istedadlı qələm dostumuz,
dəyərli həmkarımız,
"Buta" ədəbi məcmuəsinin redaktoru, tanınmış şairə,
"Abdulla Şaiq", "Buta",
"Zirvə", "Zəfər",
"Xurşidbanu Natəvan",
"XXI Əsrin ziyalısı",
"İlin vətənpərvər şairi",
"Qızıl qələm" və s.
mükafatların laureatı
Xalidə Nurayın “Vərəqlərin günahı” şeirlər kitabının təqdimatı keçirilib.
Tədbirdə “Vərəqlərin günahı” kitabını təqdim edən AMEA-nın vitse-prezidenti, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli bildirib ki, Xalidə Nurayın şeirləri bir çox cəhətdən poeziyanın tələblərinə cavab verir. Adətən qadın şeirlərində ictimai motivlər az olur. Xalidə xanımın isə aydın, obyektiv azərbaycançılıq mövqeyi var. “İlk dəfə qadın dünyasının özünəməxsusluğu haqqında əsl poetik şeiri Xalidə Nurayın əsərlərində gördüm. Bütövlükdə bu kitab mənə imzasını az tanıdığım, özünü heç tanımadığım yeni bir şairin aydın obrazını tanıtdı. Kitaba “Ön söz” yazdım, çünki Xalidə Nuray Azərbaycan şeirinə bu kitabla öz imzasını qoyub. Özünün fərqli və fərdi sənətkar simasını meydana qoya bilib. Deyə bilərəm ki, Xalidə Nurayın timsalında Azərbaycan ədəbiyyatındakı qadın şairlərimizin sırasına yetkin, ideya cəhətdən azərbaycançı, bədiilik baxımından özünəməxsus, amma obrazlı, səmimi bir şair gəlir. Mən müəllifi təbrik edirəm, uğurlar arzu edirəm”.
İnstitutun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd kitab haqqında geniş və ətraflı məruzə edib.
Sonra filologiya elmləri doktorları, professorlar - Məmməd Əliyev, Əlizadə Əsgərli, Salidə Şərifova, filologiya üzrə fəlsəfə doktorları - Səkinə Bayramova, Yeganə Qəhrəmanova, Müşfiq Borçalı və Elyar İslam kitab və müəllif haqqında öz fikirlərinin bölüşüblər.
Türkiyənin ictimai xadimi Mehmet Erdagöz, Özbəkistan Respublikasından şair-tərcüməçi Gülzira Şaripova, Şərur Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri Vaqif Babayev, şairlər İbrahim Yisifoğlu, Rəfiqə Abbasova, İlham Qurbanoğlu və b. Xalidə Nurayın yaradıcılığından bəhs ediblər.
Sonda Xalidə Nuray çıxış edərək tədbirin təşkili üçün minnətdarlığını bildirib.
Biz də bir daha Xalidə xanimı ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..
turan.info.az
.