rast gəlirik. Əməkdaşımız AMEA Nəsimi adına
Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin
müdiri dosent Təranə xanım Şükürlü ilə görüşüb, yeni Orfoqrafiya qaydaları haqqında onun münasibətilə maraqlanıb.
Dos.T.Şükürlü turan.info.az-ın əməkdaşına bildirib ki,
"Bu qaydaların mübahisəyə səbəb olması gözləniləndir.
Yeni orfoqrafiya qaydaları mütəxəssislər tərəfindən qəbul edilib. Mətbuatda gedən müzakirələr Dilçilik İnstitutunun diqqətindədir.
Komissiya bu təklifləri, tənqidi mülahizələrin hamısını təhlil edib ortaq qərar qəbul edəndən sonra hazırkı orfoqrafiya qaydaları təkmilləşəcək.
Yeni orfoqrafiya qaydalarında çox söz dəyişməyəcək. Mətbuatda gedən məlumatlarda qeyri-dəqiqlik, qeyri-elmlik var. Qaydalarda yalnız söz əvvəlində və söz sonunda qoşa “ss” və -iyyat, -iyyət, -iyyə şəkilçilərnin tərkibindəki “yy” samitlərindən birinin düşməsi təklif olunub.
Orfoqrafiya lüğətinin 2013-cü il nəşrində qondarma sözlər var. Yeni lüğət daha təkmil formada çap olunacaq."
Dos.T.Şükürlü fikrini belə tamamlayıb:
"Hələ bu məsələ təsdiq olunmayıb, layihə şəklində müzakirə olunur. Qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra “Orfoqrafiya” lüğətinin VII nəşri işıq üzü görəcək''.
Firəngiz İBADOVA,
turan.info.az
.