"Pandemiya, virus, yoxsa mənəviyyatdakı virus?.." - TANINMIŞ NƏĞMƏKAR-ŞAİR, ƏDƏBİYYATŞÜNAS-ALİM, PROFESSOR VÜQAR ƏHMƏDLƏ SÖHBƏTİMİZ DƏ ELƏ BU BARƏDƏDİR

"Pandemiya, virus, yoxsa mənəviyyatdakı virus?.." - TANINMIŞ NƏĞMƏKAR-ŞAİR, ƏDƏBİYYATŞÜNAS-ALİM, PROFESSOR VÜQAR ƏHMƏDLƏ SÖHBƏTİMİZ DƏ ELƏ BU BARƏDƏDİR
Bu günkü müsahibimiz tanınmış nəğməkar-şair,
ədəbiyyatşünas-alim, AMEA-nın baş elmi işçisi,
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Mətbuat tarixi və publisitika şöbəsinin müdiri,
“Ədəbiyyatşünaslıq plyus”
Yaradıcılıq Birliyinin sədri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin,
Rusiya-Dərbənd Ədiblər Birliyinin
"Muğam" assosiasiyasının üzvü, eləcə də,
Nyu-York EA-nın həqiqi üzvü,
filologiya üzrə elmlər doktoru,
professor Vüqar Əhməddir.

Vüqar Mikayıl oğlu Əhməd - 17 aprel 1963-cü ildə Bakının Pirşağı kəndində hərbçi-dənizçi və ziyalı ailəsində anadan olmuşdur. 1980-cı ildə Bakıda M.Müşfiq adına 18 saylı orta məktəbi, 1984-cü ildə ADPU-nu fərqlənmə diplomu ilə, 1990-cı ildə Pedaqoji Universitetin aspiranturasını bitirmişdir. 1992-ci ildə filologiya elmləri namizədi, 2005-ci ildə filologiya elmləri doktoru elmi dərəcəsini almışdır. "Azad Azərbaycan" Teleradio Şirkətinin Bədii Şurasının üzvü, "Dünya Tv"-nin Bədii Şurasının sədr müavinidir.
3 roman, 10 şeir, 2 dərslik, 2 tədris proqramı kitablarının, yüzlərlə teleradioverilişlərinin, 300-dən çox elmi-publisistik məqalələrin, nəğməkar şair kimi 500-dən çox mahnı sözlərinin, eləcə də müsiqi müəllifidir.
Əsərləri İran, Türkiyə, Yunanıstan, Almaniya və başqa ölkələrdə çap olunub.


- Vüqar müəllim, pandemiya və karantin günlərində gününüzü necə keçirirsiniz?
- Bu dövrdə heç bir yerə getmirəm. Evdəyəm. Hörmətli akademikimiz İsa Həbibbəylinin ideya müəllifi olduğu və onun rəhbərliyi altında "Molla Nəsrəddin" Ensiklopediyasını redaktə edirəm. Redaksiya heyətilə, Gülbəniz Babayeva və Təhminə Vəliyeva ilə birlikdə onlayın vasitəsilə əlaqə saxlayaraq işləyirik. Çünki pandemiya, karantin rejimi bitdikdən sonra kitab çap olunmalıdır.

- Pandemiya, virus, yoxsa mənəviyyatdakı virus? Hansını daha təhlükəli hiss edirsiz?
- Hər ikisi təhlükəlidir. Mənəviyyatdakı virus insanı ruhən, mənən, o biri virus isə fiziki cəhətdən ölümə aparır.

- Şair olmaqla yanaşı, həm də elmi işlə məşğul olursuz. Bunlara necə vaxt ayıra bilirsiz?
- Hər ikisi vəhdət təşkil edir. Hansının məqamı gələndə, onunla da məşğul oluram.

- Bu günkü gənc yazarlara münasibətiniz?
- Yaxşıdır. İçərisində savadlı, klassiklərimizə, özlərindən böyüklərə hörmətlə yanaşan gənclərimiz var. Amma elə gənclərimiz də var ki, savadları yoxdur. Bir-iki kitab çıxardırlar, sonra heç kimi saymırlar.

- Yaradıcılıqla bağlı yeni planlarınız?
- Çox planlarım var. Təki dünyamız sağ və salamat olsun. Bu pandemiya və virus məhv olsun. Öz şeirimdə dediyim kimi:

Bizi yaşadan xoş arzulardır,
Ruhdan da salan boş arzulardır.


- Vüqar müəllim, bir daha təklifimizi qəbul edib, turan.info.az saytına onlayın şəkildə müsahibə verdiyiniz üçün sizə təşəkkür edirik.

Yunis Qaraxanov,
turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
HƏKİM-ŞAİRƏ SOLMAZ QƏRİBELLƏ ONLAYN MÜSAHİBƏ

HƏKİM-ŞAİRƏ SOLMAZ QƏRİBELLƏ ONLAYN MÜSAHİBƏ

Rusiya, Diaspora, Köşə yazılar
Vüqar Əhməd şöbə müdiri təyin olunub

Vüqar Əhməd şöbə müdiri təyin olunub

Humanitar elmlər, Təbriklər
Təbrik edirik, VÜQAR ƏHMƏD!...

Təbrik edirik, VÜQAR ƏHMƏD!...

Elm, Təbriklər, Arxiv, Ramiz Abdullayev
TƏBRİK EDİRİK!.. Tanınmış şair Vüqar Əhməd yeni yaradılan birliyə sədr seçi ...

TƏBRİK EDİRİK!.. Tanınmış şair Vüqar Əhməd yeni yaradılan birliyə sədr seçi ...

"Zirvə", Ədəbiyyat
Professor Vüqar Əhməd daha bir ölkənin akademiki seçilib

Professor Vüqar Əhməd daha bir ölkənin akademiki seçilib

Humanitar elmlər, Turan
AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

Humanitar elmlər
Hüseyn Kürdoğlunun poetik dünyası...

Hüseyn Kürdoğlunun poetik dünyası...

Yeni nəşrlər, Humanitar elmlər, Ədəbiyyatşunaslıq
VÜQAR ƏHMƏD

VÜQAR ƏHMƏD "İLİN ALİMİ" OLDU

Təbriklər
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb

“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edi ...

İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edi ...

Humanitar elmlər
Məhəmmədhüseyn Şəhriyarın fars dilində yazdığı əsərləri Azərbaycan dilində

Məhəmmədhüseyn Şəhriyarın fars dilində yazdığı əsərləri Azərbaycan dilində

Yeni nəşrlər, Humanitar elmlər, Cənubi Azərbaycan
Ədəbiyyat İnstitutunun elmi şurasının ilin yekunları ilə bağlı iclası keçir ...

Ədəbiyyat İnstitutunun elmi şurasının ilin yekunları ilə bağlı iclası keçir ...

"Zirvə"
Gülnar Səmanın “Sözümüz sözdür” kitabının təqdimatı keçirilib

Gülnar Səmanın “Sözümüz sözdür” kitabının təqdimatı keçirilib

Yeni nəşrlər, Humanitar elmlər
Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyası çap ...

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyası çap ...

Yeni nəşrlər, Humanitar elmlər, TDPİ-nin Azərbaycan bölməsi
TƏBRİK EDİRİK!... Bu gün məşhur ədəbiyyatşünas-alim ŞİRİNDİL ALIŞANLInın do ...

TƏBRİK EDİRİK!... Bu gün məşhur ədəbiyyatşünas-alim ŞİRİNDİL ALIŞANLInın do ...

"Zirvə", Təbriklər
Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Humanitar elmlər
AMEA-nın professoru Salidə Şərifova “İstinadda rekord” diplomu ilə təltif e ...

AMEA-nın professoru Salidə Şərifova “İstinadda rekord” diplomu ilə təltif e ...

Humanitar elmlər, Tiflis, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər
Nuh Yurdunun böyük oğlu!..

Nuh Yurdunun böyük oğlu!..

Naxçıvan, "Zirvə", Təbriklər
DÜNYA TARİXİNİN MÜALİCƏSİZ PANDEMİYASI

DÜNYA TARİXİNİN MÜALİCƏSİZ PANDEMİYASI

"Şərqin səsi", Köşə yazılar
Akademik İRADƏ MƏMMƏD QIZI HÜSEYNOVA – 55

Akademik İRADƏ MƏMMƏD QIZI HÜSEYNOVA – 55

Biologiya və tibb elmləri, Təbriklər
Rəy yazın: