Bakı şəhəri
21 sentyabr 2016-cı il
Sentyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İlk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə akademik Ədilə Namazovaya 90 illik, AMEA-nın müxbir üzvləri Rafiq Qasımova 85 və Vəli Əliyevə 80, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin elmi katibi Ramiz Babayevə isə 80 illik yubileyləri münasibətilə AMEA-nın Fəxri Fərmanlarını təqdim edib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru, akademik İbrahim Quliyevin "Neft və qaz elmi 2030: gələcəyə baxış" adlı məruzəsi dinlənilib. Akademik bildirib ki, hazırda neft və qaz axtarışları 7-14 km dərinlik mərhələsinin başlanğıcındadır ki, bu da öz növbəsində, müasir geofiziki üsulların dərində olan yataqların öyrənilməsinə adaptasiyasını tələb edir.
İntellektual neft-qaz yataqlarının araşdırılması istiqamətində fundamental tədqiqatların aparılmasının da qarşıda duran vacib məsələlərdən olduğunu deyən İbrahim Quliyev bu sahədə problemlərin həllinin super kompüter texnologiyaları əsasında yeni metodların tətbiqi ilə mümkün olduğunu vurğulayıb.
İ.Quliyev 2030-cu ilə qədər Azərbaycanın tamamilə yeni karbohidrogen xammalının istifadəsi üzrə dünya lideri ola biləcəyini qeyd edib: "Artıq bir neçə ildir ki, AMEA-nın Geologiya və Geofizika İnstitutunun alimləri almaniyalı həmkarları ilə birlikdə Azərbaycanın palçıq vulkanlarından ayrılan karbohidrogen qazlarının uzunmüddətli termik monitorinqini aparırlar. Alınan nəticələr məhz bərpa olunan karbohidrogen sisteminin yaradılması üçün əsas olacaq".
Gələcəkdə Neft və Qaz İnstitutunun əsas istiqamətlərindən birinin neft sənayesinin iqtisadiyyatı və onun inkişafının proqnozlaşdırılmasının olacağını bildirən akademik artıq AMEA-da sahələrin proqnozlaşdırılmasının aparıldığını, o cümlədən neft və qaz qiymətlərinin bazar tələbatı əsasında dəyişiklik dinamikasının riyazi modellərinin hazırlanaraq sınaqdan keçirildiyini diqqətə çatdırıb.
Məruzə dinlənildikdən sonra müzakirə olunub, suallar cavablandırılıb.
Gündəlikdə yer alan növbəti məsələ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 avqust 2016-cı il tarixli Sərəncamının icrası ilə bağlı işçi qrupunun yaradılması haqqında olub. AMEA-nın prezidenti, akademik Akif Əlizadə "Elm haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə ölkə başçısının 9 avqust 2016-cı il tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Sərəncam imzaladığını xatırladıb. Akademik bildirib ki, sənədin 2-ci və 3-cü bəndlərinin icrası digər dövlət qurumları ilə razılaşdırmaqla AMEA-ya həvalə edilib və 4 ay müddətində icrası nəzərdə tutulub. Qeyd olunanları əsas tutaraq Rəyasət Heyəti Sərəncamın icrası ilə bağlı işçi qrupunun yaradılması və tərkibi haqqında qərar qəbul edib.
AMEA-nın elmi müəssisələrinin təhsil şöbələrinin statusu müzakirə edilib. AMEA rəhbəri, akademik Akif Əlizadə bildirib ki, Akademiyanın elmi müəssisələrində magistratura və doktorantura üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması, doktorantura və dissertantura hazırlığı üzrə qəbul və doktorluq imtahanları üçün test bankının, ixtisas proqramlarının tərtibi və təkmilləşdirilməsi elmi müəssisələrdə təhsil şöbələrinin yaradılmasını zəruri edib. Akademik bütün bunlardan irəli gələrək AMEA-nın bir çox elmi müəssisələrində təhsil şöbələrinin yaradıldığını xatırladıb.
Qeyd olunanları nəzərə alaraq Rəyasət Heyəti AMEA-nın elmi müəssisələrinin təhsil şöbələrinin statusunun elmi şöbələrin və laboratoriyaların statusuna bərabər tutulması haqqında qərar qəbul edib.
Müzakirəyə çıxarılan növbəti məsələ AMEA-nın www.science.gov.az veb-portalının informasiya təminatının vəziyyətinə dair monitorinqin keçirilməsi haqqında olub. AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev bildirib ki, ölkənin ilk veb saytı olan science.gov.az portalı Rəyasət Heyətinin, elmi müəssisə və təşkilatların, alimlərin fəaliyyətini işıqlandırır, o cümlədən elmdə aparılan islahatları, mövcud sahədə nailiyyətləri obyektiv şəkildə ictimaiyyətə çatdırır. Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq science.gov.az portalının təkmilləşdirilməsi məqsədilə müvafiq qərar qəbul edib.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" Sərancamının icrası müzakirə edilib. Rəyasət Heyəti sənədin icrası ilə əlaqədar Tədbirlər Planına daxil edilməsi üçün hazırlanan təklifləri təsdiq edib.
Tədbirdə Biofizika İnstitutunun strukturunun təsdiqi, Tarix İnstitutunun strukturunda dəyişiklik edilməsi, Elm Tarixi İnstitutunun Elmi şurasının tərkibinin təsdiqi, AMEA-nın müxbir üzvü Fəridə Məmmədovanın 80 illik yubileyinin keçirilməsi, Geologiya və Geofizika İnstitutunun əməkdaşı Fuad Əliyevin Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda ezamiyyət müddətinin uzadılması, həmçinin filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının AMEA-nın Fəxri Fərmanı ilə təltif olunması haqqında da qərarlar qəbul edilib.
Sonda kadr məsələsinə baxılıb. Rəyasət Heyətinin qərarı ilə fizika-riyaziyyat üzrə elmlər doktoru Oktay Qasımov Biofizika İnstitutunun direktoru vəzifəsini icra edən təyin olunub.
AMEA Rəyasət Heyətinin aparatı
İctimaiyyətlə Əlaqələr və
Elmin Populyarlaşdırılması İdarəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
ПРЕЗИДИУМ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА
СОСТОЯЛОСЬ ОЧЕРЕДНОЕ ЗАСЕДАНИЕ ПРЕЗИДИУМА
Город Баку 21 сентября 2016 года
21 сентября состоялось очередное заседание Президиума Национальной Академии Наук Азербайджана. Первым делом президент НАНА, академик Акиф Ализаде вручил Почетные грамоты НАНА академику Адиле Намазовой – по случаю 90-летнего, членам-корреспондентам НАНА Рафику Гасымову – по случаю 85-летнего и Вели Алиеву – по случаю 80-летнего, ученому секретарю Отделения биологических и медицинских наук НАНА Рамизу Бабаеву – по случаю 80-летнего юбилея.
На заседании был заслушан доклад вице-президента НАНА, директора Института нефти и газа, академика Ибрагима Гулиева «Нефтегазовая наука 2030: взгляд в будущее». Академик отметил, что в настоящее время поиски месторождений нефти и газа ведутся на глубине 7-14 км. Это создало необходимость в адаптации современных геофизических методов для изучения расположенных на глубине месторождений.
Подчеркнув, что одной из важных задач является проведение фундаментальных исследований для изучения интеллектуальных месторождений нефти и газа, ученый отметил, что для решения проблем, существующих в данной области, необходимо применить новые методы на основе суперкомпьютерных технологий.
Ибрагим Гулиев отметил, что до 2030 года Азербайджан может стать мировым лидером по использованию полностью нового углеводородного сырья: «Уже несколько лет ученые Института геологии и геофизики НАНА совместно с немецкими коллегами проводят долгосрочный термический мониторинг углеводородных газов, выделяющихся из грязевых вулканов Азербайджана. Полученные результаты станут основой для создания восстанавливаемой углеводородной системы».
Подчеркнув, что в будущем одним из основных направлений деятельности Института нефти и газа будет изучение экономики нефтяной промышленности и прогнозирование ее развития, академик сообщил, что в НАНА уже ведется прогнозирование развития различных отраслей, в том числе составляются и испытываются математические модели динамики изменения цен на нефть и газ с учетом требований рынка.
После прослушивания доклада состоялись дискуссии, были озвучены ответы на вопросы.
Следующим на повестке дня был вопрос о создании рабочей группы для исполнения Распоряжения Кабинета министров Азербайджанской Республики от 11 августа 2016 года. Президент НАНА, академик Акиф Ализаде напомнил, что Кабинет министров Азербайджанской Республики подписал Распоряжение для того, чтобы обеспечить выполнение Указа главы государства от 9 августа 2016 года «О применении Закона Азербайджанской Республики “О науке”». Академик отметил, что исполнение 2-го и 3-го пунктов документа было поручено НАНА при условии согласования действий с прочими государственными организациями. Их исполнение предусмотрено в течении четырех месяцев. Учитывая все вышесказанное, Президиум принял постановление о создании и составе рабочей группы.
На заседании был обсужден статус отделов образования научных учреждений НАНА. Руководитель НАНА, академик Акиф Ализаде отметил, что подготовка высокоспециализированных кадров в магистратуре и докторантуре научных институтов и организаций НАНА, составление и усовершенствование банка тестов и программ по специальностям для приемных и докторских экзаменов в докторантуре и диссертантуре привели к необходимости создания в научных учреждениях отделов образования. Академик напомнил, что, учитывая все вышесказанное, во многих научных учреждениях НАНА были созданы отделы образования.
После рассмотрения вопроса Президиум принял постановление, согласно которому статус отделов образования научных учреждений НАНА был приравнен к статусу научных отделов и лабораторий.
Следующим на обсуждение был вынесен вопрос о проведении мониторинга состояния информационного обеспечения веб-портала НАНА www.science.gov.az. Академик-секретарь НАНА, академик Расим Алигулиев отметил, что портал science.gov.az, являющийся первым веб-сайтом Азербайджана, освещает деятельность Президиума, научных учреждений и организаций, ученых, в том числе объективно доводит до общественности проводимые в научной сфере реформы и полученные достижения в области научного развития. Учитывая все вышеизложенное, Президиум принял соответствующее постановление в целях усовершенствования портала science.gov.az.
Затем был обсужден вопрос об исполнении Распоряжения Президента Азербайджанской Республики «О 200-летии создания немецких поселений в регионе Южного Кавказа». Президиум утвердил предложения, подготовленные для включения их в План мероприятий по выполнению документа.
На мероприятии были приняты постановления об утверждении структуры Института биофизики, внесении изменений в структуру Института истории, утверждении состава Научного совета Института истории науки, проведении 80-летнего юбилея члена-корреспондента НАНА Фариды Мамедовой, продлении срока командировки сотрудника Института геологии и геофизики Фуада Алиева в Объединенном институте ядерных исследований, а также награждении доктора филологических наук Гюльбениз Бабаханлы Почетной грамотой НАНА.
Затем был рассмотрен кадровый вопрос. Постановлением Президиума доктор физико-математических наук Октай Гасымов был назначен исполняющим обязанности директора Института биофизики.
Отдел по связям с общественностью
Управления по связям с общественностью
и популяризации науки
аппарата Президиума НАНА