UCA SÖZƏ SADİQ AYAZ VƏFALI PUBLİSİSTİKASI

UCA SÖZƏ SADİQ AYAZ VƏFALI PUBLİSİSTİKASI Ömrünün 54 ilini mətbuata həsr eləmiş, publisist, şair, tərcüməçi, alim Ayaz Vəfalının yaradıcılığının böyük hissəsini publisistika təşkil edir. Onun əsərləri siyasi publisistikadan uzaqdır. Bu publisistika nə Sovet dövrünün hakim partiyasının plenumlarının müxtəlif kompaniyalarını alqışladı, nə də 1990-cı illərdə Azadlıq meydanında Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk kimi xalqı milli azadlıq hərəkatına səslədi. Ayaz Vəfalı Azərbaycan mətbuatında özünüməxsus, mərhəmanə, xarakteri kimi mülayim publisistika yaratdı. Onun özünəməxsus publisistikası alim təfəkküründən süzülüb gələn, redaktor məsuliyyəti ilə poetik istedadı, həmin istedadın məhək daşı olan zəhmətsevərliyi sayəsində inkişaf etdi. Ayaz Vəfalının publisistikasında dövrünün şairlərinin, yazıçılarının yaşantılarını, portretlərini görmək mümükündür.

Onun publisist mövqeyi Sovet dövrünün hər cür ideoloji saxtakarlığına yad olmuşdur. Bu bir tərəfdən onun obyektiv düşüncəsi, digər tərəfdən onun şəxsi taleyi ilə bağlı idi.
Ayaz Vəfalı heç bir yazısında atası Rza Cəfər oğlu Cəfərov haqqında məlumat verməmişdi. Yalnız Rəsul Rzaya həsr etdiyi “Eləyə bilmədiyim təşəkkür” (2010, 28 yanvar) məqaləsində atasının M.Ə.Rəsulzadənin səbəbkarlığı ilə qardaş Türkiyə torpağına əmanət verildiyi, atası ilə məktublaşması, Qasım Qasımzadənin səyi ilə Türkiyədəki Sovet səfirliyindən R.Rzanın danışıqlar apardıqdan sonra öz kitabını atasına göndərməsi haqqında məlumat vermişdi. Doğrudur, Ayaz Vəfalı atasına görə hələ Sovet rejimində müxtəlif hədə-qorxu və təzyiqlərlə də üzləşmişdi. Belə ki, 1976-cı ildə “Ədəbiyyat qəzeti”nin baş redaktorluq müavinliyindən çıxarılıb “Ulduz” jurnalına ədəbi işçi kimi göndəriləndə Abbas Zamanov bunun səbəbini Ayaz Vəfalıdan soruşanda verdiyi cavab onun bir övlad kimi atasına qarşı yüksək ləyaqətini, etibarını təsdiq edir: “Abbas müəllim, Babəkin də oğlu əsir alınıb, Stalinin də oğlu əsir alınıb. Stalin özü deyirdi ki, ata oğula cavabdeh deyil; ancaq mən oğul üzünü də təsəvvür edə bilmədiyim atama cavabdeh olmağa hazıram...”.
Ayaz Vəfalının atası Rza Cəfər oğlu Cəfərov 1942-ci ildı Krım müharibəsində almanlara əsir düşmüş, legionerlərə qoşulmuşdur. M.Ə. Rəsulzadənin başçılığı ilə yaradılmış legionerlər faşizmin bolşevizmə qarşı sərt mübarizəsindən bəhrələnib qələbəni almanların əlində görür, nə zamansa müstəqil Azərbaycana qovuşmaq ümidi ilə yaşayırdılar. Əsirlərin legionerlərə qoşulmasına səbəbi bir tərəfdən azadlıq ümidi idisə, digər tərəfdən geri qayıdan zaman onları gözləyən naməlum dəhşətli təhlükə idi. Belə ki, Azərbaycan legionerləri haqqında tədqiqatların müəllifi N.Yaqublunun verdiyi məlumata görə Sovet Ordusunun daxili xidmət Nizamnaməsinə görə sovet əsgəri əgər əsir düşsə idi, o, vətən xaini hesab olunurdu, bu səbəbdən onu sürgün və ölüm gözləyirdi. Hətta Stalinin 270 saylı əmrində yazılmışdı: “Əgər Qızıl Ordu hissəsi müqavimət təşkil etmək əvəzinə, əsir düşürsə, onu bütün yer və havadakı vasitələrlə məhv etmək lazımdır. Əsir düşmüş Qızıl Ordu əsgərlərinin ailəsi isə dövlət yardımlarından və köməyindən məhrum edilməlidir”.
1940-cı illərdə M.Ə.Rəsulzadənin başçılığı ilə azərbaycanlılarının haqlarını qorumaq üçün “Milli Azərbaycan Komitəsi”nin yaratmışdır. Azərbaycan legionerlərinə başçılıq edən mayor Ə. Fətəlibəyli Düdənginskinin və komitənin səyləri nəticəsində II Dünya müharibəsindən sonra azərbaycanlılara Türkiyədə sığınacaq verildi. Bu zaman M.Ə.Rəsulzadə “Türkiyə-Azərbaycan” cəmiyyəti də yaratmış və 1947-ci ildə bu təşkilat azərbaycanlıların Türkiyəyə getməsini təmin etmişdi. Həmin azərbaycanlıların tərkibi Rza Cəfərov Adapazarında məskunlaşmışdı və ömrünün sonuna kimi orda yaşamışdır.
Ayaz Vəfalının publisistika yaradıcılığı janr tipologiyası baxımından zəngindir. Xatirə oçerki, portret oçerk, məktub, xatirə-məqalə, resenziya və s. onun publisistikasının əhatə arsenalına daxildir.
Ayaz Vəfalının istər Sovet dövrü, istərsə də Müstəqillik dövründə yazılmış publisistik əsərlərində ulu öndər Heydər Əliyev müsbət planda əks olunmuşdur. Onun “Heydər Əliyev və “Ədəbiyyat qəzeti” məqaləsi (2004, 9 yanvar; 16 yanvar) ulu öndərin fenomen şəxsiyyətinə qarşı şəxsi heyranlığını, sayğısını bildirmiş, onun “Ədəbiyyat qəzeti”nə göstərdiyi qayğını diqqətə çatdırmışdı. Məqalə ən çox diqqəti çəkən məqam H.Əliyevin 1988-ci ildə SSR Nazirlər Sovetinin sədrinin birinci müavini, Sov.İKP MK Siyasi Bürosunun üzvülüyündən kənarlaşdırılanda, hakim siyasi burulğanın təsirinə düşən bəzi səbatsız ziyalıların ulu öndərin əleyhinə yazdığı məqalələrin “Ədəbiyyat qəzeti”ndə çapına Ayaz Vəfalı icazə verməmişdir. Onun elmi yaradıcılığının baş qəhrəmanı olan Füzuli ilə Azərbaycanın böyük siyasi lideri H.Əliyevlə müqayisə etməsi “biri ən parlaq fikrin, digəri ən dolğun siyasi fikrin doğma dildə ifadəsində sözün son imkanından istifadə etmək mənasında misilsizdir” kimi qiymətləndirməsi alqışa layiqdir. Ayaz Vəfalının “Biri üç eyləyən Muğan..” (2008, 12 sentyabr) məqaləsində ulu öndər Heydər Əliyevin Cəlilabada səfər etməsi, abadlıq işləri ilə tanışlığından bəhs etmişdir.
Ayaz Vəfalının elmi publisistikasında ən çox rast gəlinən Füzuli və folklor mövzusudur. O, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda “Füzuli və folklor” mövzusunda filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası (1972) müdafiə etmişdir. Ayaz Vəfalının “Çox qısa, lakin heç unuda bilmədiyim söhbət” (2004, 9 iyul) məqaləsində qeyd etdiyi kimi Azərbaycan folkloruna qarşı diqqət və maraq uşaqlıqdan anasının göstərdiyi təsir idisə, Füzuliyə qarşı sevgi müəllimi Xalq şairi Bakı Dövlət Universitetində B.Vahabzadənin ədəbiyyat dərnəyindəki Füzuli şeirinə qarşı oyatdığı məhəbbət idi.
O, ümumilli lider Heydər Əliyevin ölkənin iqtisadi çətinliyinə baxmayaraq Azərbaycanın böyük şair və mütəfəkkiri Məhəmməd Füzulinin 500 illik yubile-yinin layiq olduğu səviyyədə keçirilməsi, bununla əlaqədar İraqda “Füzuli festivalı günlərini”nin qeyd olunmasını “İntiqam almaq gərək...” (2010, 2 sentyabr) məqaləsində təqdir etmişdir. Füzuli poeziyasının qüdrətli gücü onu böyük şəxsiyyətlər, digər ədiblərin yaradıcılığı ilə müqayisəyə sövq etmişdi. Vaqif və Füzuli “Vaqifin vəsiyyəti”, Füzuli və Şəhriyar “Mən həyat aldım ona”, Füzuli və folklor “Sərvətimiz”, Füzuli və Sarı Aşıq “Telli sazı dinlərkən” elmi məqalələrinin əsas mövzusudur.
Publisistin İraq mövzusuna qarşı marağın qaynağı Füzulidən başlayırdı. İraq mövzusunda yazdığı əsərlərdə adı tez-tez çəkilən Əta Tərzibaşı və Əbüllətif Bəndəroğludur. Ayaz Vəfalı Anar, Y.Qarayev, Q.Paşayev, S.Rüstəmxanlı ilə birgə İraq türkmanlarının folklor nümunələrini toplayan, tədqiq edən Əta Tərzibaşıya Yazıçılar Birliyinin üzvülük vəsiqəsini təqdim etmək üçün İraqa səfər edirlər və onunla bağlı təəsüratlarını “Əta bəyin hüsuzurunda” (1996, 8 noyabr) məqaləsində qələmə almışdır. Əta Tərzibaşının Füzuli ilə bağlı araşdırmaları “Nəsildən-nəslə əmanət” (1995, 28 aprel) elmi-publisistik məqaləsində öz əksini tapmışdır. Bundan əlavə İraq-Azərbaycan ədəbi-mədəni mühiti arasındakı əlaqələr, “Ədəbiyyat qəzeti” və “Yurd” qəzetinin bu əlaqələri işıqlandırması, qarşıdakı problemlər və bu problemlərin həlli yolları Ayaz Vəfalının "Yurd" qəzetinin baş redaktoru, Məhəmməd Füzulinin 500 illik yubileyinin 1994-cü ildə Bağdadda yüksək səviyyədə keçirilməsində xidmətləri olan Əbüllətif Bəndəroğlu ilə “Qələm və qan qardaşlığı” (1997, 25 aprel), “Ə.Bəndəroğlu: Bu qapıları biz açdıq, bu qapıların qapanmasını istəyirik” (2005, 11 noyabr) müsahibələrində əsas düşündürən məsələlərdir. Digər tərəfdən Ayaz Vəfalı “Nəsiminin İraq Divanını oxuyarkən” məqaləsində (1988, 16 dekabr) Ə.Bəndəroğlunun topladığı və Q.Paşayevin tərtib etdiyi Nəsimi divanı və yaradıcılığının özünəməxsus cəhətlərinə nəzər yetirir.
Məlum olduğu kimi keçmiş SSRİ-nin həyata keçirməyə çalışdığı beynəlxalq miqyaslı siyasətlərdən biri də xarici ölkələrlə münasibətdə sülh və dostluq siyasəti idi. Bu siyasətin nəticəsi kimi Sovet dövründə azərbaycanlı publisistlər xarici ölkələrinə səfər edirdi. Ancaq bu dövrdə xarici ölkələrə olan səfərlər məqsədli şəkildə məhdudlaşdırılırdı. Belə bir şəraitdə ölkədən kənar dövlətə səfər edən yazıçılar mütləq səfər təəssüratlarını mətbuatda çap etdirib ictimaiyyətin diqqətini çatdırmalı idi. Ayaz Vəfalı 1965-cı ildə Rusiyanın Qaraqalpaq Muxtar Respublikasında poeziya günlərində iştirak etmək üçün səyahət edir, bu səfər haqqında “Amu-Dərya coşan yerdə” (1969, 7 noyabr) yol qeydlərində bəhs açmışdır. Məqalədə qeyd olunduğu kimi Munyak rayonunun gözəl təbiəti, qaraqalpaq türklərinin yüksək qonaqpərvərlik mədəniyyəti, poeziyaya qarşı böyük məhəbbəti publisisti daha çox sevindirmişdi.
Ayaz Vəfalı 1980-ci ildə Özbəkistanda keçirilən Azərbaycan günlərində iştirak etmiş, xoş təəssüratlarını “Quraqlığa hücum çəkənlər” (1980, 12 dekabr) yol qeydlərində qələmə almışdır.
Sovet dövrünün digər publisistləri kimi Ayaz Vəfalının da yol qeydləri təsviri-informativ xarakterlidir.
Ayaz Vəfalı xatirələrində hər hansı şəxsiyyətin müsbət keyfiyyətləri ilə yanaşı daha çox xalqın taleyində, cəmiyyət həyatında oynadığı rolu, aktivliyi diqqətə çatdırır. Onun yaratdığı portretlərdə mənfi cizgilər yoxdur, müsbət xarakter – xeyirxahlıq, qayğıkeşlik ön plandadır. Şəxsiyyətin malik olduğu yüksək ali keyfiyyətlər publisisti daha çox düşündürür. Ayaz Vəfalının Nizami, Nəsimi, Füzuli irsinin tədqiqatçısı, 1950-ci illərin təhlükəli zamanlarında “Kitabi-Dədə Qorqud” eposunu təbliğ edən akademik Həmid Araslıya “Nəcib insan, mötəbər alim”, teatr tamaşalarında yaratdığı Hamlet, Otello, Frans kimi obrazlarla tamaşaçılara ibrət dərsi verən, əsil sənət üçün yanan tragik aktyor Hüseyn Ərəblinskiyə “Səməndər kimi” portret oçerki, yüksək məsuliyyəti, qayğıkeşliyi, işə qarşı tələbkarlığı ilə seçilən prof. Nəsir İmanquluyevə “Məsuliyyət dərsi” xatirə məqaləsi, xeyirxah insan, ciddi redaktor, alovlu illərdə Xəlil Rzanın “Afrikanın səsi”, Şəhriyarın “Heydərbabaya salam” poemasını çapa verən, mətbuat uğrunda Məcnun cəfakeşliyi göstərən Qasım Qasımzadəyə həsr etdiyi “Fədakarlıq” xatirə məqaləsi bu qəbildəndir.
Ayaz Vəfalının elmi-publisistik məqalələrində inkarçılıq meyli bəzən zəif olsa da, deyilənlərə əlavə etmək meyli onun publisistikasının polemik keyfiyyətini artırır. Onun Ə.Məmmədxanlıya həsr etdiyi “Onu oxuyanda və dinləyəndə” (1983, 4 mart) məqaləsində yazıçını “nəsrdə şair” adlandıranlardan əlavə fikirlərə qoşularaq yazırdı: “mən burada onu əlavə etmək istərdim ki, bu şairlik üçün səciyyəvi cəhət ritorika yox, fikri dərinlik, aydınlıq, həyatilik, həqiqi şeriyyətdir. Onun “şeirləri” yazmaq xatirinə yazılmayıb, mətləb xatirinə yazılıb. Cümlələrdəki fikir yükü və təmkinli lirizm Ənvər Məmmədxanlı dəst-xətti üçün səciyyəvi cəhətdir”.
Ayaz Vəfalının mülayim publisistikasında bəzən sərt, etiraz notları da müşahidə edilir. Bu etiraz ədalətsizliklərə, böhtanlara qarşı çıxış edir. Onun “Mətbuat və tənqid” məqaləsində (2000, 22 dekabr) mətbuatda mövcud söz azadlığından sui istifadə edən bəzi jurnalistlərin Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara qarşı söylənilən böhtanlı fikirləri tənqid edir.
Ayaz Vəfalı hər zaman ədəbi prosesi yaxından izləyən publisist olmuş, yeni çap olunmuş kitablar haqqında resenziyalar yazmışdı. C.Xəndanın “Ədəbi qeydlər” kitabına “Bilək ki, hara baxaq” (1966, 17 sentyabr), H.Qasımovun “Bayatılar” kitabına ““Bayatılar” haqqında qeydlər” (1961, 19 avqust), Qurban Əliyevin “Nigeriya və Seneqalın uzağı, yaxını” kitabına “Azadlıq ritmi” (1971, 16 yanvar) məqalələrində müxtəlif münasibətlərdə irəli sürülən rəylər öz əksini tapmışdır.
Ayaz Vəfalının publisistikasını əsas düşündürən digər problem daxili mənəvi dünya məsələsidir. Şair Cabir Novruza həsr etdiyi “Son sətirlər, son avtoqraf – ilk söz” (2003, 12 dekabr) məqaləsində şairin poeziyasından çox onun xarakteri – ləyaqəti, etibarı, səmimiyyəti və sədaqətini yüksək dəyərləndirmişdir: “Doğma “Ədəbiyyat qəzet”nə hərəmiz bəqədri qüvvə xidmət etmişik. Kimimiz sanballı əsərləri, kimi redaksiyada bilavasitə fəaliyyəti ilə. Yəni hamımız onun müqəddəs qapılarından girib-çıxmışıq. Amma sənin qədər bu böyük sənət ocağına xidmət edən ikinci bir adam tanımıram. Sən az qala yarım əsrə yaxındır ki, bu qəzetlə canbir qəlbsən. Bütün istedadını, şüurlu həyatını, qabiliyyət və bacarığını gilə-gilə, zərrə-zərrə bu qəzetin daha da məzmunlu çıxmasına sərf etmiş, adi ədəbi işçidən ta baş redaktor kimi şərəfli bir vəzifəyə qədər yüksəlmisən. Eşq olsun bu ədəbiyyatsevərlyinə, bu etibarına!”.
Publisist əsərlərində şəxsiyyətin daxili dünyası ilə onun yaradıcılığı arasında assosasiyanı, kökünü müəyyənləşdirməyə çalışır. Görkəmli tədqiqatçı Firudin Hüseynovun Mirzə Cəlillə bağlı araşdırmalar aparmağa sövq edən amili boya-başa çatdığı Naxçıvan torpağının ədəbi-elmi mühitindən gələn müstəsna keyfiyyətlərlə bağlaması buna əyani misaldır.
Ayaz Vəfalının müxtəlif şairlərin yaradıcılığına həsr etdiyi elmi-publisistik məqalələrində təhlil etdiyi hər hansı ədibin xarakterində yaradıcılığından süzülüb gələn elementlər onun publisistikasının hər zaman diqqət mərkəzindədir. Şair S.Vurğun (“Duz-çörək kimi”), M.Araz (“Əbədi poeziya”), Bayram Bayramov (“Sözün siqləti”), İlyas Tapdıq (“Uşaqların özü kimi”) və b. müəlliflərin daxili dünya və poeziyası əsas düşündürən məsələlərdir.

Ayaz Vəfalı 80 illik tarixi dövrə şahidlik etmiş, neçə-neçə mötəbər şəxsiyyətlərlə tanış olmuş, onları öz məqalələrində böyük qədirşünaslıqla xatırlamışdı. Akademik Mirzə İbrahimov “Düzlük və yaradıcılıq” məqaləsində (1987, 25 dekabr) Ayaz Vəfalı haqqında danışan zaman yazırdı: “o, son dərəcə təvazökardır, boş hikkə və iddialar onun təbiətinə ziddir”. Məhz bu nəcib xüsusiyyətlər Ayaz Vəfalının 80 illik ömür yolunda hər zaman ona böyük dayaq oldu.

Ayaz Vəfalı publisistikası özündə Azərbaycan ədəbi mühitin və onun yetirmələri tariximizin canlı yaddaşlarını yaşadır. Bu yaddaşlar bizə keçmişin yaxşılarından ibrət götürməyi, mənəvi aşınmaların burulğanında yüksək ali hisslərə yaxın olmağı öyrədir.


Aynurə Niyaz qızı Paşayeva,
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun
Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi


turan.info.az

Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
HƏR SÖZƏ SADİQ AYAZ VƏFALI PUBLİSİSTİKASI

HƏR SÖZƏ SADİQ AYAZ VƏFALI PUBLİSİSTİKASI

---
Mətbuat tarixi və publisistika şöbəsinin 2016-cı ildə ilk iclası

Mətbuat tarixi və publisistika şöbəsinin 2016-cı ildə ilk iclası

"Zirvə"
Təbrik edirik, TƏBRİZ VƏFALI!..

Təbrik edirik, TƏBRİZ VƏFALI!..

Mədəniyyət
USTAD ŞAİR 60-IN SORAĞINDA

USTAD ŞAİR 60-IN SORAĞINDA

"Elm və Təhsil", Təbriklər
“Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)”

“Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)”

Yeni nəşrlər, Humanitar elmlər, "Elm və Təhsil"
Azərbaycanlı gənc Gürcüstan dövlət nazirinin müşaviri təyin olunub

Azərbaycanlı gənc Gürcüstan dövlət nazirinin müşaviri təyin olunub

Borçalı
Məhşur teatr və kino aktyoru Əhməd Anatollunun kitabının təqdimatı keçirili ...

Məhşur teatr və kino aktyoru Əhməd Anatollunun kitabının təqdimatı keçirili ...

Yeni nəşrlər, Humanitar elmlər, UNUTSAQ, UNUDULARIQ!....
“Məhəmməd ağa Şahtaxlının publisistikası” adlı monoqrafiya işıq üzü görüb

“Məhəmməd ağa Şahtaxlının publisistikası” adlı monoqrafiya işıq üzü görüb

Naxçıvan, Ədəbi əlaqələr
Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Yeni nəşrlər, Digər ali məktəblər, Rusiya
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR ASİF RÜSTƏMLİ!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR ASİF RÜSTƏMLİ!..

Humanitar elmlər, Təbriklər
Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Humanitar elmlər
Salidə Şərifova: Azərbaycan ədəbiyyatşünaslığı: əsas tədqiq obyektləri və t ...

Salidə Şərifova: Azərbaycan ədəbiyyatşünaslığı: əsas tədqiq obyektləri və t ...

Ədəbiyyat, Ədəbiyyatşunaslıq
Akademik Elizbar Cavelidze və Azərbaycan

Akademik Elizbar Cavelidze və Azərbaycan

Ədəbi əlaqələr
Ədəbiyyat İnstitutunda Qulam Məmmədlinin 125 illiyinə həsr olunmuş elmi ses ...

Ədəbiyyat İnstitutunda Qulam Məmmədlinin 125 illiyinə həsr olunmuş elmi ses ...

Humanitar elmlər
“İnsan və zaman” mövzusunda Respublika elmi-praktik konfransı

“İnsan və zaman” mövzusunda Respublika elmi-praktik konfransı

ADPU, "Elm və Təhsil"
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
Professor Mir Cəlal Paşayevin ruh dünyası

Professor Mir Cəlal Paşayevin ruh dünyası

Elmi Məqalələr, "Elm və Təhsil"
Şəhid-şair Ülvi Bünyadzadənin xatirəsinə həsr olunan konfrans keçiriləcək

Şəhid-şair Ülvi Bünyadzadənin xatirəsinə həsr olunan konfrans keçiriləcək

Humanitar elmlər, Elanlar
Şəhriyarın 110 illiyi elmi konfransla qeyd edildi

Şəhriyarın 110 illiyi elmi konfransla qeyd edildi

Elm, "Zirvə", Cənubi Azərbaycan
Tanınmış şair və publisist Əli Rza Xələflinin 65 illik yubileyi qeyd edilib

Tanınmış şair və publisist Əli Rza Xələflinin 65 illik yubileyi qeyd edilib

Təbriklər, Müşfiq Borçalı
Rəy yazın: