AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirilib

AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirilib AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirilib 2017-ci il Yanvarın 24-də AMEA-nın İctimai Elmlər Bölməsinin növbəti büro iclası keçirilib.

Tədbiri bölmənin
akademik-katibi v.i.e.,
AMEA-nın müxbir üzvü
Nərgiz Axundova
açaraq, iştirakçıları iclasın gündəliyi ilə tanış edib.
Sonra iclasda bölməyə daxil olan müəssisələrin elmi-təşkilati məsələlərinə baxılıb.

Öncə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun strukturunda dəyişiklik edilməsi və institutda İc­ti­maiy­yət­lə əlaqələr şöbəsinin yaradılması məsələsi müzakirə edilib.

Gündəlikdə əksini tapan növbəti məsələ AMEA-nın İqtisadiyyat İnstitutunda İctimaiyyətlə əlaqələrBeynəlxalq əlaqələr şöbələrinin yaradılması ilə bağlı olub. Bu müəssisənin strukturunda və Elmi şurasının tərkibində də qismən dəyişiklik edilməsi məsələsinə baxılıb.

Müzakirə olunan digər məsələ
AMEA üzvlüyünə seçkilərlə əlaqədar
İctimai Elmlər Bölməsinin Ekspert komissiyasının yaradılması haqqında olub. Bununla bağlı çıxış edən N.Axundova bildirib ki, AMEA-nın həqiqi və müxbir üzvülüyünə seçkilərin keçirilməsi ilə əlaqədar artıq respublika mətbuatında müvafiq elanlar dərc olunub. N.Axundova komissiyanın əsas fəaliyyət istiqamətləri haqqında da danışıb. Yeni yaradılan komissiyanın təqdim olunan sənədlərin araşdırılması və təhlili ilə məşğul olacağını deyib. İclasda ekspert komissiyasının tərkibi müəyyənləşdirilib.

AMEA Elm Tarixi İnstitutunun da strukturunda dəyişiklik edilməsi məsələsinə də baxılıb.
İnstitutun Elmi şurasının yeni tərkibinin təsdiqlənməsi, həmçinin Elm və təhsil tarixi şöbəsinin adının dəyişdirilməsi məqsədəuyğun hesab edilib.

Tədbirdə Qafqazşünasların I Beynəlxalq Forumunun keçirilməsi haqqında məsələyə baxılıb. Bu ilin aprel ayında AMEA Qafqazşünaslıq İnstitutu tərəfindən təşkil olunacaq tədbirdə Qafqaz ölkələrinin sosial-iqtisadi və siyasi vəziyyəti, qarşılıqlı münasibətlər və münaqişələrlə bağlı mövzuların müzakirə ediləcəyi bildirilib. İclasda forumun təşkilat komitəsinin yaradılması və digər məsələlərlə bağlı təkliflər irəli sürülüb.

İclasda müzakirə olunan elmi-təşkilati məsələlərlə bağlı yekun qərarların verilməsi üçün AMEA Rəyasət Heyətinə təqdim ediləcəyi bidirilib.
Daha sonra bölməyə daxil olan elmi müəssisə rəhbərlərinə 2017-ci ildə fəaliyyətə dair müvafiq tapşırıqlar verilib.

Büro iclasında kadr məsələlərinə də baxılıb. Tarix üzrə fəlsəfə doktorları Tofiq NəcəfliCəbi Bəhramovun A.A.Bakıxanov adına Tarix institutunun elmi işlər üzrə direktor müavinləri vəzifələrinə yenidən təsdiq edilmələri tövsiyə olunub. Tarix üzrə fəlsəfə doktoru Zərifə Dulayeva Milli Azərbaycan Tarixi Muzeyinin aparıcı elmi işçisi, Emin Dadaşov Könül Manafova isə muzeydə şöbə müdirləri vəzifələrinə təsdiq ediliblər.
Bundan başqa, iqtisad üzrə elmlər doktoru Dünyamalı Vəliyev, ilahiyyət üzrə fəlsəfə doktoru Babaşlı Məmmədli və filologiya üzrə fəlsəfə doktoru Zenfira Şıxalıbəyli Z.Bünyadov adına Şərqşünaslıq institutunun şöbə müdirləri vəzifələrinə təyin olunublar.

Müşfiq BORÇALI,
turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

Humanitar elmlər
AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

Humanitar elmlər
Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirilib

Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirilib

Biologiya və tibb elmləri
AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti Büro iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti Büro iclası keçirilib

Humanitar elmlər
AMEA İctimai Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

AMEA İctimai Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

İctimai elmlər
AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

Humanitar elmlər
AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm
AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

Humanitar elmlər, "Zirvə"
AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Əsas xəbər, Elm
İctimai Elmlər Bölməsinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunu ...

İctimai Elmlər Bölməsinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunu ...

İctimai elmlər, "Zirvə"
Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və tibb elmləri
AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

Elm, Humanitar elmlər
RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm, "Zirvə"
İctimai Elmlər Bölməsi üzrə doktorantura və dissertanturaya qəbulun nəticəl ...

İctimai Elmlər Bölməsi üzrə doktorantura və dissertanturaya qəbulun nəticəl ...

İctimai elmlər
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilib

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilib

Biologiya və tibb elmləri
AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzaki ...

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzaki ...

Naxçıvan
AMEA-nın Biologiya və Tibb Elmləri  Bölməsinin Ümumi yığıncağı keçirilib

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və tibb elmləri
Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və tibb elmləri
AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

"Zirvə"
AMEA BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİNİN BÜRO İCLASI KEÇİRİLİB

AMEA BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİNİN BÜRO İCLASI KEÇİRİLİB

Biologiya və tibb elmləri
Rəy yazın: