“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılğı ilə AMEA Mərkəzi Elmi Kitabxanasının konfrans zalında “Ədəbi proses - 2018” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib. Tədbirdə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, yazıçılar, ədəbiyyatşünas alimlər, media nümayəndələri və başqaları iştirak ediblər.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindin Gülnar Səma turan.info.az-a məlumat verib ki,
tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq 2014-cü ildən etibarən keçirilən “Ədəbi proses - 2018” mövzusunda elmi-yaradıcılıq müşavirəsinin ictimaiyyətdə əks-səda doğurduğunu qeyd edib. Akademik İsa Həbibbəyli bildirib ki, ötən əsrin 70-ci illərində Ədəbiyyat İnstitutunda akademik Məmməd Cəfər Cəfərovun rəhbərliyi və institutun müasir ədəbi proses şöbəsinin təşəbbüsü ilə 1974-1984-cü illərdə “Ədəbi proses” müşavirələri keçirilib. Müəyyən fasilədən sonra 2014-cü ildən etibarən “Ədəbi proses” tədbirləri daha geniş vüsət almağa başlayıb. Vurğulanıb ki, XXI əsrin “Ədəbi proses” yaradıcılıq müşavirələrində ədəbi növlər üzrə təhlillər daha da dərinləşdirilib, janrlar üzrə monoqrafik təhlillərə yer verilib. Akademik bildirib ki, ədəbi proses hərəkatında tənqid və ədəbiyyatşünaslıq, ədəbiyyat tarixçiliyi, ədəbiyyat nəzəriyyəsi, ədəbi əlaqələr və bədii tərcümə sahələrində təmsil olunan institut əməkdaşları il ərzində yorulmadan çalışıblar. Artıq uşaq ədəbiyyatı da xüsusi araşdırılır, bu ildən etibarən esse, satira tipli əsərlər də tədqiq edilir. Qeyd edilib ki, müstəqillik dövründə konkret olaraq tənqid və ədəbiyyatşünaslıqda keyfiyyət dəyişmələri baxımından yeni dalğa başlanıb. Ədəbiyyat İnstitutunun timsalında təqdim edilən bu yeniləşmə hərəkatı sadəcə akademik elmi düşüncəni əhatə etməklə qalmır, ölkə miqyasında da “görünməz dalğanın” qabarması kimi nəzərə çarpır. İsa Həbibbəyli ədəbi proses müşavirələrinə təkcə Ədəbiyyat İnstitutunun əməkdaşlarının deyil, respublikanın digər elm və ali təhsil müəssisələrindən ədəbiyyatşünasların, mütəxəssislərin də qoşulmasının vacibliyini qeyd edib.

Dəvət edilmiş qonaqlardan Təyyar Salamoğlu, Rüstəm Kamal, Şərif Ağayar, Pərvin, Fərid Hüseyn, Qismət Rüstəmov kimi ziyalılar çıxış edərək “Ədəbi proses” elmi yaradıcılıq müşavirələrinin keçirilməsi ilə bağlı Ədəbiyyat İnstitutunun təşəbbüsünü yüksək qiymətləndiriblər. Çıxışlarda belə tədbirlərin ədəbiyyatımızın inkişafına böyük töhfələr verəcəyi vurğulanıb.

Sonra Ədəbiyyat İnstitutunun əməkdaşlarından 24 nəfər müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.
Onlardan filologiya elmləri doktoru Elnarə Akimova “İlin ədəbi mənzərəsi”, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu “Ədəbi tənqid”, filologiya elmləri doktorları Vaqif Yusifli “Şeir”, Esmira Fuad isə “Poema” mövzularında məruzə ediblər.
Ardınca filologiya üzrə fəlsəfə doktorları Nərgiz Cabbarlı “Roman”, Aynur Xəlilova “Povest”, Nərmin Cahangirova “Hekayə”, Maral Yaqubova “Bədii nəsr nəzəriyyə işığında”, Aynur Mustafayeva “Dramaturgiya” filologiya elmləri doktoru Cavanşir Yusifli “Ədəbi gənclik” sərlövhəli məruzələrini diqqətə çatdırıblar.
Daha sonra filologiya üzrə fəlsəfə doktorları Pərvanə Məmmədli “Cənubi Azərbaycan ədəbiyyatı”, Lalə Həsənova “Rusdilli Azərbaycan ədəbiyyatı”, Gülbəniz Babayeva “Satira”, Mehman Həsənli “Ədəbiyyatda esse”, Gülnar Qənbərli “Uşaq ədəbiyyatı: nəsr və dramaturgiya” mövzuları haqqında məruzələrini səsləndiriblər.
Elmi işçilər Nizami Hüseynov “Bölgələrdə ədəbi həyat”, Mərcan Sofiyeva “Bədii tərcümə”, filologiya elmləri doktorları Elçin Mehrəliyev “Publisistika”, Salidə Şərifova “Ədəbiyyat tarixçiliyi” kimi mövzularda məruzə ediblər.
Həmçinin filologiya üzrə fəlsəfə doktorları Rasim Nəbioğlu “Ədəbiyyat nəzəriyyəsi”, Zəkulla Bayramlı “Ədəbiyyat İnstitutu əməkdaşlarının bədii yaradıcılığı-2018”, Xanım Zairova “Ədəbi əlaqələr: Azərbaycan, Avropa və Amerika”, Eşqanə Babayeva “Ədəbi əlaqələr: Azərbaycan və Türk dünyası”, Bəsirə Əzizəliyeva “Ədəbi əlaqələr: Azərbaycan-Asiya-Afrika” mövzularında məruzə ilə çıxış ediblər.

Aygül ÇOBANOVA,
turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Ədəbi proses-2017” elmi yaradıcılıq müşavirəsi keçirilib

“Ədəbi proses-2017” elmi yaradıcılıq müşavirəsi keçirilib

"Zirvə"
Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

"Zirvə"
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb

“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Humanitar elmlər
Gülnar Səma şöbə müdiri təyin edilib

Gülnar Səma şöbə müdiri təyin edilib

Humanitar elmlər
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Yeni nəşrlər, Humanitar elmlər, Elanlar
“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

Humanitar elmlər, "Zirvə", Turan, Orta Asiya
Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginl ...

Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginl ...

Humanitar elmlər
Gülnar Səma “İlin gənc alimi” seçilib

Gülnar Səma “İlin gənc alimi” seçilib

Humanitar elmlər
Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Humanitar elmlər, "Zirvə"
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

"Zirvə"
“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb

“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
Hüseyn Kürdoğlunun poetik dünyası...

Hüseyn Kürdoğlunun poetik dünyası...

Yeni nəşrlər, Humanitar elmlər, Ədəbiyyatşunaslıq
Ədəbiyyat İnstitutu ilə  Avrasiya Türk Araşdırmaları İnstitutu arasında anl ...

Ədəbiyyat İnstitutu ilə Avrasiya Türk Araşdırmaları İnstitutu arasında anl ...

Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda İngilis dili kursları

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda İngilis dili kursları

Humanitar elmlər
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

Yeni nəşrlər, Humanitar elmlər
“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı keçirilib

“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı keçirilib

Humanitar elmlər, Dünya
Ədəbiyyat İnstitutunda “Pakistan ədəbiyyatı mərkəzi”nin açılışı olub

Ədəbiyyat İnstitutunda “Pakistan ədəbiyyatı mərkəzi”nin açılışı olub

Humanitar elmlər
Ədəbiyyat İnstitutunda Pərixanım Mikayılqızının kitablarının təqdimat-müzak ...

Ədəbiyyat İnstitutunda Pərixanım Mikayılqızının kitablarının təqdimat-müzak ...

Humanitar elmlər
Rəy yazın: