Təhsil Nazirliyində yeni seçilmiş məktəb direktorlarının iştirakı ilə müşavirə

Təhsil Nazirliyində yeni seçilmiş məktəb direktorlarının iştirakı ilə müşavirəTəhsil Nazirliyində yeni seçilmiş məktəb direktorlarının iştirakı ilə müşavirə Təhsil Nazirliyində yeni seçilmiş məktəb direktorlarının iştirakı ilə müşavirə

Sentyabrın 1-də Təhsil Nazirliyində işə yeni qəbul edilmiş məktəb direktorlarının iştirakı ilə müşavirə keçirilib.

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov qeyd edib ki, məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydalara uyğun olaraq, 4 mərhələdən ibarət müsabiqə keçirilib.



Əvvəlcədən müəyyənləşdirilmiş 597 vakant yerə 2260 nəfər müraciət edib. İmtahanda iştirak edən 1591 nəfərdən 516-sı müsahibə mərhələsinə buraxılıb. Onlardan 208 nəfəri ölkənin şəhər və rayonlarındakı vakant məktəb direktoru vəzifəsinə işə qəbul olunub.

Təhsil naziri Mikayıl Cabbarov işə yeni qəbul edilmiş məktəb direktorlarını təbrik edib, onların qarşısında duran vəzifələrə toxunub. Nazir bildirib ki, minlərlə gənc ölkənin təhsil müəssisələrində təhsil almaqla yanaşı, xarici ali təhsil müəssisələrində də dövlət hesabına təhsil almaq hüququ əldə edib. Bütün bu nailiyyətlərin və qarşıda duran çağırışların kökü məktəbdən başlayır:

“İstənilən şəxsin, fərdin formalaşması, milli dəyərlərin daşıyıcısı olması, öz uğurunu fərd olaraq deyil, uğurlu bir dövlətin, cəmiyyətin uğuru kimi görmək imkanı məktəbdə olan mühitdən, təhsil imkanından asılıdır. Məktəbdə isə bu mühitin yaradıcısı məktəb direktorudur. Müəllimlərin işə yanaşması, məktəb-valideyn münasibətləri məktəb direktorlarının fəaliyyətindən asılıdır. Təhsilin nəticələri yalnız məktəblərdən və burada fəaliyyət göstərən peşəkarlardan asılı deyil. Burada ailənin rolu da müstəsnadır”.

Təhsil naziri şəffaf rəqabət əsasında seçilmiş məktəb direktorlarını üzərlərinə düşən məsuliyyəti layiqincə dəyərləndirməyə, rəhbərlik etdikləri təhsil müəssisələrinin inkişafı naminə var gücləri ilə çalışmağa səsləyib və onlara uğurlar arzulayıb.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Məktəb direktorlarının işə qəbulu başlayıb

Məktəb direktorlarının işə qəbulu başlayıb

Nazirlik
Deputat: Gürcüstan hökumətinin yeni qərarı milli azlıqların cəmiyyətə inteq ...

Deputat: Gürcüstan hökumətinin yeni qərarı milli azlıqların cəmiyyətə inteq ...

Borçalı
Təhsil Nazirliyində kollegiya iclası

Təhsil Nazirliyində kollegiya iclası

---
Təhsil Nazirliyində kollegiya iclası

Təhsil Nazirliyində kollegiya iclası

Əsas xəbər, Nazirlik
TƏHSİL NAZİRİMİZ MÜVƏFFƏQİYYƏTLƏRİ İLƏ FƏRQLƏNƏN MƏZUNLARLA GÖRÜŞÜB

TƏHSİL NAZİRİMİZ MÜVƏFFƏQİYYƏTLƏRİ İLƏ FƏRQLƏNƏN MƏZUNLARLA GÖRÜŞÜB

Nazirlik, Məktəblər
Təhsil Nazirliyinin yeni Aparat rəhbəri

Təhsil Nazirliyinin yeni Aparat rəhbəri

Nazirlik, Təbriklər
Təhsil naziri Mikayıl Cabbarov Gürcüstana səfər edib

Təhsil naziri Mikayıl Cabbarov Gürcüstana səfər edib

Təhsil, Gürcüstan
Gürcüstandakı orta məktəblərdə son zəng keçirilib

Gürcüstandakı orta məktəblərdə son zəng keçirilib

Borçalı
Təhsil naziri Mikayıl Cabbarov Macarıstanın nümayəndə heyətini qəbul edib

Təhsil naziri Mikayıl Cabbarov Macarıstanın nümayəndə heyətini qəbul edib

Nazirlik
Təhsil Nazirliyində onlayn mətbuat konfransı

Təhsil Nazirliyində onlayn mətbuat konfransı

Nazirlik, MEDİA
Mikayıl Cabbarov: Azərbaycanın təhsil təcrübəsi beynəlxalq maraq doğurur

Mikayıl Cabbarov: Azərbaycanın təhsil təcrübəsi beynəlxalq maraq doğurur

Təhsil
Təhsil Nazirliyində kollegiya iclası

Təhsil Nazirliyində kollegiya iclası

Nazirlik
Marneulidə yeni məktəb tikiləcək

Marneulidə yeni məktəb tikiləcək

Borçalı
Dövlət təltiflərinə layiq görülmüş təhsil işçilərinə mükafatlar təqdim olun ...

Dövlət təltiflərinə layiq görülmüş təhsil işçilərinə mükafatlar təqdim olun ...

Əsas xəbər, Təhsil, AzTU
Nazir Paata Zakareişvili Marneuli ictimai məktəblərində qonaq oldu!

Nazir Paata Zakareişvili Marneuli ictimai məktəblərində qonaq oldu!

Gürcüstan, Borçalı
Azərbaycan təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində qarşıda duran ...

Azərbaycan təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində qarşıda duran ...

Nazirlik, "Zirvə"
“Mənim ailəmin hekayəsindən” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Mənim ailəmin hekayəsindən” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, Nazirlik, Məktəblər
Olimpiada qalibləri ilə görüş

Olimpiada qalibləri ilə görüş

Təhsil
Təhsil naziri Bakı Mühəndislik Universitetində olub

Təhsil naziri Bakı Mühəndislik Universitetində olub

Nazirlik, BMU
Peşə və ali təhsil müəssisələri üçün elan edilmiş təqaüd proqramlarının qal ...

Peşə və ali təhsil müəssisələri üçün elan edilmiş təqaüd proqramlarının qal ...

Əsas xəbər, Nazirlik, AzTU
Rəy yazın: