Azərbaycanlı alimlər İranda Saib Təbrizi yaradıcılığına həsr olunan beynəlxalq konfransda iştirak ediblər

Azərbaycanlı alimlər İranda Saib Təbrizi yaradıcılığına həsr olunan beynəlxalq konfransda iştirak ediblər 2017-ci il Yanvarın 14-də İran İslam Respublikası
Təbriz Universitetinin təşkilatçılığı ilə XVII əsrdə yaşamış
görkəmli Azərbaycan şairi Saib Təbrizinin yaradıcılığına
həsr olunan beynəlxalq elmi konfrans keçirilib.


İran İslam Respublikası ilə yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstan alimlərinin də iştirak etdiyi beynəlxalq tədbirdə
ölkəmizi AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin
rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

turan.info.az xəbər verir ki, konfransı giriş nitqi ilə Təbriz Universitetin Mərkəzi Asiya və Qafqaz şöbəsinin müdiri Əhməd Fərşbafiyan açaraq iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən danışıb.

Sonra çıxış edən Təbriz Universitetinin rektoru, professor Məhəmmədrza Purməhəmmədi Saib Təbrizinin yaradıcılığından söhbət açıb, ədibin Azərbaycan türkcəsi və fars dilində yazıb-yaradan klassik Azərbaycan ədəbiyyatının ən tanınmış nümayəndələrindən biri olduğunu söyləyib.

Daha sonra akademik İsa Həbibbəylinin “Klassik şeirdə yeniləşmə meyilləri və Saib Təbrizi” mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə, həmçinin Təbriz Universitetinin Ədəbiyyat fakültəsinin dekanı, professor Məhəmməd Mehdipurun “Saib və onun əxlaqi görüşlərinə baxış”, Türkiyə İstanbul Universitetinin professoru Məhəmməd Atalayın “Türkiyədə alimlərin Saib Təbriziyə münasibəti”, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin “Saib Təbrizi yaradıcılığında poetik ənənə və müasirləşmə”, gürcü alimi, professor Helen Ginaşvilinin “Gürcüstan şərqşünaslığında Azərbaycan və Saib Təbrizi”, Əlyazmalar İnstitutunun direktor müavini, filiologiya elmləri doktoru Paşa Kərimovun “Hind üslubunun böyük ustadı Saib Təbrizi”, Təbriz Universitetindən İbrahim İqbalinin “Saib şeirinə hind mədəniyyətinin təsiri”, Məhəmməd Xakpurun “Saib şeirlərində mövzu birliyi və motivləri” mövzusunda məruzələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Daha sonra Saib Təbrizinin Azərbaycan dilində qələmə aldığı qəzəllərlə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirdən sonra Azərbaycan nümayəndə heyətinin üzvləri Təbriz Universitetinin rektoru Məhəmmədrza Purməhəmmədi ilə görüşüb, təcrübə mübadiləsi barədə müzakirə aparıblar.

Bir sıra Azərbaycan şairlərinin, o cümlədən Məhəmmədhüseyn Şəhriyarın dəfn olunduğu Şairlər məqbərəsi ziyarət edilib.

turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Şəhriyarın 110 illiyi elmi konfransla qeyd edildi

Şəhriyarın 110 illiyi elmi konfransla qeyd edildi

Elm, "Zirvə", Cənubi Azərbaycan
AMEA-nın vitse prezidenti Türkiyədə Birinci Türkoloji Qurultayın 90 illiyin ...

AMEA-nın vitse prezidenti Türkiyədə Birinci Türkoloji Qurultayın 90 illiyin ...

"Zirvə", Turan
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
Məhəmmədhüseyn Şəhriyarın fars dilində yazdığı əsərləri Azərbaycan dilində

Məhəmmədhüseyn Şəhriyarın fars dilində yazdığı əsərləri Azərbaycan dilində

Yeni nəşrlər, Humanitar elmlər, Cənubi Azərbaycan
AMEA-da Məhəmmədhüseyn Şəhriyarın anım günü ilə bağlı tədbir keçirilib

AMEA-da Məhəmmədhüseyn Şəhriyarın anım günü ilə bağlı tədbir keçirilib

"Zirvə"
AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

"Zirvə"
AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub

AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub

"Zirvə", Mədəd Çobanov
“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

"Zirvə"
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı keçirilib

“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı keçirilib

Humanitar elmlər, Dünya
“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Kon ...

“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Kon ...

Elm, "Zirvə"
AMEA-nın vitse-prezidenti Tbilisidə akademik Elizbar Cavelidzenin 80 illik  ...

AMEA-nın vitse-prezidenti Tbilisidə akademik Elizbar Cavelidzenin 80 illik ...

"Zirvə", Ədəbi əlaqələr, Tiflis
AMEA-nın Şərqşünaslıq İnstitutu ilə İranın Qafqaz Araşdırmaları Mərkəzi ara ...

AMEA-nın Şərqşünaslıq İnstitutu ilə İranın Qafqaz Araşdırmaları Mərkəzi ara ...

İctimai elmlər
Azərbaycanlı alimlər II Beynəlxalq Türk Dünyası Mühəndislik və Fənn Elmləri ...

Azərbaycanlı alimlər II Beynəlxalq Türk Dünyası Mühəndislik və Fənn Elmləri ...

AzTU, Turan
Azərbaycan alimləri Tbilisidə Şota Rustavelinin 850 illiyinə həsr olunmuş k ...

Azərbaycan alimləri Tbilisidə Şota Rustavelinin 850 illiyinə həsr olunmuş k ...

"Zirvə", Tv, Ədəbi əlaqələr, Tiflis
M.P.VAQİFİN ANADAN OLMASININ 300 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-NƏZƏRİ KONFRANS ...

M.P.VAQİFİN ANADAN OLMASININ 300 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-NƏZƏRİ KONFRANS ...

Humanitar elmlər
AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

Humanitar elmlər, "Zirvə"
AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

Humanitar elmlər, "Zirvə"
Akademik Ramiz Məmmədov İranda beynəlxalq konfransda iştirak edir

Akademik Ramiz Məmmədov İranda beynəlxalq konfransda iştirak edir

Digər bölmələr, Qarayazı
“Yaşayan Nizami Gəncəvi” konfransı keçirilib

“Yaşayan Nizami Gəncəvi” konfransı keçirilib

Gəncə, Humanitar elmlər
Rəy yazın: