AMEA Yüksək Texnologiyalar Parkı Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq edəcək

AMEA Yüksək Texnologiyalar Parkı Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq edəcək 2017-ci il Mayın 12-də AMEA Yüksək Texnologiyalar Parkı (YTP) və Bakı Mühəndislik Universiteti (BMU) arasında görüş keçirilib.

AMEA YTP-dən Səbuhi Qəhrəmanov turan.info.az-a bildirib ki, görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran sahələrdə birgə elmi-texniki proqramların, layihə və konfransların, müsabiqələrin həyata keçirilməsi müzakirə olunub. Bildirilib ki, əməkdaşlıqda məqsəd təşkilatlararası ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və innovasiya sahəsində fəaliyyətin genişləndirməsinə əsaslanaraq elmin inkişafının təmin edilməsidir. AMEA YTP və BMU innovasiyayönümlü layihələrin birgə araşdırılması, iqtisadi səmərəliliyinin qiymətləndirməsi və həyata keçirilməsinə maliyyə dəstəyinin göstərilməsini planlaşdırır. Əməkdaşlıq AMEA YTP və BMU Texnoparkın dəstəyi ilə innovasiya xarakterli elmi nailiyyətlərin kommersiyalaşdırılmasına yeni imkanlar açacaq.

Əməkdaşlığa dair sənədi BMU-nun rektoru, professor Havar MəmmədovAMEA YTP-nin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev və imzalayıblar. Məqsəd elmi nailiyyətlərin müasir texnoloji layihələrə inteqrasiya edilməsinə şəraitin yaradılması, gənclərə elmi-innovativ ideyalarını reallaşdırmaq üçün elmi və iqtisadi dəstəyin verilməsidir.
AMEA Yüksək Texnologiyalar Parkı və Bakı Mühəndislik Universiteti Texnoparkı arasında imzalanan digər müqavilə “Yeni fikir 2017 müsabiqəsi” ilə bağlıdır. Müqavilədə AMEA YTP-nin müsabiqənin keçirilməsinə təşkilati və maddi dəstəyinin göstərilməsi, həmçinin sahələrarası əməkdaşlığı inkişaf etdirən digər müsabiqələrin təsis edilməsi nəzərdə tutulub. Sənədə əsasən AMEA YTP müsabiqənin baş sponsoru kimi qaliblərin mükafatlandırılması üçün nəzərdə tutulan 10000 manat pul mükafatını təmin edəcək, müsabiqədə iştirak edən uğurlu layihələrə inkubasiya və digər əməkdaşlıq xidmətləri göstərəcək.
Qeyd edək ki, “Yeni fikir 2017 müsabiqəsi” Bakı Mühəndislik Universiteti Texnoparkının təşkil etdiyi ən böyük startap müsabiqəsi platformasıdır. Layihə innovativ sahibkarlığın inkişafına dəstək vermək məqsədilə həyata keçirilir. Gənclər arasında keçirilən müsabiqədə 150-yə yaxın layihə qeydiyyatdan keçib. Hazırda münsiflər heyəti tərəfindən layihələrin qiymətləndirilməsi prosesi davam edir.

turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasın ...

AMEA Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasın ...

Digər bölmələr, AzTU
AzTU və Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalan ...

AzTU və Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalan ...

AzTU
AMEA-da Rusiyanın “Poisk” qəzetinin nümayəndəsi ilə görüş keçirilib

AMEA-da Rusiyanın “Poisk” qəzetinin nümayəndəsi ilə görüş keçirilib

Elm
AMEA ilə “INTERTELECOM” MMC şirkəti arasında niyyət sazişi imzalanıb

AMEA ilə “INTERTELECOM” MMC şirkəti arasında niyyət sazişi imzalanıb

Elm
“İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti” mövzusund ...

“İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti” mövzusund ...

Elm
AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında me ...

AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında me ...

Elm
AMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalan ...

AMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalan ...

Elm, "Zirvə", ADPU, Turan
AMEA Dilçilik İnstitutu Qazaxıstan Elmlər Akademiyasının Dilçilik İnstitutu ...

AMEA Dilçilik İnstitutu Qazaxıstan Elmlər Akademiyasının Dilçilik İnstitutu ...

Humanitar elmlər
AzTU və “Hidroservice Engineering” MMC arasında əməkdaşlıq sazişi imzalandı

AzTU və “Hidroservice Engineering” MMC arasında əməkdaşlıq sazişi imzalandı

AzTU
Bakı Mühəndislik Universitetinə yeni rektor əvəzi təyin edilib

Bakı Mühəndislik Universitetinə yeni rektor əvəzi təyin edilib

BMU
AzTU ilə Bilişim Vadisi arasında əməkdaşlıq protokolu imzalanıb

AzTU ilə Bilişim Vadisi arasında əməkdaşlıq protokolu imzalanıb

AzTU, Turan
AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

Elm
UniClaD layihəsi çərçivəsində növbəti işçi görüş keçirilib

UniClaD layihəsi çərçivəsində növbəti işçi görüş keçirilib

AzTU
AMEA ilə Birləşmiş Krallığın “Millers Oils LTD” şirkəti arasında əməkdaşlıq ...

AMEA ilə Birləşmiş Krallığın “Millers Oils LTD” şirkəti arasında əməkdaşlıq ...

Elm
AzTU ilə “Bank Respublika” ASC arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU ilə “Bank Respublika” ASC arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU
Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universiteti arasında əmək ...

Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universiteti arasında əmək ...

AzTU
“Gələcək üçün bacarıqlar” layihəsinin təqdimat mərasimi keçirilib

“Gələcək üçün bacarıqlar” layihəsinin təqdimat mərasimi keçirilib

AzTU
MDB PAA DİMBİ Bakı filialı ilə AMEA Hüquq və İnsan Haqları İnstitutu arasın ...

MDB PAA DİMBİ Bakı filialı ilə AMEA Hüquq və İnsan Haqları İnstitutu arasın ...

Milli Məclis, İctimai elmlər
UTECA Cənubi Koreya ilə əməkdaşlığı genişləndirir

UTECA Cənubi Koreya ilə əməkdaşlığı genişləndirir

Gəncə, Digər ali məktəblər
Azərbaycan Texniki Universiteti ilə Azərbaycan Texnologiya Universiteti ara ...

Azərbaycan Texniki Universiteti ilə Azərbaycan Texnologiya Universiteti ara ...

Əsas xəbər, Gəncə, AzTU
Rəy yazın: