Elm və təhsilin uğurlu inteqrasiyası

Elm və təhsilin uğurlu inteqrasiyası Elmin və təhsilin inteqrasiyası prinsipcə
yeni məsələ deyil.
Respublikamızda
1945-ci ildə yaradılmış
Elmlər Akademiyası
həmişə fundamental
elmi tədqiqatların aparıldığı
əsas mərkəz olmuş,
yüksəkixtisaslı elmi kadrların,
o cümlədən
gənc alimlərin
hazırlanmasında və
nüfuzlu elmi məktəblərin
formalaşmasında
mühüm rol oynamışdır.


Universitetlərin rəhbərlikləri də professor-müəllim heyətindən daim tələb ediblər ki, onlar mövcud bilikləri tədris etməklə kifayətlənməsinlər, həmçinin tələbələrdə elmi axtarışlara maraq oyatsınlar. Beləliklə, bu gün təklif olunan inteqrasiyanın iki istiqaməti - təhsildən elmə və elmdən təhsilə yeni deyildir, əksinə, onlar kifayət qədər yaxşı sınaqdan keçirilib. Şübhəsiz ki, informasiyanın artım sürəti yeni idrak metodlarını da diktə edir. Ona görə də bu gün elmlə təhsilin inteqrasiyası fonunda metodoloji yanaşmalar dəyişməlidir.

Əvvəllər koqnitiv yanaşma əsas götürülürdü və meyar kimi nəticənin qoyulmuş məqsədəuyğunluğu qəbul edilirdi. Təhsilalana mümkün qədər çox informasiya ötürülürdü ki, sonradan o, həmin informasiyanı analiz etməklə qarşıya çıxan məsələlərin həllini bacarsın. Bu gün isə həlledici faktor iqtisadi yanaşma olduğundan, uğurluluğun meyarı səmərəlilik, yəni real fayda hesab olunur. Faydanı birinci halda da heç kim istisna etmirdi, lakin onda faydanın əldə edilməsi savadlı vətəndaşlardan və onların fəaliyyətinin nəticəsi olan məhsullardan alınması nəzərdə tutulurdu. İkinci halda isə gəlirin bilavasitə təhsil prosesindən və elmi tədqiqatlardan alınması tələb olunur. Kəskin iqtisadi rəqabət mühitində dövlət daha uzun müddət gözləyə bilmir.

Ənənəvi olaraq ali təhsil standartları 10 ildən gec, 5 ildən tez olmayaraq yenilənir: 10 il elmin yeni nailiyyətlərindən geri qalmamaq, 5 il isə təhsildə müəyyən varisliyi təmin etmək üçün idi. Lakin müasir situasiyada, necə deyərlər,”təkər üstündə” tədris norma halını almalıdır. Əks-təqdirdə zaman təhsili qabaqlayacaq. Buna nail olmaq üçün tədris materiallarının seçimində universitetlərə müəyyən azadlıqlar vermək lazımdır. Universitetlər isə öz növbəsində elmi araşdırmaları tədris prosesinin əsas tərkib hissəsinə və məqsədinə çevirməlidir.

Hər bir universitet öz məzun modelini, sonra isə hər model qrupu üçün tələb olunan bilik, bacarıq və vərdişlərə uyğun olaraq fənlər toplusunu müəyyənləşdirməlidir. Bu zaman potensial işəgötürənlərin təklifləri və tövsiyələri nəzərə alınmalıdır. Azərbaycan Milli Elmlər Akademiyası bu istiqamətdə bir sıra mühüm addımlar atmışdır.

Son illər Azərbaycan Milli Elmlər Akademiyasında elmlə təhsilin səmərəli inteqrasiyasını təmin etmək, elmi kadr potensialının inkişafını sürətləndirmək və gənclərin elmə marağını artırmaq məqsədilə ciddi islahatlar aparılmış və əhəmiyyətli işlər həyata keçirilmişdir. AMEA-da təhsil sistemini müasir səviyyədə inkişaf etdirmək aparılan islahatların başlıca hədəflərindən olmuşdur. AMEA-nın Rəyasət Heyəti Azərbaycanda elm və təhsilin vəhdətini prioritet vəzifələrdən biri hesab edir. Bütün bunları nəzərə alaraq AMEA-nın prezidenti akademik Akif Əlizadə akademiyada magistratura təhsilinin yaradılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət etmişdir. Ölkə Prezidenti bu müraciətə xüsusi diqqət göstərərək, AMEA-da ilk dəfə olaraq ali təhsilin ikinci pilləsi olan magistraturanın yaradılması barədə qərar qəbul etmişdi. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi isə bu işdə AMEA-ya hərtərəfli dəstək göstərmişdi.

Beləliklə,
2015-ci ildə ilk dəfə olaraq AMEA-da ali təhsilin magistratura pilləsi yaradıldı. Ötən il isə AMEA magistraturadan ilk buraxılışı uğurla başa çatdırdı. Akademiyada magistraturanın yaradılması elmə marağı olan gənclər tərəfindən böyük rəğbətlə qarşılandı. Məhz bunun nəticəsidir ki, hər il AMEA-nın magistraturasına ərizə verənlərin sayı yüksək olur. 2016-cı ildə bu rəqəm 700-ə, 2017-ci ildə isə 2000-ə yaxın olmuşdur. Bəzi ixtisaslar üzrə bir yerə 50-80 nəfər ərizə vermişdir. Ən yüksək müsabiqə AMEA-nın İdarəetmə Sistemləri, İnformasiya Texnologiyaları, Molekulyar Biologiya və Biotexnologiya institutlarında olmuşdur. Universitet məzunları arasında AMEA-nın magistraturasına marağın yüksək olduğunu nəzərə alaraq Nazirlər Kabineti 2016-2017-ci tədris ili üçün plan yerlərini artırsa da, bu da mövcud tələbatı ödəyə bilmədi.

Bütün bunlar onun nəticəsidir ki, AMEA-da magistrantlar üçün müasir tələblərə uyğun tədris mühiti formalaşdırılıb. İlk növbədə burada təhsil prosesinin lazımi səviyyədə təşkil olunması məqsədilə AMEA Rəyasət Heyətinin aparatında Elm və Təhsil İdarəsi, onun strukturunda isə doktorantura və magistratura şöbələri yaradılmışdır.

AMEA-da magistrantlar üçün dərslər institut tərəfindən ayrılmış ən son texnologiya ilə təchiz olunmuş dərs otaqlarında keçirilir. Dərslər AMEA-nın həqiqi və müxbir üzvləri və digər nüfuzlu alimlər tərəfindən aparılır. Bəzi fənlərin tədrisi üçün akademiyada xaricdən yüksəkixtisaslı müəllimlər də dəvət olunur. Ümumi və seçmə fənlərin tədrisi isə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda yüksək səviyyədə təşkil edilir.

Fizika İnstitutunun magistrantları təcrübə keçmək məqsədilə Rusiya Federasiyasının Dubna şəhərindəki Nüvə Tədqiqatları İnstitutuna bir aylıq beynəlxalq praktikaya göndəriliblər. Həmin müddətdə magistrantlar ixtisaslarına uyğun layihələr üzərində, xarici ölkə təmsilçiləri (Rumıniya, Polşa, Bolqarıstan, Çexiya və d.) ilə əməkdaşlıq edərək intensiv şəkildə işləyiblər.

Arxeologiya və Etnoqrafiya İnstitutunun magistrantları I kursun yaz semestrində “Antropologiya” ixtisası üzrə təhsil almaq üçün Türkiyə Respublikasının Ankara şəhərindəki Hacəttəpə Universitetinə göndəriliblər. Onlar yaz semestrində Hacəttəpə Universitetinin Ədəbiyyat fakültəsinin nəzdində fəaliyyət göstərən Antropologiya bölməsinin dərslərində iştirak edib və laboratoriyada olublar.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu tərəfindən dəvət olunmuş Cənubi Koreya Pusan Dövlət Universitetinin professoru İsmayıl Zülfüqarov tərəfindən “Proteomiks” ixtisas kursu, Kembric Universitetinin professoru Qərib Mürşüdov tərəfindən isə “Struktur biologiyanın üsulları” ixtisas kursu üzrə magistrantlar üçün mühazirələr oxunmuşdur.

AMEA-nın magistrantları üçün xarici dil fənninin yüksək səviyyədə tədrisi də həyata keçirilir. Belə ki, magistrantlara xarici dil fənni İELTS beynəlxalq ingilis dili proqramı üzrə tədris edilir. Bununla da magistrantlar gələcəkdə təhsillərini doktoranturada davam etdirmək üçün qəbul imtahanlarında tələb olunan göstəricilərə malik olurlar.

