Bu ezamiyyət Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə yardımı ilə gerçəkləşən “Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımların Azərbaycan və Türkiyə mətbuatında əksi: faktlar və axtarışlar (1988-1994-cü illər)” adlı (Qrant № EİF/GAM-4-BGM-GİN-2017-3(29)-19/15/5) layihəsi üzrə həyata keçirilib.
Tədqiqatçı Aynurə Paşayeva Atatürk Kitaplığının rəhbəri Ramazan Minderlə görüşmüş, 1988-1994-cü illərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlarla bağlı Türkiyə mətbuatında – “Cumhuriyet”, “Hürriyet”, “Milliyet”, “Halkın sesi”, “Türkiye”, “Meydan”, “Tercüman” qəzetləri, “Dünya”, “Meydan” qəzetləri, “Azerbaycan Türk kültür dergisi”, “Azerbaycan dünyası”, “Azerbaycan türkleri”, “Orta Doğu Araştırmaları dergisi”, “Kültür Evreni”, “Türk Dünyası Dil ve Edebiyat Dergisi”, “Barış Araştırmaları ve çatışma çözümleri Dergisi”, “Akademik Bakış”, “Sbard”, “Uluslararası Sosyal ve Eğitim Bilimleri Dergisi” və başqa jurnallarda çap olunan 500-ə yaxın materialı Atatürk Kitaplığının kitabxanasında toplamışdır.
turan.info.az
.