Qiyabi tanıdığım Facebook dostlarımdan biri ilə televiziyaların birində - dil haqqında çəkiəcək verilişlərin birində foyedə rastlaşdım. Etika xatirinə uzaqdan başımızla salamlaşdıq. Necə deyərlər, aramızda məsafə saxladıq. Mən fikirləşdim ki, professor adamdır, onunla mənim nə işim var. O isə yaxından tanıdığı adamlarla səmimi görüşədən sonra mənə də yaxınlaşdı. Əl-ələ görüşdü. Dediyi ilk sözlər bu oldu:
"Şərhlərinizi oxuyuram. Yaxşıdır".
Doğrusu, bir az pərt oldum:
"Məqalələrimi oxumur, şərhlərimi oxuyur ".
Bir az söhbət edəndən sonra hiss etdim ki, professor nə danışığını bilir.Bəzən şərhlərdəki fikir,yazıdakı fikrə qüvvət verir, onu aydınlaşdırır.
Yadıma A.S.Puşkin haqqında rus tənqidçilərinin birinin fikri düşdü.Adını unutduğum tənqidçinin fikrinə görə, görkəmli rus tənqidçisi Belinskinin yazılarını oxuyanlar A.S.Puşkini daha yaxşı başa düşürlərmiş.
...Bir dəfə dostlarımdan birinin M.Ə.Rəsulzadə haqqında bir yazısını oxudum. Yaxşı yazı idi.Lakin o, M.Ə.Rəsulzadı ilə XX əsrin məşhur türk şairi YURDAQULun şeirlərini dəyişik salmışdı.Mən bilirdim ki, o, bütün məqalələrini tez bir zamanda kitab şəklində öz oxucularına çatdıra bilir.İstəmədim ki, yazıdakı səhv kitaba da düşsün. Odur ki, kişik bir şərh yazdım.Müəllifi başa saldım ki, diqqətli olsun. O da,deyəsən, başa düşdü. Yazının davamında səhvini düzəltdi, lakin mənə zəng eləmək yadına düşmədi. Hər halda səhv düzəldi.
Yaxşı bir münasibətlə yaazılan daha bir şərh.
Dostlarımızdan biri sovetlər dağılandan sonra uzun müddət könlü istəmədiyi sahələrdə işləməli oldu.Amma o, yaradıcı işlə məşğul olmaq istəyirdi.Təklif olunan işlərə uyğun SV-si yox idi. Əlacını, nəhayət k, tapdı, doktorluq dissertasiyası yazmaq fikrinə düşdü. Bacarığı var idi. Yazdı da.
Məqalələrindəki bir neşə sənvi mən düzəltmişdim. O səhvər dissertasiyaya düşsə idi, yəqin ki,heç vaxt doktor ola biməzdi.Bilmirəm, təzə doktor bunları dərk etdi, yoxsa yox. Hər halda indi o, elmlər doktorudur. Yəqin ki, akademik də olacaq.Çünki deyilən sözü fəhm edir və nəticə də çıxarır.
***
Ədəbiyyat nəzəriyyəsində indi şərhi janr kimi qabartmırlar. Amma çox nahaq yerə.
Görkəmli ədəbiyyatşünas alimlərin yazdıqları ədəbiyyat dərsliklərində şərhin janr kimi izahına fərqli münasibətlər vardır.
Mən bir vaxtlar şərh kimi yazdığım bu sözləri başa düşənləri alqışlayıram.
*****************
Nazim Nəsrəddinov
19.12.2013, 13:06
***Şərhimizin şərhi"**
və yaxud unudulmaz Ünsizadələr
Bəzən elə olur ki,kiminsə səhv şərhini izah edirsən ki, səhvlər tarixə çevrilməsin.Tarixə düşən sərhi düzəltmək çox çətindir.
Sərh - Azərbaycan klassik ədəbiyyatında-filoloji araşdırmalarda aparıcı yer tutan janrlardan biridir.
Bu fikri izah edərkən xeyli əziyyət çəkdim. Nəhayət ki,məni başa düşənlər tapıldı.Yəqin ki, onlara bu məzmunda olan bir şərhim kömək etmişdir.
Görkəmli ədəbiyyatşünas alimlərin yazdıqları dərsliklərdə şərhlərin janr səviyyəsində öyrənilməsinə cəhd göstərilsə də, sonralar bu məsələ, demək olar ki, tamamilə unudulmuşdur.
Əlyar Səfərli və Xəlil Yusiflinin IX sinif üçün yazdıqları ədəbiyyat dərsliyinin VII nəşrində oxuyuruq:
"Bağdadda işlədiyi vaxtlarda o, (Xətib Təbrizi - N.N.) özünün "Əbu Təmmam "Divanı"nın şərhi", "Həmasə"nin şərhi", "Əl-Müfəddəliyyatın şərhi", "Səqt-əzzənd"in şərhi... və sair əsərlərini yazmışdır". (Bax: Əlyar Səfərli, Xəlil Yusifli. Ədəbiyyat. IX sinif, VII nəşr, Bakı, "Təhsil" nəşriyyatı, 2003, səh.75).
Bu gün jurnalistikada şərhlərdən , demək olar ki, çox səmərəli istifadə olunur.
Bu cəhətdən ölkəmizin bir sıra saytları,eləcə də köşə yazarı olduğum Türkiyənin "Halduncezayirlioğlu" Koleksiyonunun şərhləri diqqəti cəlb edir.
Təəssüf ki, bir sıra universitetlərin jurnalistika fakültəsi diplomantlarına ŞƏRH mövzusunda diplom işi yazmaq, məncə, hələ heç kəsə təklif olunmayıb.
Bu, şox vacibdir. 1990-cı ilin əvvəllərində öz təsdiqini rəsmi şəkildə tapmayan Azərbaycan Beynəlxalq Tətbiqi Elmlər Universitetində (Həsən müəllimin universitet ı- N.N.) işləyərkən mən bu məsələni rəhbərliklə məsləhətləşmişdim.
(O vaxtlar indi MƏTBUAT ŞURASININ sədri olan Əflatun Amaşov da burada işləyirdi - N,N.).
Universitet bağlandı, bu mövzu da ancaq xatirələrdə qaldı. Məncə, Mətbuat Şurasının təklifi ilə bu mövzuya qayıtmaq gərəkli görünür.
Sözümün canı var: biz mətbuat tariximizi, etiraf edək ki, yaxşı bilmirik. Belə ki, tədqiqatçılarımızım çoxu ərəb qrafikalı yazıları oxumağı bacarmır. Mətbuat tariximizdə elə məqamlar var ki, onları bugünkü jurnalistikamıza gətirməliyik.
Bu cəhətdən "Ziya" qəzetinin də, bir sıra aydın niyyətli saytların da təcrübəsi diqqətlə öyrənilməlidir.
Mən köşə yazarı olduğum bir neçə saytın ən təəssübkeş şərhçilərindənəm.Heç bir sayt rəhbəri ilə üz-üzə gəlməmişəm. Bəlkə onları görsəm də tanımaram. Hərdən öz-özümə deyirəm ki, köşə yazılarıma qayğı göstərirlər, sağ olsunlar. Şərhlərimə də səhifələrində yer tapırlar. Hələ ki, məccani işləyirəm.
Amma arada-bərədə yazarların yazılarına da qiymət verilməlidir ki, umu-küsü olmasın.
Mənim bəzi şərhlərim bəzən şərh etdiyim yazıdan ətraflı olur.
Təəssüf ki, bu şərhləri oxuyanlar, deyəsən, azdır... İndi əksər oxucular bir neçə cümləlik yazılarıdaha çox oxuyurlar.Amma hər hlda bir sıra məsələlərdə mənim fikirlərimlə razılaşan professor və akademik FACEBOOK dostlarım da var.Doğrudur,onların bəzisi mənim səviyyəmə enmək istəmirlər.Onların bəzilərinin o qədər akademik əlçalam=nları var ki...
Mən də hər akademikin səviyyəsinə qalxmıram.Çünki məni başa düşənlər,ancaq qələm çalmaq istəməyən o qədər nüktədan dostlarım var ki...
Mətbuat tariximizə də, dərslik tariximizə də, məktəb tariximizə də yazdığım məqalə və şərhlərin az oxunması və ya diqqətdən kənarda qalması mənə çox təəccüblü görünür.
"Azərbaycan məktəbi" jurnalında məsul katib işləyəndə mən onlarla akademikin,professorun yazısını redaktə etmişəm. Hətta yeri düşəndə onlara bilmədikləri və ya unutduqları nəsnələri də izah etmişəm...
"Azərbaycan məktəbi" jurnalı - mənim təcrübə məktəbim, onun redaktoru hörmətli dosent, Azərbaycan Respublikasının əməkdar müəllimi Nəcəf Nəcəfov mənim mətbuat tarixi müəllimim olub. "Azərbaycan məktəbi" jurnalında, eləcə də Təhsil Nazirliyinin digər mətbu orqanlrında- "Kurikulum" və "Sənətkar" jurnallarında, "Təhsil probleməri" qəzetində pedaqoji mətbuata, mətbuat və məktəb tarixinə,ədəbi əlaqələrə, uşaq mətbuatına aid yazılarım, çox təəssüf ki, müvafiq elmi qurumların düqqət mərkəzindən kənarda qalıb.
Amma mən yazıram. Başa düşənlər üçün yazıram. Səhvləri düzəltmək üçün yazıram...
Mən bəzi şərhlərimi unutqanlar üçün yazıram.
Mən hər dəfə mətbuat tarixinə aid yazılarda "Ziya" qəzetinin adını axtarır,onun yaradıcısı olan görkəmli pedaqoq, naşir,pedaqoji mətbuat xadimi, bir neçə dərslik və pedaqoji risalələr müəllifi Hacı Səid Əfəndi Ünsizadəyə layiq olduğu qiyməti görmək istəyirəm..Təəssüf ki,Səid Ünsizadə mətbuat tariximizin maraqlı səhifələri haqqında danışılan yazılarda da tək-tək hallarda görünür.İlk pedaqoji mətbuatımız hesab etdiyimiz "Ziya" qəzetinin yeri də rəyasətdən kənarda qalıb.
Bir dəfə Mətbuat Şurasının "Milli mətbuatımız,istiqlal yolumuz" silsiləsindən filmlərin çəkilişi " layihəsi toplantısı haqqında informasiyanı həvəslə oxumağa başlayanda da təəssüfləndim.Burada da 12 qələm əhlinin cərgəsində "Ziya" qəzetinin və "Kəşkül" jurnalının və "Kəşkül" qəzetinin redaktor və naşirlərinin adını
görmədikdə ,əlbəttə, çox narahat oldum.
Onları gələcəkdə daha yaxşı işləməyə səsləmək üçün şərhimdə maraqlı bir xatırlama verdim.
Səid Ünsizadənin (1825, Şamaxı- 1905,İstanbul) adı - ümummilli liderimiz Heydər Əliyevin 18 iyun 2001-ci il tarixdə imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərmanda Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Aleksey Osipoviç Çernyayevski, Mirzə Əbülhəsən bəy Vəzirov, Rəşid bəy Əfəndiyev, Səid Ünsizadə, Sultan Məcid Qənizadə, Məmmədtağı Sidqi, Nəriman Nərimanov, Üzeyir bəy Hacıbəyov, Abdulla Şaiq ilə bir cərgədə - 12 nəfərin cərgəsində -7-ci yerdə çəkilir.
Səid Ünsizadənin və onun kiçik qardaşı Cəlal Ünsizadənin mətbuatımzın və mətbuat dilimizin, dərslik tariximizin inkişafında həddindən artıq rolu vardır.
S.Ünsizadənin "Ziya" qəzeti və "Ziya" mətbəəsi İsmayıl bəy Qaspralının təcrübə məktəbi olmuşdur. İ.Qaspralının "Tərcüman"dan əvvəlki kiçik həcmlı jurnalları "Ziya" mətbəəsində çap olunmuşdur.
İ.Qaspralı Səid Ünsizadədən çox nəsnələri öyrənmişdir. İ.Qaspıralı "Tonğuc" jurnalında da,"Ziya" qəzetinə göndərdiyi məktublarda da bunu dönə-dönə etiraf etmişdir.
Nəticə. 2014-cü il yanvarın 22-də S.Ünsizadənin "Ziya" qəzetinin ilk nömrəsinin çapdan çıxmasının 135 yaşı ( beş il əvvəlin söhbətidir-N.N.) tamam olur. Gəlin Səid Ünsizadəyə ümummilli liderimiz Heyər Əliyevin verdiyi yüksək qiyməti yadımızdan çıxarmayaq.
Nə isə...
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Azərbaycan Respublikasının Sərəncamı ilə keçirilən
ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi.
Bakı, 19.12.2013-cü il. s.13:09.
P.S. Demək istəmədiyi sözlərin yerində "NƏ İSƏ"dən istifadə etmək Səid Ünsizadənin üslubudur.
Nazim Nəsrəddinov.
26.01.2014, 19:05
Bir həftənin etirafı
Mən bəzən əvvəlki şərhlərimdə buraxılan səhvlərimi etiraf etməyi bacarıram.
Şərhlərimn birində "Ziya" qəzetinin ilk nömrəsinin 25 yanvar 1879-cu ildə çıxdığını yazmışdım. Sonrakı tədqiqatlar, incələmələr və dəqiqləşdirmələr göstərdi ki, "Ziya" qəzetinin ilk nömrəsi 22 yanvar 1879-cu ilə aiddir.
"Ziya"nın aşkarda olan ilk nömrəsi 08.02.1879-cu ildə pəncşənbə günü çıxan 3-cü nömrədir.
Proqram xarakterli bu nömrənin baş məqaləsi "Oxumaq və yazmaq barəsində bir neçə söz" adlanır.
"Ziya"nın ikinci sənəsinin ( ilinin-N.N.) 1-ci nömrəsi 1879-cu il dekabrın 6-da çıxmışdır Bir sıra tədqiqatçılar məsələdən hali olmadıqları üçün bu nömrəni "Ziya" qəzetinin nəşrə başladığı ilin ilk nömrəsi hesab edirlər.
Bu, yanlışlıq sonrakı tədqiqatlarda mütləq və mütləq nəzərə alınmalıdır. Necə deyərlər, deyilən söz tarixdə yanlışlıq kimi də qala bilər.
"Ziya"nın 6 dekab1879-cu il tarixli nömrəsinin mündəricatı belədir:
* Məbaddi-mündəricat*(maddələr mündəricatı-N.N.) *Teleqrafnamələr *Məmləkət əhvalatı *Məskudan bir məktub ( bu məktub paytaxt qəzetlərinin birnin - "...BEDOMOSTİ" qəzetinin 296-cı nömrəsində dərc olunmuş iri həcmli bir xəbərin tərcüməsidir. Onu redaksiyaya "25 mah noyabr 1879-cu il" qeydləri ilə Moskvadan ƏLİSƏFA adlı bir oxucu göndərib. Bu yazı tərcümə sənətkarlığını öyrənmək baxımından maraqlı görünür. "Ziya" qəzeti tərcümə adı ilə bəzən Ezop maneralı yazılar yazmağın ustasıdır. Mən elmi yazılarımın birində bundan ətraflı söz açmışam -N.N.). * Paytaxt qəzetələrinin tazə xəbərləri * Elan
Nazim müəllim
26.01.2014 s.19:07.
Şərh yaz...(Bu,Facebook əmridir-N.N.)
P.S.Təəsüf ki o vaxtlar bu şərhə şərh yazan olmadı. Ya oxumadılar, ya da şərhi əməmiyyətli bir janr hesab etmədilər.
_____________________________________
Ad və Soyadınız E-mail ünvanınız Şərh mətni
_____________________________________
Du...DU...Du....Du....
_____________________________________
Şərh yoxdur. Deməli,münasibət də yoxdur..
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən
ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi, türkoloq.
06.01.2019.
turan.info.az
.