Akademik İradə Hüseynova: “Azərbaycan və Türkiyə arasında elmi əlaqələrin daha intensiv xarakter alması ilə bağlı fəaliyyətlərimizi gücləndirməliyik”

Akademik İradə Hüseynova: “Azərbaycan və Türkiyə arasında elmi əlaqələrin daha intensiv xarakter alması ilə bağlı fəaliyyətlərimizi gücləndirməliyik” AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Türkiyənin Dokuz Eylül Universiteti (DEU) və AMEA-nın birgə təşkilatçılığı ilə keçirilən ikitərəfli beynəlxalq onlayn elmi seminarın açılış tədbirində çıxış edib.

Akademik İ.Hüseynov
a tədbirin Azərbaycan və Türk dünyası üçün əlamətdar bir dövrə - işğalçı Ermənistan üzərində qazanılmış tarixi Zəfərin birinci ildönümü günlərinə təsadüf etdiyini deyib. O, böyük qələbə sayəsində Qarabağın bərpası, Qafqaz regionunda davamlı və ədalətli sülhün təmin olunması üçün tarixi şansın əldə edildiyini, həmçinin elmin bölgəyə böyük qayıdışının mümkün olduğunu vurğulayıb. Əlavə edib ki, bu əsasda Türkiyənin elm və təhsil müəssisələri ilə birgə bir neçə mühüm beynəlxalq və regional tədbir gerçəkləşdirilmiş, müvafiq tədqiqatların inkişafına töhfələr vermək, onlardan alınmış mühüm nəticələri bölüşmək və fikir mübadiləsi aparmaq, eyni zamanda gələcək əməkdaşlığa təkan vermək bu tədbirlərin ana xəttini təşkil etmişdir.

“Son illərdə AMEA-da akademiyanın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə elmi fəaliyyətin səmərəliliyini artırmağa imkan verən islahatlar aparılır, dünya elminin əsas inkişaf tendensiyalarını nəzərə almaqla prioritet istiqamətlər yenilənir, ölkə üzrə elmi tədqiqatların yeni inkişaf strategiyası hazırlanır”, - deyə bildirən İ.Hüseynova qeyd edib ki, yeni prioritetlərin müəyyənləşdirilməsində qlobal problemlərin sayının artması, onların bir çoxunun, o cümlədən qlobal iqlim dəyişikliklərinin, yoluxucu xəstəliklərin və onların yayılma tezliklərinin intensivləşməsi kimi məsələlər xüsusilə mühüm rol oynayır.

Onun sözlərinə görə, COVID-19 pandemiyası dünya ictimaiyyətinin, beynəlxalq qurumların və dövlətlərin diqqətini təbii və antropogen xarakterli təhlükə və təhdidlərə qarşı mübarizə istiqamətində fundamental və tətbiqi elmi tədqiqatların daha intensiv inkişaf etdirilməsinin, eləcə də dünya dövlətləri və alimlərinin bu sahədə səylərinin birləşdirilməsinin vacibliyinə cəlb edib.

AMEA-nın vitse-prezidenti canlı həyatın və ətraf-mühitin öyrənilməsinə ən müasir elmi-texnoloji yanaşmaların tətbiqi, informasiya texnologiyaları, fiziki, kimyəvi və bioloji proseslərin modern riyazi və kompüter modelləşdirmələri, maşınöyrənmə və süni intellekt, molekulyar biologiya, gen redaktəsi, OMİX (o cümlədən, populyasyon genomiks), bio və nanotexnologiyalar, mikro- və neyrobiologiya və digər sahələrdə tədqiqatların daha da dərinləşdirilməsinin dövrün tələbi olduğunu söyləyib. O, bütün bu proseslərdə iki qardaş ölkənin alimlərinin fəal iştirakını həm dövlətlərimizin inkişafı, həm də dünya elminə mühüm töhfələr verilməsində birgə fəaliyyətlərin səmərəliliyi baxımından əhəmiyyətini vurğulayıb.

Son illərdə Azərbaycan və Türkiyənin elm və təhsil müəssisələrinin müştərək layihələrdə fəal iştirak etdiyini deyən İ.Hüseynova AMEA ilə TUBİTAK arasında bağlanmış müqavilələr əsasında çoxsaylı ikitərəfli qrant layihələrinin, o cümlədən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun dəstəyi ilə bir sıra layihələrin icra edilməkdə olduğunu diqqətə çatdırıb.
“Düşünürəm ki, Azərbaycanın və Türkiyənin elm və təhsil müəssisələrinin, alim və mütəxəssislərinin ortaq tədbirlər vasitəsilə daha tez-tez bir araya gəlməsi, onlar arasında elmi əlaqələrin daha intensiv xarakter alması ilə bağlı fəaliyyətlərimizi gücləndirməliyik”- deyə alim əlavə edib.

Akademik İ.Hüseynova seminarın bir sıra yeni elmi əməkdaşlıq əlaqələrinin qurulmasına və elm qarşısında duran aktual problemlərin həllinə istiqamətlənmiş birgə tədqiqatların aparılmasına ciddi təkan verəcəyinə inamını ifadə edib, tədbirin işinə uğurlar arzulayıb.

turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Rusiya Elmlər Akadem ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Rusiya Elmlər Akadem ...

Biologiya və tibb elmləri, Rusiya
AMEA-nın prezidenti Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın prezidenti Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

Elm, "Zirvə"
Türkiyənin radiasiya onkologiyası sahəsində tanınmış professoru Molekulyar  ...

Türkiyənin radiasiya onkologiyası sahəsində tanınmış professoru Molekulyar ...

Biologiya və tibb elmləri
ABŞ tərəfdaşları ilə uzunmüddətli elmi əlaqələrin qurulmasına böyük önəm ve ...

ABŞ tərəfdaşları ilə uzunmüddətli elmi əlaqələrin qurulmasına böyük önəm ve ...

Elm, Biologiya və tibb elmləri
AMEA-da Türkiyə universitetinin rektoru ilə görüş keçirilib

AMEA-da Türkiyə universitetinin rektoru ilə görüş keçirilib

"Zirvə"
AMEA İsrailin elmi mərkəzləri ilə əlaqələri genişləndirir

AMEA İsrailin elmi mərkəzləri ilə əlaqələri genişləndirir

Elm, İsrail
AMEA Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasın ...

AMEA Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasın ...

Digər bölmələr, AzTU
AMEA-da

AMEA-da "Müasir elm – gənclərin baxışı ilə" adlı elmi-praktik konfrans ke ...

Biologiya və tibb elmləri, Digər bölmələr, "Zirvə"
“Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda  ...

“Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda ...

Elm, "Zirvə"
AMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalan ...

AMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalan ...

Elm, "Zirvə", ADPU, Turan
Tibb problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirildi

Tibb problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirildi

Biologiya və tibb elmləri, Səhiyyə
Akademik Cəlal Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir ...

Akademik Cəlal Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir ...

Biologiya və tibb elmləri, UNUTSAQ, UNUDULARIQ!....
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Elmi Əsərləri” nəşr ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Elmi Əsərləri” nəşr ...

Yeni nəşrlər, Biologiya və tibb elmləri
AMEA-da “Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” mövzusun ...

AMEA-da “Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” mövzusun ...

Humanitar elmlər, "Zirvə"
AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kol ...

AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kol ...

Elm, Biologiya və tibb elmləri, Təhsil, Nazirlik
AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 i ...

AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 i ...

Digər bölmələr, Orta Asiya
AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

"Zirvə"
Azərbaycanda NATO-nun dəstəyi ilə beynəlxalq konfrans keçirilir

Azərbaycanda NATO-nun dəstəyi ilə beynəlxalq konfrans keçirilir

Digər bölmələr
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
Biologiya problemləri üzrə elmi şuranın iclası keçirilib

Biologiya problemləri üzrə elmi şuranın iclası keçirilib

Biologiya və tibb elmləri
Rəy yazın: