Azərbaycan elmi ictimaiyyəti Milli Ordumuzu inamla dəstəkləyir

Azərbaycan elmi ictimaiyyəti Milli Ordumuzu inamla dəstəkləyirAzərbaycan elmi ictimaiyyəti Milli Ordumuzu inamla dəstəkləyirAzərbaycan elmi ictimaiyyəti Milli Ordumuzu inamla dəstəkləyir Azərbaycan elmi ictimaiyyəti Milli Ordumuzu inamla dəstəkləyir Azərbaycan elmi ictimaiyyəti Milli Ordumuzu inamla dəstəkləyir Aprelin 6-da AMEA-nın Əsas binasında Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin çıxışına dəstək münasibətilə “Azərbaycan əsgərinin zəfəri: inam və dəstək” mövzusunda tədbir keçirildi.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Millət vəlili, akademik İsa Həbibbəyli açaraq aprelin 1-dən 2-nə keçən gecə Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti silahlı təxribatdan danışdı. O, Azərbaycan ordusunun əldə etdiyi nailiyyətlərdən söz açaraq əsgərlərimizin şücaəti nəticəsində bir çox strateji mövqelərimizin erməni işğalından azad edilməsini böyük qələbə kimi qiymətləndirdi.

Akademik İsa Həbibbəyli Azərbaycan xalqının bu gün qələbə sevinci yaşamasında ölkə Prezidenti İlham Əliyevin məqsədyönlü və ardıcıl siyasəti, o cümlədən ordu quruculuğu sahəsində verdiyi mühüm qərarların böyük rolu olduğunu xüsusi qeyd etdi.

Akademik Azərbaycan elmi ictimaiyyətinin milli ordumuzu sonsuz dəstəklədiyini vurğulayaraq, xalqımızı ölkə Prezidenti ətrafında sıx birləşməyə, həmrəy olmağa səslədi. O, işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına əminliyini bildirdi .

Sonra çıxış edən AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov Azərbaycanda ordu quruculuğunun yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, son bir neçə gündə əldə olunan nailiyyətlərin bu faktların əməli göstəricisi olduğunu bildirdi. Alim Azərbaycan ordusunun əldə etdiyi son qələbələrdən sonra Qarabağ həqiqətlərinin beynəlxalq təşkilatlar tərəfindən tanınması yönündə mühüm uğurların əldə olunacağına inamını ifadə etdi.

Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov
ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən, ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatlardan söz açdı. Ümummilli liderin fəaliyyətinin davamı olaraq ölkə Prezidenti İlham Əliyevin də bu gün uğurlu daxili və xarici siyasəti nəticəsində bütün sahələrdə mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırdı. Cəbhə xəttində son günlərdə baş verən hadisələrdən danışan alim, işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına dərindən inamını ifadə etdi. O, orduzumun əldə etdiyi nailiyyətlərin xalqımız üçün böyük stimul olduğunu vurğuladı: “Bu qələbələrdən sonra döyüşlərdə şəhid olmuş valideynlər övladlarının tabutuna sarılmış Azərbaycan bayraqlarını təhvil alarkən "Vətən sağ olsun!" deməyi bacardılar”.

Y.Mahmudov Azərbaycanın çətin günlərində qardaş ölkə Türkiyənin hər zaman böyük dəstək nümayiş etdirdiyini də xüsusi qeyd etdi.

Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov çıxış edərək cəbhə bölgəsinə baş çəkdiyini, orada baş verən hadisələrin, Azərbaycan ordusunun göstərdiyi əzmkar mübarizənin qürurverici olduğunu bildirdi. Vətənin keşiyində dayanan əsgərlərimizin ruh yüksəkliyi ilə xidmət etdiklərini diqqətə çatdırdı.

Tədbirdə Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva, Geologiya və Geofizika İnstitutunun şöbə rəhbəri, professor Hikmət Mahmudov, Fizika İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Yusif Alıyev, Mərkəzi Elmi Kitabxananın elmi işçisi Günay Allahverdiyeva və başqaları çıxış edərək cəbhə xəttində baş verən gərginlik və hadisələrə baxmayaraq rəsmi Bakının hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduğunu qeyd etdilər.

Vurğulandı ki, ordumuz tərəfindən əldə edilmiş bütün bu uğurlar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında davamlı inkişaf edən, maddi-texniki bazası daim gücləndirilən Silahlı Qüvvələrin və Azərbaycan xalqının tarixi nailiyyətidir.

Sonda AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov AMEA kollektivi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti səsləndirdi.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Azərbaycanın elm məbədi”

“Azərbaycanın elm məbədi”

Elm, "Zirvə"
“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlx ...

“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlx ...

Elm, "Zirvə"
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
“Elmin KİV-də təbliği” mövzusu müzakirə olundu

“Elmin KİV-də təbliği” mövzusu müzakirə olundu

"Zirvə"
“Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin iclası keçirilib

“Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin iclası keçirilib

"Zirvə"
Ədəbiyyatşünas alimlər cari ilin hesabatını veriblər

Ədəbiyyatşünas alimlər cari ilin hesabatını veriblər

"Zirvə"
Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Humanitar elmlər, "Zirvə"
AMEA alimləri qarşısında duran vəzifələr müzakirə olunub

AMEA alimləri qarşısında duran vəzifələr müzakirə olunub

Humanitar elmlər, İctimai elmlər
Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

"Zirvə"
“İDEOLOJİ, SOSİAL VƏ ELMİ MAARİFLƏNDİRMƏ” PROQRAMI ÜZRƏ NÖVBƏTİ MÜHAZİRƏ

“İDEOLOJİ, SOSİAL VƏ ELMİ MAARİFLƏNDİRMƏ” PROQRAMI ÜZRƏ NÖVBƏTİ MÜHAZİRƏ

Digər bölmələr
AMEA-da 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan tədbir keçirilib

AMEA-da 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan tədbir keçirilib

Digər bölmələr
“Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı təqdim edildi

“Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı təqdim edildi

Naxçıvan, "Zirvə"
AMEA-da “Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” mövzusun ...

AMEA-da “Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” mövzusun ...

Humanitar elmlər, "Zirvə"
AMEA Botanika İnstitutunun yeni direktoru kollektivə təqdim edilib

AMEA Botanika İnstitutunun yeni direktoru kollektivə təqdim edilib

Biologiya və tibb elmləri
AMEA-da Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş

AMEA-da Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş "Müst ...

"Zirvə"
AMEA-da “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keç ...

AMEA-da “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keç ...

Humanitar elmlər, "Zirvə"
Alimlər Evində Xalq yazıçısı Çingiz Abdullayevin yaradıcılıq gecəsi keçiril ...

Alimlər Evində Xalq yazıçısı Çingiz Abdullayevin yaradıcılıq gecəsi keçiril ...

"Zirvə"
AMEA-nın KİMYA ELMLƏRİ BÖLMƏSİ İLƏ BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİNİN BİR ...

AMEA-nın KİMYA ELMLƏRİ BÖLMƏSİ İLƏ BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİNİN BİR ...

Biologiya və tibb elmləri, Digər bölmələr
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

"Zirvə"
Rəy yazın: