Bu günlərdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademuk İsa Həbibbəylinin əmri ilə həmin institututun baş elmi işçisi, görkəmli ədəbiyyatşünas alim, tanınmış şair, filologiya elmləri doktoru, professor Vüqar Əhməd "Mətbuat və publisistika" şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Çox hörmətli Vüqar müəllimi yeni vəzifəyə təyin olunması münasibəti ilə öz adımdan, rəhbərlik etdiyim "Ziya" qəzetinin, "turan.info.az" və "Zirve.info" saytlarının yaradıcı heyətləri adından, eləcə də bütün mətbuat işçiləri adından ürəkdən təbrik edir, ona elmi-bədii yaradacılıq yollarında yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
turan.info.az
.