Magistrantların sosial şəraitinin yaxşılaşdırılması məqsədilə hər bir magistrant işlə təmin olunmuşdur ki, bu da onlara həm təhsil almağa, həm də laboratoriyalarda işləyərək təcrübə qazanmağa imkan verir. Magistrantların hər birinə kompüterlə təmin olunmuş iş otaqları ayrılmışdır. Bundan əlavə, magistrantlara AMEA-nın Mərkəzi Elmi Kitabxanasında istənilən yerli və xarici ədəbiyyatdan istifadə etmək imkanı da yaradılmışdır.

AMEA-da magistratura təhsilini daha da təkmilləşdirmək, onların elmi nailiyyətlərinin və yaradıcılıq potensialının artırılmasına dəstək vermək, təhsildə, elmdə yüksək nəticələr göstərən, intellekti və bacarığı ilə fərqlənən istedadlı gəncləri həvəsləndirmək məqsədilə bir sıra müsabiqələr də keçirilmişdir.

AMEA-nın magistraturasının məzunları təhsillərini AMEA-nın doktoranturasında davam etdirirlər. Doktorantura təhsilində də bir sıra yeniliklər tətbiq edilmişdir. Doktorantların beynəlxalq arenaya çıxmasını təmin etmək məqsədilə onların xarici dil biliklərinin artırılması üçün beynəlxalq İELTS proqramı üzrə kurslar və imtahanlar təşkil edilmişdir. İnstitutlarda elmin ən müasir istiqamətlərində aktual problemlər üzrə elmi mühazirələr və seminarlar təşkil edilmişdir. Onların beynəlxalq elmi bazalara çıxışı təmin edilmişdir. 100-ə yaxın gənc tədqiqatçı dünyanın nüfuzlu elmi məktəblərinə və universitetlərinə doktoranturada təhsil almağa və təcrübə toplamağa göndərilmişdir. İnformasiya texnologiyalarının elmi tədqiqatlarda tətbiq edilməsi üçün AMEA-nın İnformasiya Texnologiyaları İnstitutundakı güclü superkompüter mərkəzi gənc alimlərin sərəncamına verilmişdir.

Fizika sahəsində çalışan alimlərimiz dünyanın ən böyük proton sürətləndiricisi olan Böyük Adron Kollayderinin ATLAS qurğusunun həm fiziki proqramının hazırlanmasında, həm quraşdırılmasında, həm də bu qurğunun müxtəlif hissələrinin sınağında yaxından iştirak edirlər.

İnformatika sahəsində alimlərimiz intellektual idarəetmə sistemləri və texnologiyaları, informasiyanın qorunması, biometrik sistemlərin təhlükəsizliyi, süni intellekt və başqa sahələr üzrə elmi tədqiqatlar aparırlar.

Kimya və neft emalı sahəsində Azərbaycan alimlərinin tədqiqatları həm respublikada, həm də xaricdə geniş şöhrət tapmışdır. Yüksək parafinli neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə uzaq məsafəyə nəqlini təmin etmək üçün onların donma temperaturunu aşağı salan aşqarın istehsalı alimlərimizin kəşfi nəticəsində mümkün olmuşdur.

Akademiyanın humanitar və ictimai elmlər sahəsində çalışan alimləri Azərbaycanın qədim və zəngin tarixinin, ədəbiyyatının, arxeologiyasının, folklorunun, incəsənətinin, iqtisadiyyatının öyrənilməsi sahəsində təqdirəlayiq tədqiqatlar aparmış və bir sıra fundamental elmi əsərlər dərc etdirmişlər. Yeddicildlik “Azərbaycan tarixi”nin ilk dörd cildi artıq işıq üzü görüb. Eləcə də yeddicildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin dördcildlik “Azərbaycan dilinin izahlı lüğəti”nin və başqa çoxcildliklərin nəşri müstəqillik illərində humanitar sahənin əldə etdiyi nailiyyətlərdəndir.

Son illər akademiyanın beynəlxalq elmi əlaqələri xeyli genişlənmişdir. Alimlərimiz, demək olar ki, dünyanın əksər aparıcı dövlətlərinin elmi mərkəzləri ilə əməkdaşlıq əlaqələri yaratmışlar. Son beş ildə akademiyanın 4 minə yaxın əməkdaşı ABŞ, İngiltərə, Almaniya, Fransa, Yaponiya, Türkiyə, Norveç, Belçika, İtaliya, İran, Hindistan, Səudiyyə Ərəbistanı və d. ölkələrdə olmuş və birgə elmi işlər aparmışlar. Alimlərimizin elmi işləri xarici ölkələrdə dəfələrlə yüksək mükafatlara layiq görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun, Bilik Fondunun, ARDNŞ-nin Elm Fondunun yaradılması və s. addımlar elmə dövlət himayəsinin təzahürüdür. Bu fondlar elmi layihələri müsabiqə əsasında maliyyələşdirməklə alimlərin, o cümlədən gənc tədqiqatçıların fəaliyyətinə əhəmiyyətli dəstək verir.

Aparılan təhlillər göstərir ki, AMEA-da həyata keçirilən ardıcıl və məqsədyönlü işlərin davam etdirilməsi ölkəmizdə elmlə təhsilin inteqrasiyasını təmin etməklə bərabər, Azərbaycanın regionda aparıcı elm və təhsil mərkəzinə çevrilməsi üçün əlverişli zəmin yaradacaq, Prezident İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən genişmiqyaslı islahatlara layiqli töhfələr verəcək.


Əminağa Sadıqov,
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının
Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü


turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-da magistrantların Bilik Günü qeyd edilib

AMEA-da magistrantların Bilik Günü qeyd edilib

Elm, Biologiya və tibb elmləri, Digər bölmələr
AMEA-da uğurlu elm siyasəti davam etdiriləcək

AMEA-da uğurlu elm siyasəti davam etdiriləcək

Elm, Digər bölmələr
AMEA-da doktorantura və magistratura təhsili ilə bağlı bir sıra cari məsələ ...

AMEA-da doktorantura və magistratura təhsili ilə bağlı bir sıra cari məsələ ...

Digər bölmələr
AMEA-da 15 SENTYABR ‒ BİLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB

AMEA-da 15 SENTYABR ‒ BİLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB

Elm
AMEA-da yay imtahan sessiyasının təşkili ilə bağlı müşavirə keçirilib

AMEA-da yay imtahan sessiyasının təşkili ilə bağlı müşavirə keçirilib

"Zirvə"
AMEA-nın ilk magistrları dissertasiya işlərini uğurla müdafiə ediblər

AMEA-nın ilk magistrları dissertasiya işlərini uğurla müdafiə ediblər

Elm
RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm, "Zirvə"
AMEA-nın Direktorlar Şurasının növbəti iclası keçirilib

AMEA-nın Direktorlar Şurasının növbəti iclası keçirilib

"Zirvə"
Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb

Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb

Elm, Biologiya və tibb elmləri
AMEA-da Türkiyə universitetinin rektoru ilə görüş keçirilib

AMEA-da Türkiyə universitetinin rektoru ilə görüş keçirilib

"Zirvə"
Zeynal Əkpərov: “Genetik Ehtiyatlar İnstitutunda insan genetikası, kompüter ...

Zeynal Əkpərov: “Genetik Ehtiyatlar İnstitutunda insan genetikası, kompüter ...

Biologiya və tibb elmləri
AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kol ...

AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kol ...

Elm, Biologiya və tibb elmləri, Təhsil, Nazirlik
​Azərbaycan ilə Bolqarıstan arasında elm sahəsində əməkdaşlığın perspektivl ...

​Azərbaycan ilə Bolqarıstan arasında elm sahəsində əməkdaşlığın perspektivl ...

Elm
AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

"Zirvə"
ABŞ tərəfdaşları ilə uzunmüddətli elmi əlaqələrin qurulmasına böyük önəm ve ...

ABŞ tərəfdaşları ilə uzunmüddətli elmi əlaqələrin qurulmasına böyük önəm ve ...

Elm, Biologiya və tibb elmləri
AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

Humanitar elmlər
Elmin gələcəyinə təkan, fasiləsiz təhsilə davam

Elmin gələcəyinə təkan, fasiləsiz təhsilə davam

"Zirvə"
AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

Elm
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

Nazirlik, Təbriklər
“BOTANİKA DÜNYASI” ELMİ-POPULYAR BÜLLETENİN NÖVBƏTİ SAYI İŞIQ ÜZÜ GÖRÜB

“BOTANİKA DÜNYASI” ELMİ-POPULYAR BÜLLETENİN NÖVBƏTİ SAYI İŞIQ ÜZÜ GÖRÜB

Yeni nəşrlər, Biologiya və tibb elmləri
Rəy yazın: