Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti
elmi seminar
keçirilmişdir.
Seminarda
Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının
aparıcı elmi işçisi,
biologiya üzrə
fəlsəfə doktoru
Ulduzə Qurbanova
“C4 fotosintezin təkamülünə molekulyar baxış” mövzusunda
çıxış etmişdir.
Məruzəçi qeyd etmişdir ki,
təkamül nöqteyi nəzərdən
C3-fotosintez C4-fotosintezin
əcdadı hesab olunur.
C4-bitkilər C3-bitkilərə
nisbətən sudan və azotdan
daha effektiv istifadə edirlər.
İsti iqlim şəraitində
C4 bitkilərdə fotosintezin
effektivliyi artır ki, bu da
C3-bitkilərə nisbətdə
inkişaf sürətinin
50% yüksəlməsinə
imkan verir.
Ulduzə Qurbanova
C4 fotosintezə təkamül etmənin mərhələləri və şəraitləri haqqında ətraflı məlumat vermişdir.
Seminar institut əməkdaşları tərəfindən böyük maraqla qarşılanmış və məruzəçi verilən sualları ətraflı cavablandırmışdır.
Aysel MƏDƏDLİ,
turan.info.az
.