AMEA-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

AMEA-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilibAMEA-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilibAMEA-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilibAMEA-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilibAMEA-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib AMEA-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilibAMEA-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib AMEA-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib Bu gün - 2018-ci il
fevralın 20-də AMEA-nın
Nəsimi adına Dilçilik
İnstitutunun təşkilatçılığı ilə
21 fevral - Beynəlxalq
Ana Dili Gününə
həsr olunan
tədbir keçirilib.

turan.info.az xəbər verir ki,
tədbiri giriş sözü ilə
institutun direktoru, akademik Möhsün Nağısoylu
açıb.
O, 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan
4 tələbənin öldürüldüyünü və YUNESKO-nun 1999-cu ilin noyabrında keçirilən sessiyasında həmin günün Beynəlxalq Ana Dili Günü kimi qəbul edildiyini bildirib.

Ana dilinin saflığının qoruması və inkişafı istiqamətində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu deyən akademik M.Nağısoylu diqqətə çatdırıb ki, ümummilli liderin təşəbbüsü ilə 2002-ci ilin 30 sentyabr tarixində “Azərbaycan
Respublikasında
dövlət dili haqqında”

Qanun
qəbul edilib.

Alim ana dilinə qayğı siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.
O, ölkə başçısının 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nı xatırladıb.
Qeyd edib ki, sözügedən sənəd Dilçilik İnstitutunun üzərinə mühüm vəzifələr qoyub və bu istiqamətdə tədqiqatlar aparmaq üçün müəssisədə
4 yeni şöbə yaradılıb.

Akademik M.Nağısoylu ana dilinin saflığını qorumaq, ədəbi dil normalarının gözlənilməsinə nəzarət etmək, həmçinin dili yad ünsürlərdən təmizləməyin bu gün rəhbərlik etdiyi müəssisənin başlıca vəzifəsi olduğunu diqqətə çatdırıb.

Sonra Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov çıxış edərək yeni nəsildə ana dilinə sevgini körpə yaşlarından aşılamağın önəminə toxunub. Akademik bu günə qədər fars, ərəb və Avropa dillərinin Azərbaycan dilinə güclü təsir etdiyini, rus dilindən istifadəyə isə məişət səviyyəsində rast gəlindiyini vurğulayıb.

İclasda çıxış edən filologiya elmləri doktoru, professor Buludxan Xəlilov isə Azərbaycan dilinin ölkəmizdə yaşayan digər xalqları birləşdirdiyini, onların öz ana dillərində azad şəkildə danışmalarına heç bir maneə törətmədiyini söyləyib.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlünün
"Ana dili mənəvi varlığımızdır",
filologiya üzrə fəlsəfə doktoru Aysel Qəribli
nin "Azərbaycan dili anlayışının tarixi"
filologiya üzrə fəlsəfə doktoru Cahid Kazımovun "Virtual məkanda Azərbaycan dili" adlı məruzələri dinlənilib.

Hüsniyyə ÇOBANOVA,
turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Dilçilik İnstitutunun elmi hesabatı dinlənilib

Dilçilik İnstitutunun elmi hesabatı dinlənilib

Humanitar elmlər
BEYNƏLXALQ ANA DİLİ GÜNÜ

BEYNƏLXALQ ANA DİLİ GÜNÜ

Humanitar elmlər
AMEA Rəyasət Heyətinin geniş iclasında akademik Tofiq Hacıyevin çıxışı

AMEA Rəyasət Heyətinin geniş iclasında akademik Tofiq Hacıyevin çıxışı

"Zirvə"
AMEA-da “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçirilib

AMEA-da “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçirilib

Humanitar elmlər
Saytların dili ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb

Saytların dili ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb

Humanitar elmlər
Dilçilik İnstitutu illik hesabat verib

Dilçilik İnstitutu illik hesabat verib

Humanitar elmlər
Nəsimi adına Dilçilik İnstitutunda “Saytların dil mənzərəsi” mövzusunda təd ...

Nəsimi adına Dilçilik İnstitutunda “Saytların dil mənzərəsi” mövzusunda təd ...

Humanitar elmlər, MEDİA
“Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda konfra ...

“Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda konfra ...

Humanitar elmlər, Mədəniyyət
“İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələl ...

“İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələl ...

Humanitar elmlər
AMEA-da Mirzə Kazımbəyin Azərbaycan dilinə tərcümə edilmiş “Türk-tatar dili ...

AMEA-da Mirzə Kazımbəyin Azərbaycan dilinə tərcümə edilmiş “Türk-tatar dili ...

Humanitar elmlər, İctimai elmlər
AMEA-da görkəmli alim Mirzə Rəhimovun 90 illiyinə həsr olunan tədbir keçiri ...

AMEA-da görkəmli alim Mirzə Rəhimovun 90 illiyinə həsr olunan tədbir keçiri ...

Humanitar elmlər
“İzahlı dilçilik terminləri lüğəti”nin təqdimatı olub

“İzahlı dilçilik terminləri lüğəti”nin təqdimatı olub

Yeni nəşrlər, Humanitar elmlər, "Zirvə"
Orta məktəb dərsliklərinin dili ilə bağlı müzakirələr aparılıb

Orta məktəb dərsliklərinin dili ilə bağlı müzakirələr aparılıb

Əsas xəbər, Humanitar elmlər, "Zirvə"
AzTU-nun təşkililatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş onlay ...

AzTU-nun təşkililatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş onlay ...

AzTU
SDU-da “Müasir dilçiliyin aktual problemləri” mövzusunda beynəlxalq elmi ko ...

SDU-da “Müasir dilçiliyin aktual problemləri” mövzusunda beynəlxalq elmi ko ...

Sumqayıt
Azərbaycanın dünya miqyasında tanınmasında ulu öndər Heydər Əliyevin xidmət ...

Azərbaycanın dünya miqyasında tanınmasında ulu öndər Heydər Əliyevin xidmət ...

Humanitar elmlər, İctimai elmlər
AMEA-da professor Qəzənfər Kazımovun 80 illik yubileyi qeyd olunub

AMEA-da professor Qəzənfər Kazımovun 80 illik yubileyi qeyd olunub

Humanitar elmlər
Dilçilik İnstitutunda Türk Dil Qurumunun sabiq sədri, professor Şükrü Haluk ...

Dilçilik İnstitutunda Türk Dil Qurumunun sabiq sədri, professor Şükrü Haluk ...

Humanitar elmlər, Turan
“Naxçıvan dialekt və şivələrinin lüğəti” kitabı işıq üzü görüb

“Naxçıvan dialekt və şivələrinin lüğəti” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Naxçıvan
“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi kon ...

“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi kon ...

Humanitar elmlər
Rəy yazın: