözəl bilirsən!
Gözəl dostum, canım qardaşım! Uğurların bununla bitməsin! Sənə daha böyük nailiyyətlər, uğurlar arzulayıram! Əsl insana vacib olan bütün xüsusiyyətlər səndə cəmləşib! Allah yolunu açıq, işini avand, canını sağlam eləsin! Sənə həyatın bütün gözəlliklərini arzulayıram! Yaşa, yarat!
Canım-qardaşım, səmimi qəlbdən səni təbrik edirəm! inan ki, bütün varlığımla, ruhumla yanındayam. Səninlə fəxr edir, qürur duyuram!
İnşallah, görüşərik! Öpürəm! Bir daha təbrik edirəm! Savadina, biliyinə, bacariğina bələd olduğum üçün, səni AKADEMİK görmək arzumdur!
TƏBRİKLƏR!
Murtuz FƏRHADOĞLU.
Tebrik edirəm! Uğurlar olsun! Gün o gün olsun, professor səviyəsinə yüksələsən! Öpürəm!..
Zakir İsmayilov
Müşfiq müəllim, sizi təbrik edirəm!
Sizə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Arzu edirəmki, professor adını tezliklə qazanasınız.
Fəridə İbrahimova.
Çox hörmətli insan, bacarıqlı jurnalist Müşfiq Mədəd oğlu Çobanov (Müşfiq Borçalı) Nizami adına Ədəbiyyat İnstitutunda(AMEA) elmi işini müdafiə etdi.
"Gürcüstanda Azərbaycan ədəbiyyatının inkişaf meyilləri (1960-2010)" mövzusu ətrafında möhkəm elmi dəlillərə söykənən müdafiədə hazırkı Gürcüstan-Azərbaycan ədəbi əlaqələrinə toxunuldu...
Müşfiq müəllim! Sizin elmi fəaliyyətiniz ikiqat dəyərlidir.
Çünki burada iki ölkənin və iki xalqın ədəbiyyatı qarşılıqlı şəkildə öyrənilir.
Əlli il ərzində iki ölkə arasındakı bu ədəbi əlaqələr, gətirilən faktlarla əsaslı şəkildə tədqiq edilmiş və elmi nəticələr çıxarılmışdır.
Müşfiq müəllimi bu münasibətlə səmimi qəlbdən təbrik edir, ona elmi və publisistik yaradıcılığında və həyatında perspektivlər,
uğurlar və müvəffəqiyyətlər arzu edirəm!
Vüsal ŞABİZADƏ.
Dəyərli ziyalımız, gözəl xarakterə malik olan, hər kəs tərəfindən insanlıq meyarı kimi tanınan Müşfiq Borçalı!
Mən səhhətimlə bağlı sizin çox gözlədiyim elmi işinizin müdafiesində iştirak edə bilmədim.
Lakin fikrim sizin yanınızda idi...
Sizi ELMİ İŞİ MÜDAFİƏ ETDYİNİZ MÜNASİBETİLƏ ÜRƏKDƏN TƏBRİK EDİRƏM.
MÜŞFİQ MÜELLİM, AİLƏMİZ ADINDAN SİZƏ BOL-BOL UĞUR VƏ CAN SAĞLIĞI ARZULAYIRIQ....
Sona İSMAYILOVA.
Çox sevindim, istiyənləriniz sevinsin. Daha böyük uğurlar diləyirəm.
Valeh MİRZƏ
Səmimi qəlbdən təbrik edirəm!.. Çoxdan layiq olduğunuz təzə elmi dərəcəniz mübarək!
Uğurlarınızı gözləyirik...
Sədaqət Dilqəm (Abbasova)
Uğurların bol olsun qardaşım. Hər bir uğurunla bizə qürur duydurursan. Təbrik edirəm!!!
Rəna ƏLİYEVA.
Salam qardaşım! Sizin bu uğurnuzu görüb çox şad oldum! Sizi ürəkdən təbrik edib yeni-yeni uğurlar arzulayıram.
Mən bisəm mütləq sizin bu xoş gününüzdə yanınızda olardım. Həmişə var olasız!
Sədi YARADANQULU.
Təbriklər!.. Gürcüstan əsiılli ziyalılar adından Azərbaycan elminə daha böyük töhfələr vermək arzusu ilə
Mubariz Abdullayev.
Təbrik edirəm, əziz qardaşım... demək ki, hələ 1985-1986-cı illərdə Bolnisi rayonunda bir çox fənnlərdən (riyaziyyat, fizika, kimya, ədəbiyyat) keçirilən məktəblərarası turlarda və olimpiadalarda iştirakın öz bəhrəsini verdi. Hörmətli professorumuzun layiqli davamçısı, Borçalımızın gənc DOKTORU...
Əfqan ƏLİYEV.
Əziz qardaşım Müşfiq Borçalı!
Dissertasiya işini uğurla müdafiə etdiyinə görə fərəhləndim!
Mühüm işlə bağlı yanında ola bilmədiyimə görə təəssüfləndim...
Sən Borçalının şöhrətini həmişə şərəfləndirməyə çalışan bir oğulsan!
Bu tədqiqatınla onu bir daha təsdiqlədin!...
Sənə cansağlığı, bolluca nailiyyətlər arzulayıram!!!
Əziz qardaşım Müşfiq Borçalı!
Bir daha Təbriklər!!! Uğurlar!!! Sən öz fəaliyyətinlə bu ada çoxdan layiqsən!
Xeyirli olsun!!!
Knyaz ASLAN,
Bakı Dövlət Universiteti Kitabşünaslıq və nəşriyyat işi
kafedrasının müdiri, dosent.
Əziz dostumuzu səmimi qəldbən təbrik edirəm. Dissertasiya işini uğurla müdafiə etməsi məni çox sevindirdi. Məncə illər öncə bu olmalı idi. Yenə də gec deyil, hətta deyərdim daha da dolğunlaşmış, millətimizə gərəkli bir işi görüb. Hətta ömür gün yoldaşım təəccübləndi ki, mən elə bilirdim Müşfiq Borçalı çoxdan müdafiə edib. Cavabım belə oldu: Həyatda elə insanlar var ki, rəsmi Alim adını deyil, həyatın, insanların, millətin verdiyi Alim adını daha öncədən qazanır. Dostum da belə insanlardandır. İnşaallah ki, bir gün atanız kimi Professor elmi adını da alarsınız. Daha uca zirvələr arzu edirəm.
Pərviz Əmiraslan,
Almaniya.
Əziz və hörmətli Müşfiq Mədədoğlu, gərgin zəhmətinizlə, elmi araşdirmalarınızla, məqalə və yazılarınızla bu gün əziyyətinizin bəhrəsini gördünüz.
"Gürcüstanda Azərbaycan Ədəbiyyatının inkişaf meyilləri (1960-2010)” mövzusunda yazdığınız dissertasiyanı uğurla müdafiə etdiniz.
Sizin bu böyük müvəffəqiyyət digər ziyalı dostlar kimi məni də sevindirdi.
Sizin kimi istedadlı, bacarıqlı, savadlı və işgüzar ziyalı belə bir elmi ucalıqda parlamağa layiqsiniz. Sadəliyiniz, yüksək insani keyfiyyətləriniz, qayğıkeş və xeyirxahlığınızla həmişə "olduğu kimi görünür, göründüyünüz kimi olursunuz". Bu isə insana xas olan ən gözəl xüsusiyyətdir.
Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağınız münasibətilə "Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzi"nin və "Ümid" qəzetinin əməkdaşları adından Sizi səmimi qəlbdən təbrik edir, Allahın bəxş etdiyi bütün gözəllikləri, uğur və nailiyyətləri Sizə arzulayırıq!
Sizinlə fəxr edir və qürur duyuruq!
Əziz və hörmətli Müşfiq Mədədoğlu, elmi yaradıcılıq və fəaliyyətlərinizdə yeni-yeni zirvələr kəşf etməyinizi səbirsizliklə gözləyirik.
Bir daha Sizi təbrik edirik!
Hörmətlə, Əlixan Yəhyaoğlu,
"Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzi"nin sədri, "Ümid" qəzetinin redaktoru.
Mən də öz növbəmdə bu təbriklərə qoşuluram, elmin çətin və keşməkeşli yollarında yeni-yeni uğurlar arzulayıram!
Mirzə Məmmədoğlu MAŞOV
.
.