Nəsimi adına Dilçilik İnstitutunda “Saytların dil mənzərəsi” mövzusunda tədbir keçirilib

Nəsimi adına Dilçilik İnstitutunda “Saytların dil mənzərəsi” mövzusunda tədbir keçirilib Xalqın milli sərvəti, onun qan yaddaşı və varlığının təzahürü olan dil həm də milli dövlətçiliyin rəmzi olduğu üçün onun inkişaf etdirilməsi, qayda və normalarının qorunması hər bir vətəndaşın borcudur.

turan.info.az xəbər verir ki,
bu fikirlər
2017-ci il Yanvarın 18-də
Azərbaycan Milli Elmlər Akademiyasının
Nəsimi adına Dilçilik İnstitutunda
“Saytların dil mənzərəsi” mövzusunda keçirdiyi növbəti keçirilən “dəyirmi masa”da səsləndirilib.

Tədbiri giriş sözü ilə institutun direktor müavini fil.ü.f.d., dosent Baba Məhərrəmli açıb. O, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi sahəsində görülən işlər haqqında məlumat verib.
B.Məhərrəmli bu proqramın Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar açdığını vurğulayaraq, mövcud vəziyyəti öyrənmək üçün institut əməkdaşlarının bir neçə istiqamətdə monitorinqlər apardığını bildirib.

Nəsimi adına Dilçilik İnstitutunda “Saytların dil mənzərəsi” mövzusunda tədbir keçirilib Tədbirdə çıxış edən institutun Monitorinq şöbəsinin müdiri fil.ü.f.d., dosent Sevinc Əliyeva
dilin tətbiqi ilə bağlı müxtəlif istiqamətlərdə mütəmadi - davamlı olaraq monitorinqlərin aparıldığını, mərhələli şəkildə regionlarda dil situasiyasının öyrənilməsi ilə bağlı işlər görüldüyünü bildirib.
S.Əliyeva qeyd edib ki, hazırda Bakı şəhərinin
Səbail, Nəsimi və Nərimanov rayonları ərazisində küçə adları, afişalar, reklam lövhələrinin dil xüsusiyyətləri və teleradio verilişlərinin dili üzərində müşahidələr aparılır.

Nəsimi adına Dilçilik İnstitutunda “Saytların dil mənzərəsi” mövzusunda tədbir keçirilib Nəsimi adına Dilçilik İnstitutunda “Saytların dil mənzərəsi” mövzusunda tədbir keçirilib Sonra institutun aparıcı elmi işçisi, dosent
Şahlar Məmmədov
müşahidə olunan dil qüsurları ilə bağlı “Qaynar xətt”ə daxil olan müraciətlər barədə məlumat verib.
Qeyd edib ki, bu gün əksər saytlarda dil normaları pozulur, əlifbamızda olmayan hərflər yazı prosesində müşahidə edilir.
“Sevindirici haldır ki, ildən-ilə saytlarda dil qüsurları aradan qaldırılır.
İndi ciddi saytlarda orfoqrafik səhvlərə yol verilmir.
Üslub səhvləri isə üstünlük təşkil edir. Mürəkkəb cümlə tiplərində səhvlərə daha çox yol verilir.
Bir çox saytlarda “və” bağlayıcısı cümlənin əvvəlində işlədilir.
Əsasən mürəkkəb cümlələrdə qrammatik normalara əməl olunmur”, - deyə Ş.Məmmədov bildirib.
Vurğulanıb ki, əsas etibarilə AZƏRTAC və APA informasiya agentliklərində ədəbi dil qaydalarına riayət olunur.

Tədbirdə Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi - filologiya elmləri üzrə fəlsəfə doktoru,
dosent Aynel Məşədiyeva, tanınmış dilçi alimlərdən - "Tətbiqi dilçiliki" şöbəsinin müdiri,
filologiya elmləri doktoru, professor İsmayıl Məmmədov, "Müasir Azərbaycan dili"
şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Kazımov və başqalıarı,
eləcə də sayt rəhbərləri, o cümlədən Axar.az-ın Baş redaktoru Anar Niftəliyev,
turan.info.az-ın Baş redaktoru Müşfiq Borçalı və başqaları ölkə saytlarının dili ilə bağlı
aparılmış monitorinqin nəticələrini müzakirə ediblər.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”
nda ana dilimizin dövlət dili kimi inkişafı,
ədəbi dil normalarına əməl olunması üçün ciddi vəzifələr müəyyənləşdirilib.
Dil nöqsanlarının aradan qaldırılması istiqamətində müxtəlif məsələlərlə yanaşı, KİV-də və
elektron mediada dil normalarının pozulmasının qarşısının alınması, ədəbi dilin düzgün tətbiqi,
əhali arasında nitq mədəniyyətinin yüksəldilməsi bu vəzifələr sırasına daxildir.

Sonda alimlər KİV nümayəndələrinin suallarını cavablandırıblar.

turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Saytların dili ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb

Saytların dili ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb

Humanitar elmlər
“Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda konfra ...

“Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda konfra ...

Humanitar elmlər, Mədəniyyət
“Regionlarda dil situasiyası: İsmayıllı”

“Regionlarda dil situasiyası: İsmayıllı”

Regionlar, Humanitar elmlər
Dilçilik İnstitutunun elmi hesabatı dinlənilib

Dilçilik İnstitutunun elmi hesabatı dinlənilib

Humanitar elmlər
Dilçilik İnstitutu illik hesabat verib

Dilçilik İnstitutu illik hesabat verib

Humanitar elmlər
Orta məktəb dərsliklərinin dili ilə bağlı müzakirələr aparılıb

Orta məktəb dərsliklərinin dili ilə bağlı müzakirələr aparılıb

Əsas xəbər, Humanitar elmlər, "Zirvə"
“Naxçıvan dialekt və şivələrinin lüğəti” kitabı işıq üzü görüb

“Naxçıvan dialekt və şivələrinin lüğəti” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Naxçıvan
AMEA-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

AMEA-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

Humanitar elmlər
BEYNƏLXALQ ANA DİLİ GÜNÜ

BEYNƏLXALQ ANA DİLİ GÜNÜ

Humanitar elmlər
Qulu Məhərrəmli Dilçilik İnstitutu ilə xudahafizləşdi

Qulu Məhərrəmli Dilçilik İnstitutu ilə xudahafizləşdi

Elm, Humanitar elmlər
SDU-da “Müasir dilçiliyin aktual problemləri” mövzusunda beynəlxalq elmi ko ...

SDU-da “Müasir dilçiliyin aktual problemləri” mövzusunda beynəlxalq elmi ko ...

Sumqayıt
İlkin Əsgər:

İlkin Əsgər: "Dövlət Proqramının linqvistik əhəmiyyəti"

Elmi Məqalələr, ADPU
AzTU-nun təşkililatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş onlay ...

AzTU-nun təşkililatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş onlay ...

AzTU
Dilçilik İnstitutunda Türk Dil Qurumunun sabiq sədri, professor Şükrü Haluk ...

Dilçilik İnstitutunda Türk Dil Qurumunun sabiq sədri, professor Şükrü Haluk ...

Humanitar elmlər, Turan
Dilçilik İnstitutunun bir qrup əməkdaşı dünyanın 5 qitəsində danışılan dil  ...

Dilçilik İnstitutunun bir qrup əməkdaşı dünyanın 5 qitəsində danışılan dil ...

Humanitar elmlər, Turan
Azərbaycan dilinin dövlət dili elan olunmasından 100 il ötür

Azərbaycan dilinin dövlət dili elan olunmasından 100 il ötür

Digər bölmələr, Tarix
Kamilə Abdulla qızı Vəliyevanın 80 illik yubileyi qeyd olunub

Kamilə Abdulla qızı Vəliyevanın 80 illik yubileyi qeyd olunub

Humanitar elmlər
AMEA Rəyasət Heyətinin geniş iclasında akademik Tofiq Hacıyevin çıxışı

AMEA Rəyasət Heyətinin geniş iclasında akademik Tofiq Hacıyevin çıxışı

"Zirvə"
“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi kon ...

“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi kon ...

Humanitar elmlər
AMEA-da professor Qəzənfər Kazımovun 80 illik yubileyi qeyd olunub

AMEA-da professor Qəzənfər Kazımovun 80 illik yubileyi qeyd olunub

Humanitar elmlər
Rəy yazın: