İctimai Elmlər Bölməsinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

İctimai Elmlər Bölməsinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub İctimai Elmlər Bölməsinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub İyunun 23-də AMEA Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin (İEB) növbəti iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan bölmənin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova gündəlikdəki məsələləri diqqətə çatdırdı. Bildirdi ki, gündəlikdə yer alan ilk məsələ İEB-in nəzdində Xalçaşünaslıq sektorunun yaradılmasıdır.

N.Axundova qeyd etdi ki, Azərbaycanın qədim tarixə və zəngin ənənələrə malik olan xalçaçılıq sənətinin hərtərəfli şəkildə praktik və nəzəri materiallar əsasında araşdırılması, Azərbaycan boyaqçılıq tarixini və adətlərini, bu ənənələrin müasir tətbiq perspektivlərini, eləcə də Azərbaycan xalçaçılığının digər türk xalqlarının xalçaçılıq ənənələri ilə müqayisəli şəkildə öyrənilməsi vacib məsələlərdəndir. Bu kimi məsələlərin araşdırılmasını nəzərə alaraq bölmənin nəzdində Xalçaşünaslıq sektorunun yaradılması zərurəti ortaya çıxıb. Tarix üzrə fəlsəfə doktoru Vidadi Muradovun rəhbərlik etdiyi “Azər-İlmə” MMC elmi tədqiqat laboratoriyası kimi İEB-in Xalçaşünaslıq sektoru üçün əsas baza hesab edilib.

Daha sonra N.Axundova AMEA-nın “Məruzələr” jurnalının Humanitar elmlər və İctimai elmlər seriyalarının rus və ingilis dillərində təsis edil­məsi haqqında məlumat verdi. Azərbaycanda humanitar və ictimai elmlərin mühüm nəticələrinə həsr olunan məqalələrin ölkə miqyasında, xüsusən xaricdə tanıdılması, yayılması, bu sahənin elm adamlarının əsərlərinə istinadların edilməsi istiqamətində müəyyən çətinliklərin mövcud olduğunu söyləyən alim bildirdi ki, bu boşluğu və zərurəti nəzərə almaqla AMEA-nın “Məruzələr” jurnalının ingilis və rus dillərində çıxan Humanitar və İctimai Elmlər seriyasının təsis edilməsinə ehtiyac vardır. Onun sözlərinə görə, belə bir nəşrin yaradılması ilə bu sahədə çalışan Azərbaycan alimlərinin əsərlərinin beynəlxalq miqyasda yayılması və onların əsərlərinə ölkəmizdə və xaricdə elmi istinadların artması təmin olunacaqdır.

İclasda AMEA-nın bir sıra elmi müəssisələrinin əməkdaşlarının Elm Tarixi və Qafqazşünaslıq institutlarına keçirilməsi, akademik Aslan Aslanovun anadan olmasının 90, AMEA-nın müxbir üzvü Vəli Əliyevin 80 illik yubileylərinin qeyd olunması, Şərqşünaslıq İnstitutunun strukturunda dəyişiklik edilməsi məsələlərinə də baxıldı.
Sonda bir sıra kadr məsələləri müzakirə olundu.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
İctimai Elmlər Bölməsi üzrə doktorantura və dissertanturaya qəbulun nəticəl ...

İctimai Elmlər Bölməsi üzrə doktorantura və dissertanturaya qəbulun nəticəl ...

İctimai elmlər
AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirilib

AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirilib

İctimai elmlər
AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

Elm, Humanitar elmlər
AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

Humanitar elmlər
AMEA İctimai Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

Humanitar elmlər, "Zirvə"
AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi  yığıncağı keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

Humanitar elmlər, "Zirvə"
Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirilib

Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirilib

Biologiya və tibb elmləri

"Elm və İnnovasiya" proqramının növbəti buraxılışında ölkəmizdə ictimai e ...

İctimai elmlər, Elanlar
AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

Humanitar elmlər
AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti Büro iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti Büro iclası keçirilib

Humanitar elmlər
AMEA alimləri qarşısında duran vəzifələr müzakirə olunub

AMEA alimləri qarşısında duran vəzifələr müzakirə olunub

Humanitar elmlər, İctimai elmlər
AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

Humanitar elmlər, "Zirvə"
RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm
AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzaki ...

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzaki ...

Naxçıvan
AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Əsas xəbər, Elm
AMEA-nın İctimai Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın İctimai Elmlər Bölməsinin ümumi iclası keçirilib

İctimai elmlər, "Zirvə"
AMEA-nın Humanitar Elmlər və İctimai Elmlər bölmələri üzrə 2016-cı ildə dok ...

AMEA-nın Humanitar Elmlər və İctimai Elmlər bölmələri üzrə 2016-cı ildə dok ...

Humanitar elmlər, İctimai elmlər
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilib

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilib

Biologiya və tibb elmləri
Rəy yazın: