AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən turan.info.az-a bildiriblər ki, Protokola əsasən məsafədən müşahidə məlumatları əsasında mövcud meşə örtüyü hüdudlarının və sərhədlərinin dəqiqləşdirilməsi, meşə sahələri sıxlığının qiymətləndirilməsi, meşələri formalaşdıran əsas ağac növlərinin (fistıq, vələs və palıd) paylanılması xəritələrinin tərtib olunması, təbii və antropogen təsirlər səbəbindən dəyişikliklər baş verən sahələrin müəyyən olunması və monitorinqinin həyata keçirilməsi ictiqamətində işlər həyata keçiriləcək.
Protokolu AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Rövşən Rüstəmov imzalayıblar.
turan.info.az
.