Taksonomiya-yunan sözüdür (“Taxus’’-qayda ilə yerləşmə + Namos”- qanun deməkdir). Təlim məqsədlərinin şəbəkəli və ya sistemli təsnifatına taksonomiya deyilir. Şəbəkələr düzülüşünə malik olan mürəkkəb fəaliyyət sahələrinin sistemli nəzəriyyəsinə taksonomiya deyilir.
Təlim məqsədlərinin taksonomiyası tədris prosesinin elmi-metodik səviyyədə planlaşdırmaq və onun nəticəsini ölçmək imkanını verir.
Amerika psixoloqu B.Blumun taksonomiyası 4 prinsip əsasında yaradılmışdır:
Praktik istiqamət prinsipi - taksonomiya məqsədəuyğunluq nəzəriyyəsini əks etdirməli, müəllim-praktik üçün effektiv vasitə olmalıdır.
Psixoloji prinsip: taksonomiya psixologiya elminin müasir nəaliyуətlərinə əsaslanmalıdır.
Məntiqlilik prinsipi: taksonomiya məntiqi baxımdan tamamlanmış və mükəmməl daxili bitkinliyə malik olmalıdır.
Obyektivlik prinsipi: məqsədlərin təsnifatı onların dəyərlərinin təsnifatı demək deyil.
Bu prinsiplər nəzərə alınmaqla koqnitiv sahədə təlim məqsədlərinin bilik, analama, tədbiq, analiz, sintez, qiymətləndirmə kimi 6 səviyyəsi müəyyənləşdirilmişdir.
Analiz+sintez=təfəkkür-B.Blum taksonomiyasının əsas taksonomik düsturu belədir. Təfəkkür prosesi- hər şeydən əvvəl analiz, sintez və ümumiləşdirmə prosesidir. Düşünmək, fikirləşmək-fundamental psixoloji fenomendir. Fikirləşmək bacarığı B.Blumun taksonomiyasında spesifik təlim məqsədidir. B.Blum şagirdlərin qeyri-adi “fikirləşmə”fenomeninin mənimsənilməsinin inkişaf konsepsiyasının prioritet sahəsi hesab edirdi. “Fikirləşmə” fenomenini həmişə görkəmli mütəfəkkirlər köklü psixoloji ölçülərlə dəyərləndirmişlər. T.Edisson deyirdi: sivilizasiyanın başlıca məqsədi insana fikirləşməyi öyrətməkdir. L.N.Tolsdoy vaxtı ilə bu məsələni açıqlamışdır: Biliyi yaddaşa görə deyil, Mühakiməyə görə qiymətləndirmək lazəmdır. Onun fikrincə bilik ancaq o zaman bilik olur ki, hafizə ilə deyil, fikrin öz səyi ilə mənimsənilir.
Dövrün pedoqoji təfəkkürünün meyarlarını əks etddirən təlim məqsədləri tədqiqad obyekti kimi Ə.Əlizadə yaradıcılığında önəmli yerlərdən birini tutur. Təlim anlamının 3 köklü meyarının- təhsil, inkişaf və tərbiyyə meyarlarının yeni pedoqoji təfəkkürün uğurları kimi qiymətləndirən Ə.Əlizadə 1996-cı ildən Azərbaycanda ilk dəfə təlim məqsədlərini sistemli şəkildə xarakterizə etmək üçün “ taksonomiya”anlamından istifadə edib.
Ə. Əlizadə ilk dəfə üç tərkibli taksonomiya yaratmışdır. Əsas taksonomik kateqoriyalar ı-ci bölmədə- təhsil, 2-ci bölmədə inkişaf etdirici, 3~cü bölmədə tərbiyə edici təlim məqsədlərinə görə təsnif olunmuşdur. 1 ci bölmə 2 blokdan ibarətdir 1. bilik, 2. bacarıq və vərdişlər sistemi.
Müəllif ı-ci blokun mahiyyətini belə açıqlayır: şagirdlərdə nəzəri təfəkkürü formalaşdırmaq üçün tədris materialı müxtəlif istiqamətlərdə araşdırılmalıdır. ı-ci bölmənin 2-ci bloku bacarıq və vərdişlərin sistemli öyrədilməsini nəzərdə tutur. 2 ci bölmə isə dərsin inkişaf etdirici məqsədlərini əks etdirir. İntellektin strukturu və inkişafı problemi sayəsində aparılmış tədqiqatların nəticələrinə əsasən 2 ci bölmədə təfəkkür, təxəyyül və hafizənin inkişafına xüsusi diqqət yetirilmişdir. Ə. Əlizadə taksonomiyasında təhlil və tərkib idrak fəaliyyətinin “ ümumu məxrəci kimi dəyərləndirilir, onların əsasında bütün fikri proseslərin eləcədə tədris əməliyyatlarının və intellektual bacarıqlarının formalaşması nəzərdə tutulur. 3-cü bölmədə şəxsiyyətin formalaşması ilə bağlı bütün ölçüləri özündə birləşdirən təlimin tərbiyəedici məqsədləri təsnif edilir.
Təhsil taksonu.
faktorları bilmək;
ümumi məfhumları, funksiyaları, səbəb- nəticə əlaqələrini bilmək;
hadisələri izah və şərh etmək;
ç) Bacarıq və vərdişlər sistemini bilmək
Aktivliyin ı-ci dərəcəli instrumental əsası bilikdir. Bəzi psixoloji konsepsiyalarda insanın dünyaya instrumental münasibəti sosializasiya prosesləri kimi mənalandırılır.
Pedoqoji psixologiyada biliyin özünəməxsus təfsiri var. Petrovskinin qeyd etdiyi kimi bilik dünya haqqında məlumat deyil onun funksional aspektləri var. Bilik vasitəsilə insanlar sosial münasibətlər sisteminə qoşulur. Öyrənmə taksonomiyasında biliklər müxtəlif konteksdə açıqlanır. Biliklər aktivliyin instrumental əsasıl kimi vərdişlər və bacarıqlarla şərtlənir. Bu prosesdə fəaliyyət avtomatlaşmır, ancaq onun müəyyən elementləri avtomatlaşır.
Bu kökdə bacarıqlar əmələ gəlir. Bacarıqlar kökündə davranış və fəaliyyət modelləri mənimsənilir. Öyrənmə prosesinin əsaslı vasitələrindən biri xatırlama ilə bağlıdır. Xatırlama mahiyyətcə H afizə fenomenidir. Biliklərin tədbiqi prosesində yaradıcı təfəkkürün və yaradıcı təxəyyülün rolu böyükdür. Ancaq bu prosesdə aktivliyin vərdişlər və bacarıqlar kimi instrumental əsasları mühüm rol oynayır.
Qiymətləndirmədə ideyalar, məlumatlar, haqqında mühakimə yürütmək, mühüm qərarlar çıxartmaq, münasibət bildirmək sinif məkanında qiymətləndirmə mühüm yer tutur.
2-ci inkişaf taksonları:
1. analiz
sintez
müqayisə
ümumiləşdirmə
mücərrədləşdirmə
aghn keyfiyyətləri
koqnitiv və kreativ proseslər
inkişaf taksonları çox cəhətlidir. Analiz-sintez prosesləri təfəkkürün başlıca otributudur. Lakin bu prosesə sistemli yanaşmaq şagirdlərdə müqayisə, ümumiləşdirmə və mücərrədləşdirmə əməliyyatlarının formalaşmasına xüsusi diqqət yetirilməlidir, intellektin sturukturunda əqli keyfiyyətlərin rolu önəmlidir. Şagirdlərdə əqli keyfiyyətlərin formalaşması onların intellektual inkişafının mühüm istiqamətlərindən biri olmalıdır. Ağılın dərinliyi, genişliyi, sürəti, müstəqillyi v.s son dərərcə dəyərli keyfiyyətlərdir. Onlar bir-biri ilə əlaqədardır.
inkişaf taksonlar sistemində təfəkkürün, təxəyyül, hafizə və nitqin inkişafı problemlərdə aid edilib. Taksonda təfəkkür və əqli keyfiyyətlər psixoloji aspektd ayird edilir və şərtləndirilir.
ci inkişaf taksonu;
nəzəri təfəkkür;
intellektual hisslər;
təxəyyül
ç) intellektual bacarıqlar
nitq materiallarını öz sözləri ilə nəql etmək;
tənqidi təfəkkür
Tərbiyə taksonu:
a)tarixi yaddaş;
b) mənlik şüuru;
c) özünü dərk etmə;
ç) özünü qiymətləndirmə;
emosional qiymət;
milli mənəvi keyfiyyətlər;
Ə.Əlizadənin 3 tərkibli taksanomiyasının yeni variantı: Öyrənmə-İnkişaf-mədəniyyət.
ı-ci öyrənmə taksonlan
bilik
vərdiş
bacarıq
anlama
tədbiq
qiymətləndirmə.
Blumun taksonomiyası ən universal bir model kimi tədbiq olunmaqdadır. Bu taksonomiyalar sadədən mürəkkəbə doğru düşünmə bacarıqlarının 6 səviyyədə təşkilini təmin edir.
Fərqanə MƏHYƏDDİNQIZI,
turan.info.az
.