Ədəbiyyat Muzeyində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib

Ədəbiyyat Muzeyində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilibƏdəbiyyat Muzeyində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilibƏdəbiyyat Muzeyində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beynəlxalq konfrans öz işinə başlayıb Noyabrın 25-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Nizami Gəncəvi “Xəmsə”sinin Şərq, Qərb ədəbi-mədəni əlaqələri sistemində yeri və yaratdığı yeni istiqamətlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Hibrid rejimdə keçirilən konfransın plenar iclasını giriş nitqi ilə açan Muzeyin baş direktoru, akademik Rafael Hüseynov 2021-ci ilin ölkəmizdə “Nizami ili” elan olunduğunu xatırladıb, dahi şairin 880 illik yubileyinin yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində də qeyd olunduğunu diqqətə çatdırıb. Dahi Nizaminin zəngin yaradıcılığı barədə məlumat verən R.Hüseynov onun dünya miqyasında tanınmış mütəfəkkir olduğunu deyib, böyük Azərbaycan şairinin yubileylərinin hər zaman beynəlxalq səviyyədə qeyd olunduğunu vurğulayıb.

Akademik R.Hüseynov bildirib ki, 1939-cu ilin sonlarında görkəmli mütəfəkkirin anadan olmasının 800 illiyinə həsr olunan daimi sərgi Ev-muzeyinin təşkili haqqında Azərbaycan SSR Xalq Komissarları Sovetinin sərəncamı ilə bugünkü konfransın keçirildiyi Ədəbiyyat Muzeyi yaradılıb. Əlavə edib ki, dahi şairin adını daşıyan bu muzey sonradan bütün Azərbaycan ədəbiyyatını əhatə edən bir mədəniyyət ocağına çevrilmişdir.

Baş direktorun sözlərinə görə, 1941-ci ildə SSRİ məkanında Nizami Gəncəvinin 800 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi planı hazırlansa da, Böyük Vətən müharibəsinin başlaması bu planların həyata keçirilməsinə imkan verməyib. Şairin yubileyinin blokada şəraitində olan Leninqrad şəhərində Rusiya alimlərinin və ədəbiyyatşünaslarının iştirakı ilə qeyd edilməsi dahi Nizami yaradıcılığına göstərilən ehtiramın bariz nümunəsidir.

R.Hüseynov Gəncədə kiçik bir kənddə ömür sürmüş və yaradıcılıqla məşğul olmuş N.Gəncəvinin dünya ədəbiyyatı tarixində özünüyetişdirmənin mükəmməl örnəyi olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Nizami öz yaradıcılığının miqyası, müraciət etdiyi mövzularla bütün dünya xalqlarının şairidir, bütün millətlər Nizami yaradıcılığında özünü tapa bilər: “Dünya ədəbiyyatının daha da zənginləşməsində mühüm rol oynayan N.Gəncəvinin unikallığı ondan ibarətdir ki, o, ardıcıllarını yetişdirdiyi bir məktəb yaradıb. Farsdilli, rusdilli, türkdilli və s. xalqların ədəbiyyatında N.Gəncəviyə yüzlərlə cavab yazılıb”.

Nizaminin əsərlərini fars dilində yazması məsələsinə toxunan alim qeyd edib ki, həmin dövrdə ərəb və fars dilləri qloballaşmanın əsas göstəricisi olduğundan Nizami əsərlərini Azərbaycan dilində deyil, fars dilində yazmağa üstünlük verib.

“Görkəmli mütəfəkkirin əsərlərini fars dilində yazması farsdilli ədəbiyyatın inkişafına öz müsbət təsirini göstərib və bu, ədəbiyyatın içərisində Azərbaycan üslubunun formalaşmasında mühüm əhəmiyyət kəsb edib”, - deyə R.Hüseynov bildirib. Əlavə edib ki, hələ XII əsrdə Hindistanda Nizamiyə cavabların yazılması məhz fars dilinin qovuşdurucu dil funksiyasını yerinə yetirməsi ilə bağlı idi.

Akademikin sözlərinə görə, N.Gəncəvinin yaradıcılığının XIX əsrdən etibarən əsas Avropa dillərinə tərcümə olunması ilə Qərb mütəfəkkirləri onun əsərlərinə cavablar yazmağa başlamış və XXI əsrdə dahi şairin əsərlərinin tərcümə olunduğu dillərin sayı getdikcə artmışdır. Nizaminin əsərlərində yaratdığı dünyanın, hər kəsin azad yaşadığı daha mükəmməl gələcəyin hələ çox uzaqlarda olduğunu bildirən baş direktor bu əsərlərin insanları daha mükəmməl cəmiyyət qurmağa təşviq etdiyini deyib.

R.Hüseynov dahi Nizaminin yubileylərinin bütün dövrlərdə gələcək nəsillər tərəfindən keçiriləcəyinə əminliyini ifadə edib, tədbirinişinə uğurlar arzulayıb.

Konfransın ilk günündə filologiya üzrə fəlsəfə doktoru, dosent Əsmətxanım Məmmədova “Heç bitməyən Nizami sevdası”, professor Şəfəq Əlibəyli “Nizami nəzmində rənglər palitrası (struktur - semantik və funksional aspektdə)”, professor Xəlil Yusifli “Axsitanın Nizamiyə məktubu. Yozum və həqiqət”, professor Şodimuxammad Sufizadə (Tacikistan) “Saqinamə janrının formalaşmasında Nizami Gəncəvinin rolu”, professor Qaziz Telebaev (Qazaxıstan) “Nizami Gəncəvi və Yusuf Balasaqunlunun fəlsəfi dünyası” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Üç gün davam edən konfransın Nizami Gəncəvi əsərlərinin tədqiqi, nəşri, tərcüməsi və incəsənət nümunələrində əksi mövzularını rəhbər tutan bölmə iclaslarında ölkənin ən müxtəlif elm, təhsil ocaqları ilə yanaşı, xarici ölkələrin tanınmış şərqşünas alimlərinin də məruzələri dinlənilib.

turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Elm, Humanitar elmlər, "Zirvə"
Andorrada Nizami Gəncəvinin 875-ci ildönümünə həsr olunmuş sərgi keçirilib

Andorrada Nizami Gəncəvinin 875-ci ildönümünə həsr olunmuş sərgi keçirilib

Diaspora

"Nizami ili" çərçivəsində muzey əməkdaşının yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
Akademik İsa Həbibbəyli: “AMEA “Nizami Gəncəvi İli” çərçivəsində mühüm nail ...

Akademik İsa Həbibbəyli: “AMEA “Nizami Gəncəvi İli” çərçivəsində mühüm nail ...

Humanitar elmlər
“Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dü ...

“Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dü ...

Yeni nəşrlər, Humanitar elmlər, Mədəniyyət
Akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı o ...

Akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı o ...

Yeni nəşrlər, Humanitar elmlər
Azərbaycanlı alimin məqaləsi Gürcüstan mətbuatında

Azərbaycanlı alimin məqaləsi Gürcüstan mətbuatında

Humanitar elmlər, "Zirvə", Ədəbi əlaqələr

"Azərbaycan poeziyasının Nizami Gəncəvi zirvəsi" adlı kitab nəşr olunacaq

"Elm və Təhsil", "Şərqin səsi", Elanlar
“Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” mövzusunda respublika konf ...

“Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” mövzusunda respublika konf ...

Azərbaycan, Elm, "Zirvə"
Akademik Rafael Hüseynov Minskdə Nizami Gəncəvinin 880 illiyi münasibətilə  ...

Akademik Rafael Hüseynov Minskdə Nizami Gəncəvinin 880 illiyi münasibətilə ...

Humanitar elmlər
“Yaşayan Nizami Gəncəvi” konfransı keçirilib

“Yaşayan Nizami Gəncəvi” konfransı keçirilib

Gəncə, Humanitar elmlər
Azərbaycan alimləri Tbilisidə Şota Rustavelinin 850 illiyinə həsr olunmuş k ...

Azərbaycan alimləri Tbilisidə Şota Rustavelinin 850 illiyinə həsr olunmuş k ...

"Zirvə", Tv, Ədəbi əlaqələr, Tiflis
Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Humanitar elmlər
AzTU-nun rektoru “Nizami Gəncəvi-880” xatirə döş nişanı ilə təltif olunub

AzTU-nun rektoru “Nizami Gəncəvi-880” xatirə döş nişanı ilə təltif olunub

AzTU
“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

"Zirvə"
AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub

AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub

"Zirvə", Mədəd Çobanov
Dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş t ...

Dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş t ...

Humanitar elmlər
NİZAMİ GƏNCƏVİ XƏZİNƏSİNİN DƏRİNLİKLƏRİNDƏN BƏRQ VURAN İNCİLƏR HAQQINDA DÜŞ ...

NİZAMİ GƏNCƏVİ XƏZİNƏSİNİN DƏRİNLİKLƏRİNDƏN BƏRQ VURAN İNCİLƏR HAQQINDA DÜŞ ...

Yeni nəşrlər, Humanitar elmlər
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Tbilisidəki Azərbaycan mədəniyyət ocaqla ...

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Tbilisidəki Azərbaycan mədəniyyət ocaqla ...

M.F.Axundzadə adına Muzey, Humanitar elmlər, Tiflis
“İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələl ...

“İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələl ...

Humanitar elmlər
Rəy yazın: