Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2018-ci il aprelin 11-də Azərbaycan Respublikasında keçirilmiş Prezident seçkilərinin uğurla başa çatdırılması münasibətilə tədbir keçirilib.
İnstitutun direktoru akademik İradə Hüseynova çıxışında demokratik, azad seçki şəraitində xalqın öz layiqli namizədinə səs verdiyini bildirib. O, vurğulayıb ki, seçicilərin böyük əksəriyyəti Müasir Azərbaycanın banisi Heydər Əliyevin siyasətini layiqincə davam etdirən İlham Əliyevə etimad göstərmişlər. Ölkəmizin dünyada tanınması, iqtisadiyyat, elm, təhsil və digər sahələrin sürətli inkişafı cənab prezident İlham Əliyevin uzaqgörənliyinin və uğurlu siyasətinin nəticəsidir.
Nitqinin sonunda akademik xalqımızı İlham Əliyevin tarixi qələbəsi münasibətilə təbrik etmiş, Azərbaycanın parlaq gələcəyinin etibarlı əllərdə olduğunu vurğuladı.
Tədbirdə institutun digər əməkdaşları da çıxış ediblər. Onlar da da xarakteri, zəkası, savadı və apardığı məqsədyönlü strategiyası ilə İlham Əliyevin əsl lider olduğunu və xalqın cənab prezidentin ətrafında sıx birləşərək, ölkəmizin gələcək nailiyyətlərinə inamla addımlayacağını bildiriblər.
Aysel MƏDƏDLİ,
turan.info.az
.