Ulu öndər Heydər Əliyevin anadan olmasından 95 il ötür

Ulu öndər Heydər Əliyevin anadan olmasından 95 il ötür Elmlər Akademiyası
Azərbaycan xalqının
tarixi nailiyyətidir.
Heydər Əliyev


Bu gün müasir Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi
Heydər Əliyevin anadan olmasından 95 il ötür. Dövlətçiliyin əsasını qoyan şəxsin doğum günü – 10 may tarixi hər il həm Azərbaycanda, həm də dünyada azərbaycanlılar yaşayan ölkələrin demək olar ki, hamısında qeyd edilir.


Ölkəmizdə bütün sahələrdə olduğu kimi elm sahəsinin inkişafında da ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. O, hakimiyyətdə olduğu müddətdə Azərbaycan elminin inkişafına, əldə olunan elmi nəticələrin dünya miqyasında tanıdılmasına xüsusi diqqət göstərmiş, bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirmişdir. Ulu öndərin Azərbaycan elminə dair təşəbbüsləri, həyata keçirdiyi tədbirlər və geniş islahatlar bu böyük şəxsiyyətin Vətənimiz və xalqımız qarşısında ən mühüm tarixi xidmətlərindəndir.

Heydər Əliyev elm amilinin müasir cəmiyyətin inkişafında hərəkətverici qüvvəyə çevrilməsi istiqamətində taleyüklü qərarlar vermişdir. Görkəmli dövlət xadimi Azərbaycanda çoxəsrlik ənənəsi olan elmin yenidən inkişaf etdirilməsinin əsas istiqamətlərini müəyyən etmiş, onun möhkəm təməllərini yaratmışdır. Ulu öndərin yürütdüyü siyasət yalnız elm tarixinin öyrənilməsi, yaxud ayrı-ayrı görkəmli alimlərin xidmətlərinin qiymətləndirilməsi ilə məhdudlaşmamış, həm də çoxəsrlik tariximizin elmi əsaslarla araşdırılaraq xalqa obyektiv şəkildə çatdırılmasını ehtiva etmişdir.

Bu tarixi şəxsiyyətin hakimiyyətinin ilk illərində Azərbaycan Elmlər Akademiyasının bütün elm sahələri tarixi ənənələr əsasında inkişaf etdirilmiş, onun həyata keçirdiyi tədbirlər ölkəmizin dünyada tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir. XX əsrin 70-80-ci illərində Azərbaycan Elmlər Akademiyası respublikanın inkişafına xidmət edən elmi ideyaların, ixtiraların və kəşflərin əsas mərkəzinə çevrilmişdir. Bu illərdə Azərbaycanda yeni elmi məktəblər yaranmış, adlı-sanlı böyük elmi simalar meydana çıxmışdır. Heydər Əliyevin təşəbbüsü ilə 1975-ci ildə Elmlər Akademiyasının 30 illik yubileyinin keçirilməsi ulu öndərin bu elm ocağına verdiyi yüksək dəyərin göstəricisi idi.

Böyük dövlət xadimi Heydər Əliyevin 1993-cü sentyabrın 21-də Bakı şəhərində elm xadimləri ilə tarixi görüşündə Azərbaycan Elmlər Akademiyasının əhəmiyyəti və xidmətləri haqqında qiymətli fikirlər söyləmişdir: “Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir. 1945-ci ildə Elmlər Akademiyasını yaratmaq, sonra isə onu inkişaf etdirmək, yeni-yeni institutlar təşkil etmək asan iş idimi? Əlbəttə yox! ...Tarix,

insanlar isə həmişə quranları, yaradanları qiymətləndirir... Əmin ola bilərsiniz ki, Elmlər Akademiyası da, institutlar da fəaliyyət göstərəcəklər. Azərbaycan elmi inkişaf etməlidir... Biz bu sahəyə hər cür kömək edəcəyik və mədəniyyətimiz, elmimiz, təhsilimiz, o cümlədən də ali təhsilimiz... inkişaf edəcəkdir”.

Əminliklər demək olar ki, bu gün akademiyada tamamilə yeni inkişaf tendensiyası müşahidə olunur. AMEA rəhbərinin çoxaspektli islahatları nəticəsində, prioritet istiqamətlərdə araşdırmalar aparılır, elm və təhsilin inteqrasiyası ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Akademiyada magistratura pilləsinin açılması, gənclərin elmə cəlb edilməsi, ən əsası biliklər cəmiyyəti quruculuğu şəraitində onların dünya elminə inteqrasiyası və İKT biliklərinə sahib olmaları üçün geniş imkanların yaradılması yüksəkixtisaslı kadr hazırlığı istiqamətində həyata keçirilən mühüm tədbirlərdir.

2016-cı ildə Prezidenti İlham Əliyev tərəfindən “Elm haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi ölkəmizdə müstəqil olaraq elm siyasətinin aparılmasına tam hüquqi-siyasi təminat verdi. Cari il aprelin 9-da isə dövlət başçısının cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında imzaladığı Sərəncam AMEA həyatında önəmli hadisələrdən birinə çevrildi.

Ulu öndər Heydər Əliyevin anadan olmasından 95 il ötür AMEA-nın bu gün əldə etdiyi nailiyyətlərin əsasında şübhəsiz ki, ulu öndər Heydər Əliyevin bu ali elm ocağının inkişafı yönündə apardığı məqsədyönlü siyasət dayanır. Ümid edirik ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə bu inkişaf daha da sürətlənəcək, elmimizin tərəqqisi yolunda yeni üfüqlər açılacaq. Dövlət başçısının ölkə alimləri qarşısında qoyduğu yeni vəzifələr AMEA-nı daha yüksək zirvələrə doğru aparacaq.

Nərgiz Qəhrəmanova,
AMEA Rəyasət Heyəti aparatının
İctimaiyyətlə əlaqələr və elmin
populyarlaşdırılması idarəsinin
Elektron informasiya şöbəsinin
rəis müavini,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
dissertant

turan.info.az




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Elm günü”nun təsis edilməsi AMEA qarşısında ciddi vəzifələr qoyur

“Elm günü”nun təsis edilməsi AMEA qarşısında ciddi vəzifələr qoyur

Digər bölmələr
Elm xadimləri ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib

Elm xadimləri ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib

Əsas xəbər, Elm
Azərbaycanın dünya miqyasında tanınmasında ulu öndər Heydər Əliyevin xidmət ...

Azərbaycanın dünya miqyasında tanınmasında ulu öndər Heydər Əliyevin xidmət ...

Humanitar elmlər, İctimai elmlər
AMEA-da uğurlu elm siyasəti davam etdiriləcək

AMEA-da uğurlu elm siyasəti davam etdiriləcək

Elm, Digər bölmələr
Mehriban İmanova: “Azərbaycan Elm Fondu öz fəaliyyətini şəffaflıq prinsiplə ...

Mehriban İmanova: “Azərbaycan Elm Fondu öz fəaliyyətini şəffaflıq prinsiplə ...

Elm
Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan elminin inkişafında müstəsna xid ...

Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan elminin inkişafında müstəsna xid ...

Elmi Məqalələr
Heydər Əliyev və müstəqil Azərbaycan mətbuatı

Heydər Əliyev və müstəqil Azərbaycan mətbuatı

Azərbaycan, MEDİA
Azərbaycanda elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birid ...

Azərbaycanda elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birid ...

Elm
Azərbaycan elminin böyük himayədarı

Azərbaycan elminin böyük himayədarı

Azərbaycan, Naxçıvan, "Zirvə"
“Azərbaycanın elm məbədi”

“Azərbaycanın elm məbədi”

Elm, "Zirvə"
Azərbaycan elminin yeni inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin a ...

Azərbaycan elminin yeni inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin a ...

Elm, "Zirvə"
Akademik İsa Həbibbəyli: “Heydər Əliyev epoxası İlham Əliyev erası ilə uğur ...

Akademik İsa Həbibbəyli: “Heydər Əliyev epoxası İlham Əliyev erası ilə uğur ...

Əsas xəbər, Humanitar elmlər, "Zirvə"
Müstəqilliyimizin 25 illik yubileyi münasibətilə sanballı elmi əsərin yarad ...

Müstəqilliyimizin 25 illik yubileyi münasibətilə sanballı elmi əsərin yarad ...

"Zirvə"
“Naxçıvan Muxtar Respublikasında elmin inkişafı: mərhələlər, uğurlar, vəzif ...

“Naxçıvan Muxtar Respublikasında elmin inkişafı: mərhələlər, uğurlar, vəzif ...

Naxçıvan, Elanlar
AMEA nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyar ...

AMEA nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyar ...

Humanitar elmlər, Digər bölmələr
AMEA-da “Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” mövzusun ...

AMEA-da “Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” mövzusun ...

Humanitar elmlər, "Zirvə"
BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU, "Elm və Təhsil"
AMEA-da Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş

AMEA-da Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş "Müst ...

"Zirvə"
İkinci Azərbaycan Elm Festivalı Naxçıvanda öz işini davam etdirib

İkinci Azərbaycan Elm Festivalı Naxçıvanda öz işini davam etdirib

Naxçıvan, "Zirvə"
Ölkə başçısının AMEA-nın 70 illik yubiley tədbirindəki proqram xarakterli n ...

Ölkə başçısının AMEA-nın 70 illik yubiley tədbirindəki proqram xarakterli n ...

"Zirvə"
Rəy yazın: