tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadənin namizədliyi
45 saylı Abşeron seçki dairəsindən qeydə alınıb.
Bu barədə məlumatı gənc alim öz facebook səhifəsində açıqlayıb:
“Əziz dostlar, 9 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə 45 saylı Abşeron seçki dairəsindən namizədliyimiz qeydə alınmışdır. Namizədliyimizin irəli sürülməsinə göstərdikləri dəstəyə görə abşeronlulara, qeydə alınmasına görə 45 saylı Abşeron Dairə Seçki Komissiyasına təşəkkürümü bildirirəm. Keçiriləcək seçkilərdə səsi seçicilərdən, qələbəni isə Allahdan istəyəcəyik”.
Qeyd edək ki, 31 yaşlı gənc alim Beynəlxalq münasibətlər üzrə Respublika Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının və AMEA-nın "Gənc tədqiqatçı" elmi jurnalının Redaksiya Şurasının üzvü, 8 monoqrafiya və kitabın, 60-dan artıq elmi məqalənin müəllifidir.
turan.info.az
.