seminar keçirilib.
turan.info.az xəbər verir ki, seminarda AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov universitetin elmi-tədqiqat istiqamətlərindən, alimlərinin potensialından danışıb.
Prorektor Avropa Komissiyasının Tədqiqat və innovasiya üzrə “Horizon 2020” proqramının Azərbaycan alim və mütəxəssisləri üçün əhəmiyyətini vurğulayıb.
Seminarda AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi
Esmira Əlirzayeva
Avropa Komissiyasının çərçivə proqramının növbəti “Horizon Avropa” mərhələsi, perspektivləri, “Şərq tərəfdaşlığı” ölkələri üçün nəzərdə tutulan yeniliklər haqqında məlumat verib.
Daha sonra AMEA-nın proqram üzrə milli əlaqələndirici şəxslər – Tofiq Babayev, Rövşən Kərəmov, İlham Hümbətov və Zaur Həsənov “Horizon 2020”-nin proqramları haqqında iştirakçılara geniş məlumat verib və sualları cavablandırıblar.
Çıxışlarda Proqram çərçivəsində hazırlanan layihələr, məqsədi, iştirak qaydaları və maliyyə şərtləri haqqında danışılıb.
Seminarda AzTU-nun professor-müəllim heyəti, dekanlar və kafedra müdirləri iştirak ediblər.
turan.info.az
.