AMEA-nın professoru Salidə Şərifova “İstinadda rekord” diplomu ilə təltif edilib

AMEA-nın professoru Salidə Şərifova “İstinadda rekord” diplomu ilə təltif edilib TƏBRİK EDİRİK!

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, AMEA-nın professoru, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Salidə Şəmməd qızı Şərifova Azərbaycan Elmlər Akademiyasının rəhbərliyi tərəfindən “İstinadda rekord” diplomu ilə təltif edilib.


AMEA-nın professoru Salidə Şərifova “İstinadda rekord” diplomu ilə təltif edilib Filologiya elmləri doktoru Salidə Şərifova Azərbaycan ədəbiyyatşünaslıq elmində elmi əsərlərinə çox istinad edilməsi sahəsində fərqləndiyinə görə Azərbaycan Milli Elmlər Akademiyasının “İstinadda rekord” diplomuna layiq görülməsi təqdirəlayiqdir. 41 yaşında Rusiya Elmlər Akademiyası A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda 10.01.08 — Ədəbiyyat nəzəriyyəsi. Mətnşünaslıq ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru adına layiq görülmüş Salidə Şərifova “İlk Azərbaycan romanları”, “Azərbaycan nəsr janrlarının təşəkkül və formalaşması prosesi (XX əsrin əvvəllərinə qədər)”, “Ədəbi prosesə nəzəri baxış (tənqidi məqalələr – 2003–2005-ci illər. I kitab)”, “Müasir Azərbaycan romanlarında ictimai-siyasi mühitin təsviri problemləri”, “Ədəbi prosesə nəzəri baxış (2006–2007-ci illərin məqalələri). İkinci kitab”, “Генезис азербайджанского романа: жанровые характеристики романа-хекаята и "маленького романа"”, “Жанровое смешение в романе: коммуникативно-социокогнитивный подход”, “Əriyən şam (hekayələr toplusu)”, “Çağdaş Azərbaycan postmodern romanı”, “Klassiklər və müasirlər söz müstəvisində”, “Dionisin qələbəsi (hekayələr toplusu)”, “دیونیسین قلبه سی”, “اريين شمع”, “Sabir Rüstəmxanlı yaradıcılığının janr müxtəlifliyi”, “Fərəc Fərəcov yaradıcılığının problematikası, janr müxtəlifliyi və bədii xüsusiyyətləri”, “Теоретические проблемы жанрового смешения и литературного влияния в западной и восточной литературе”, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən əsərlərin janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili” kimi monoqrafiya, kitab və hekayə toplularının müəllifidir.

Biz də redaksiya heyətimiz adından tanınmış ədəbiyyatşünas və istedadlı yazıçı, filologiya elmləri doktoru, AMEA-nın professoru, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Salidə Şərifovanı yeni diplomu münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni elmi nailiyyətlər arzulayırıq!..

Müşfiq BORÇALI,
turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
ƏDƏBİYYATŞÜNASLIQ ELMİ ÜÇÜN YENİ BİR TÖHFƏ

ƏDƏBİYYATŞÜNASLIQ ELMİ ÜÇÜN YENİ BİR TÖHFƏ

Yeni nəşrlər, Humanitar elmlər
AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

Humanitar elmlər
Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb

Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb

Humanitar elmlər
Professor Vüqar Əhməd daha bir ölkənin akademiki seçilib

Professor Vüqar Əhməd daha bir ölkənin akademiki seçilib

Humanitar elmlər, Turan
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Yeni nəşrlər
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

Yeni nəşrlər, Humanitar elmlər
Yeni dövrləşdirmə konsepsiyası

Yeni dövrləşdirmə konsepsiyası

Yeni nəşrlər, Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
Gülnar Səma şöbə müdiri təyin edilib

Gülnar Səma şöbə müdiri təyin edilib

Humanitar elmlər
Yeni hekayələr toplusu: “Dionisin qələbəsi”

Yeni hekayələr toplusu: “Dionisin qələbəsi”

Yeni nəşrlər, Humanitar elmlər, Nəsr
“Klassiklər və müasirlər söz müstəvisində”

“Klassiklər və müasirlər söz müstəvisində”

Yeni nəşrlər, Humanitar elmlər
AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

Humanitar elmlər, Təbriklər
Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginl ...

Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginl ...

Humanitar elmlər
Salidə Şərifova

Salidə Şərifova "Rəsul Rza mükafatı"na layiq görülüb

TDPİ-nin Azərbaycan bölməsi, Humanitar elmlər, Təbriklər
Tanınmış ədəbiyyatşünas-alim Nərgiz Paşayeva AMEA-nın həqiqi üzvü - akademi ...

Tanınmış ədəbiyyatşünas-alim Nərgiz Paşayeva AMEA-nın həqiqi üzvü - akademi ...

Humanitar elmlər
Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Humanitar elmlər
Məhəmmədhüseyn Şəhriyarın fars dilində yazdığı əsərləri Azərbaycan dilində

Məhəmmədhüseyn Şəhriyarın fars dilində yazdığı əsərləri Azərbaycan dilində

Yeni nəşrlər, Humanitar elmlər, Cənubi Azərbaycan
TƏBRİK EDİRİK!... Bu gün məşhur ədəbiyyatşünas-alim ŞİRİNDİL ALIŞANLInın do ...

TƏBRİK EDİRİK!... Bu gün məşhur ədəbiyyatşünas-alim ŞİRİNDİL ALIŞANLInın do ...

"Zirvə", Təbriklər
AzTU-nun professoru Rusiya elmi jurnalının redaksiya heyətinin üzvü seçilmi ...

AzTU-nun professoru Rusiya elmi jurnalının redaksiya heyətinin üzvü seçilmi ...

Azərbaycan, Təbriklər
Rəy yazın: