“Müasir biologiya və aqrar elmlərdə innovasiyalar və qlobal çağırışlar” mövzusunda gənc alim və tələbələrin konfransı keçirilib

“Müasir biologiya və aqrar elmlərdə innovasiyalar və qlobal çağırışlar” mövzusunda gənc alim və tələbələrin konfransı keçirilib“Müasir biologiya və aqrar elmlərdə innovasiyalar və qlobal çağırışlar” mövzusunda gənc alim və tələbələrin konfransı keçirilib“Müasir biologiya və aqrar elmlərdə innovasiyalar və qlobal çağırışlar” mövzusunda gənc alim və tələbələrin konfransı keçirilib“Müasir biologiya və aqrar elmlərdə innovasiyalar və qlobal çağırışlar” mövzusunda gənc alim və tələbələrin konfransı keçirilib “Müasir biologiya və aqrar elmlərdə innovasiyalar və qlobal çağırışlar” mövzusunda gənc alim və tələbələrin konfransı keçirilib “Müasir biologiya və aqrar elmlərdə innovasiyalar və qlobal çağırışlar” mövzusunda gənc alim və tələbələrin konfransı keçirilib“Müasir biologiya və aqrar elmlərdə innovasiyalar və qlobal çağırışlar” mövzusunda gənc alim və tələbələrin konfransı keçirilib“Müasir biologiya və aqrar elmlərdə innovasiyalar və qlobal çağırışlar” mövzusunda gənc alim və tələbələrin konfransı keçirilib “Müasir biologiya və aqrar elmlərdə innovasiyalar və qlobal çağırışlar” mövzusunda gənc alim və tələbələrin konfransı keçirilib“Müasir biologiya və aqrar elmlərdə innovasiyalar və qlobal çağırışlar” mövzusunda gənc alim və tələbələrin konfransı keçirilib “Müasir biologiya və aqrar elmlərdə innovasiyalar və qlobal çağırışlar” mövzusunda gənc alim və tələbələrin konfransı keçirilib“Müasir biologiya və aqrar elmlərdə innovasiyalar və qlobal çağırışlar” mövzusunda gənc alim və tələbələrin konfransı keçirilib
2018-ci il oktyabrın 31-də AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun və
Kənd Təsərrüfati Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə
“Müasir biologiya və aqrar elmlərdə innovasiyalar və qlobal çağırışlar”
mövzusunda
gənc alim və
tələbələrin
konfransı keçirilib.


Konfrans
akademik
Cəlal Əliyevin
anadan olmasının
90 illiyinə həsr edilib.


Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabanda görkəmli akademikin əziz xatirəsini
yad edib, məzarı önünə
əklil və gül dəstələri qoyublar.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu
nda təşkil olunan konfransda Biologiya və
Tibb Elmləri Bölməsinin akademik-katibinin müavini, Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov

dünya şöhrətli alim
Cəlal Əliyevin yubileyinə həsr olunan konfransın akademikin elmi irsinin öyrənilməsi baxımından gənc alim və tələbələr üçün əhəmiyyətini qeyd edib.
Cəlal Əliyev məktəbinin yetirməsi olduğu üçün qürur hissi keçirdiyini deyən Z.Əkpərov tələbələrinə xüsusi diqqət və qayğı ilə yanaşan görkəmli alimin elmə həvəs və maraq göstərən gənclərə hər zaman dəstək olduğunu qeyd edib.

Sonra AMEA-nın
vitse-prezidenti,
İnstitutun direktoru,
akademik
İradə Hüseynova

dünya şöhrətli alim, akademik Cəlal Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan biologiya elminin inkişafında müstəsna xidmətlərindən
söz açıb.
Ölkəmizdə hər zaman dövlət tərəfindən elmi ictimaiyyətin nümayəndələrinə xüsusi diqqət və qayğı göstərildiyini deyən akademik İ.Hüseynova Prezident İlham Əliyevin “Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 22 may tarixli Sərəncamını xatırladıb, tədbirin bu mühüm sənədə əsasən keçirildiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin, o cümlədən molekulyar biologiyanın, molekulyar genetikanın,
gen və hüceyrə biotexnologiyasının əsası keçən əsrin 70-ci illərində akademik Cəlal Əliyev tərəfindən qoyulub və əsaslı şəkildə inkişaf etdirilib.
Bütün tədqiqatlarını multidistiplinar istiqamətlərdə aparan alim riyaziyyatın biologiya elminə tətbiqinə böyük diqqət göstərib.
Hazırda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda bu istiqamətdə üç laboratoriya fəaliyyət göstərir.

Akademik İ.Hüseynova görkəmli alimin ölkənin müxtəlif ali təhsil müəssisələrində kimya, biologiya, fizika, aqronomluq, riyaziyyat və digər ixtisaslar üzrə təhsil alan tələbələri seçərək onları keçmiş SSRİ-nin ən aparıcı universitetlərinə, mərkəzlərinə yüksəkixtisaslı kadr kimi formalaşmağa göndərdiyini diqqətə çatdırıb.
O, C.Əliyevin yaratdığı elmi məktəbin onlarla istedadlı yetirməsinin bu gün Azərbaycanda və dünyanın ən nüfuzlu mərkəzlərində tədqiqatlar apardığını, yeni elmi nailiyyətləri ilə respublikamızın, elmimizin adını ucaltdığını vurğulayıb.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru
Vüqar Babayev,
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai dünya şöhrətli alimin kənd təsərrüfatı bitkilərinin, əsasən buğdanın fotosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsində, fotosintez və fototənəffüs proseslərinin kompleks tədqiqində göstərdiyi xidmətlərdən danışıblar.
Bildirilib ki,
alimin elmi fəaliyyətinin müəyyən dövrü Əkinçilik İnstitutu ilə bağlı olub. Akademik fundamental tədqiqatları və elmi araşdırmaları ilə ölkəmizdə biologiya və aqrar elmlərin bir sıra yeni istiqamətlərini müəyyənləşdirib. C.Əliyevin tədqiqatlarının nəticələri respublika iqtisadiyyatının inkişafı və məhsuldarlığın yüksəldilməsi baxımından böyük əhəmiyyət kəsb edib.

Diqqətə çatdırılıb ki,
görkəmli alim
Kənd Təsərrüfati Nazirliyi
Əkinçilik Elmi-Tədqiqat İnstitutunda öz laboratoriyasını yaradıb, onu şöbə səviyyəsinə çatdırıb və ömrünün sonunadək həmin şöbəyə rəhbərlik edib.

Tədbirdə Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə,
Əkinçilik İnstitutunun Bitki fiziologiyası və biotexnologiya şöbəsinin müdiri
Tofiq Allahverdiyev
və başqaları çıxış edərək akademik Cəlal Əliyevin Azərbaycan biologiya və aqrar elmlərinin inkişafında xidmətlərindən, ictimai- siyasi fəaliyyətindən söz açıblar.

Sonra gənc alim və tələbələrin müxtəlif sahələrdə elmin prioritet istiqamətləri üzrə məruzələri dinlənilib.

turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Akademik Cəlal Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir ...

Akademik Cəlal Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir ...

Biologiya və tibb elmləri, UNUTSAQ, UNUDULARIQ!....
Azərbaycan Dövlət Aqrar Universitetində  akademik Cəlal Əliyevin anadan olm ...

Azərbaycan Dövlət Aqrar Universitetində akademik Cəlal Əliyevin anadan olm ...

Gəncə, Biologiya və tibb elmləri
Dünya şöhrətli alim Cəlal Əliyevin xatirəsi anılıb

Dünya şöhrətli alim Cəlal Əliyevin xatirəsi anılıb

Biologiya və tibb elmləri
Akademik Cəlal Əliyevin əziz xatirəsi yad edilib

Akademik Cəlal Əliyevin əziz xatirəsi yad edilib

Biologiya və tibb elmləri, UNUTSAQ, UNUDULARIQ!....
Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Elm, Biologiya və tibb elmləri
Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Biologiya və tibb elmləri
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Elmi Əsərləri” nəşr ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Elmi Əsərləri” nəşr ...

Yeni nəşrlər, Biologiya və tibb elmləri
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda italiyalı alimin mər ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda italiyalı alimin mər ...

Elm, Biologiya və tibb elmləri

"Əbədi çıraq" filmi "Mədəniyyət" kanalında yayımlanıb

Biologiya və tibb elmləri, Tv
Belarus Milli Elmlər Akademiyasının baş elmi katibi Molekulyar Biologiya və ...

Belarus Milli Elmlər Akademiyasının baş elmi katibi Molekulyar Biologiya və ...

Elm, Biologiya və tibb elmləri
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılmasına h ...

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılmasına h ...

Biologiya və tibb elmləri
Biologiya problemləri üzrə elmi şuranın iclası keçirilib

Biologiya problemləri üzrə elmi şuranın iclası keçirilib

Biologiya və tibb elmləri
Akademik Cəlal Əliyevin xatirəsi anılıb

Akademik Cəlal Əliyevin xatirəsi anılıb

Biologiya və tibb elmləri
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun ilk illik hesabatı m ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun ilk illik hesabatı m ...

Biologiya və tibb elmləri
Akademik Cəlal Əliyevin doğum günündə daha iki nəfər yetirməsi dissertasiya ...

Akademik Cəlal Əliyevin doğum günündə daha iki nəfər yetirməsi dissertasiya ...

Biologiya və tibb elmləri
Allah rəhmət eləsin, Cəlal Əlirza oğlu Əliyev!..

Allah rəhmət eləsin, Cəlal Əlirza oğlu Əliyev!..

Əsas xəbər, Biologiya və tibb elmləri, "Zirvə", Nekroloqlar
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilib

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilib

Biologiya və tibb elmləri
ABŞ-da çalışan professor Faiq Musayev AMEA Molekulyar Biologiya və Biotexno ...

ABŞ-da çalışan professor Faiq Musayev AMEA Molekulyar Biologiya və Biotexno ...

Biologiya və tibb elmləri
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu Rusiyanın Sitologiya və ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu Rusiyanın Sitologiya və ...

Biologiya və tibb elmləri
Akademik İRADƏ MƏMMƏD QIZI HÜSEYNOVA – 55

Akademik İRADƏ MƏMMƏD QIZI HÜSEYNOVA – 55

Biologiya və tibb elmləri, Təbriklər
Rəy yazın: